Renessans dövründə maşınqayırma
167
Şəkil 1.111,a və b-də mexaniki emal zamanı pəstahı mərkəzləmək
üçün iki mərkəzləyici tərtibat təsvir olunmuşdur. Göründüyü kimi,
tərtibat bir-biri ilə 90° altında kəsişən iki prizmatik gövdədən ibarətdir.
Bu gövdə üzərində vintli oxla, irəli geri hərəkət etdirilə bilən dodaqlar
yerləşdirilir. Vintli oxlar tərtibatın mərkəzində konik dişli çarx ötürməsi
ilə valla birləşdirilir. Val döndükdə hər dörd vinti bu və ya digər tərəfə
döndərərək, dodaqları bərabər olaraq irəli və ya geri hərəkət etdirir.
Bununla, verilən silindrik pəstah mərkəzləşdirilir.
Dəzgahlar
Leonardo renessans dövrünün mexaniki emal ilə maraqlanan ilk
mühəndisi idi. Onun etdiyi ixtiraların tərkibində çoxlu sayda dəzgahlar
vardır. Bu dəzgahların hamısı praktikada tətbiq edilməyib. Buna
baxmayaraq, onların orijinallığına şübhə ola bilməz, çünki Leonardo
çox vaxt mövcud olan maşınları təsvir etmişdir [1.19].
Bu maşınlar renessans dövründə texniki yaradıcılığın çatdığı
səviyyəni təsvir etməyə imkan yaradır.
a)
b)
Şəkil 1.1111. Mərkəzləyici tərtibatlar.
Renessans dövründə maşınqayırma
168
Şəkil 1.112. Torna dəzgahı.
Şəkil 1.113. Yivkəsən dəzgah.
Renessans dövründə maşınqayırma
169
Leonardonun işlərində rast gəlinən dəzgahlara çarxqolu və oynaqla
hərəkət
etdirilən
ötürmələrdən
ibarət torna, yivkəsən,
bülöv
döyəcəkləyən, silindrik daxili pardaq, mişarlama, iskənələmə, dəmir
hissələri yaymaq üçün və topların qüllələrini və su borularını deşmək
üçün burğu dəzgahları aiddir. Bu dəzgahların cizgiləri ilk dəfə olaraq
1894 və 1904-cü illərdə Milanda Piumati tərəfindən çap etdirilmişdir.
Leonardo iki torna dəzgahını layihələndirmişdir (şəkil 1.112). Hər iki
dəzgahda fasiləsiz fırlanma hərəkəti mövcüddür. Birinci dəzgahda
nazimçarxdan və ayaqla basılan pedaldan istifadə edilmişdir. Bu
qurğular torna dəzgahının şpindeli ilə birbaşa birləşdirilmişdir. İkinci
dəzgahda isə ötürmə sistemi dəzgah arasında yerləşdirilir. Pəstahın
bərkidilməsi yellənçəkli dəzgahda olduğu kimi yerinə yetirilir.
Yivin kəsilməsi üçün
Leonardo yönəldici şpin-
del və kamanla işləyən
başqa bir patronlu dəzgah
layihələndirmişdir
(şəkil
1.113).
Yiv
kəsən
dəzgahda val iki yönəldici
şpindelin (oxun) arasında
yerləşir.
Üzərində
yiv-
kəsən başlıq yerləşdirilmiş
eninə support dəzgahda
bərkidilir. Üzərində yiv
kəsiləcək val, çarxqolunun
köməyi ilə fırladıldıqda
support
irəliyə
hərəkət
edərək yivi kəsir. Patronlu
dəzgahın iş prinsipi nisbətən sadədir (şəkil 1.114). Enerji mənbəyi kimi
pedalla hərəkətə gətirilən kaman formalı yellənçəkdən istifadə
olunmuşdur. Pəstah sağ tərəfdə, patronda bərkidilir və sol tərəfdə,
üstündə bir diş olan çərçivə ilə örtülür. Pedal ayaqla basıldıqda val fırla-
Şəkil 1.114. Yivkəsən dəzgah.
Renessans dövründə maşınqayırma
170
nır. Qabaq tərəfdə yerləşdirilmiş kəski yivin addımına uyğun olaraq
hərəkət etdirilir. Beləliklə, valda yivin kəsilməsi mümkün olur.
Daha maraqlı bir konstruksiya bülöv döyəcəkləyən dəzgahdır. Bülöv
döyəcəkləyən dəzgah əsasən stabil lövhədən ibarətdir (şəkil 1.115). Bu
lövhənin üzərində emal edilən bülövü hərəkət etdirən mexanizm
yerləşdirilir. Pəstahın hərəkəti bülövün üstündə açılacaq dişlərin
addımına uyğun olaraq yerinə yetirilir. Hərəkət çarxqolundan val və
ötürmənin köməyi ilə sürüşən stoldakı yivli qaykaya ötürülür. Vintli
Şəkil 1.115. Bülöv döyəcəkləyən dəzgah.
valın hər dönməsindən sonra sürüşən stol dişin addımı qədər irəliyə
hərəkət edir. Eyni zamanda əsas val, üzərində dirsəkli bərkidilmiş çəkici
yuxarıya qaldıraraq sonra onu sərbəst buraxır. Bülövün üzərinə düşən
çəkicin tili zərbə ilə onun üzərində iz buraxır.
Leonardonun layihələndirdiyi pardaq dəzgahı müasir cilalama dəz-