Renessans dövründə maşınqayırma
157
Leonardo da Vinçi ( 1452
−
1519)
L
eonardo da Vinçi 1452-ci ildə
Florensiya yaxınlığında yerləşən Vinçi
şəhərində anadan olmuşdur (şəkil
1.100). Onun atası Kozimo dei
Mediçinin hökmranlığı dövründə bu
şəhərin notariusu vəzifəsində çalışırdı.
Mediçi dövrü Florensiyada incəsənt,
elm, ticarət və sənayenin çiçəklənməsi
ilə xarakterizə olunurdu. Leonardonun
anadan olmasından bir il sonra türklər
Konstantinopolu işğal edirlər. Türk
təqibindən qaçan minlərlə sənət sahibi
olan yunanlar Florensiyaya üz tuturlar.
Florensiya antik yunan elminin və
mədəniyyətinin mərkəzinə çevrilir. Bu
mühit əlbəttə, Leonardo da Vinçinin bir fitri istedad kimi
formalaşmasında mühüm rol oynamışdır [1.82
−
1.84].
Verrokionun şagirdi kimi Leonardo uşaqkən rəsm çəkmək, metal
tökmə, metal emalı və toxuma sənətinin incəliklərinə yiyələnməklə
bərabər, riyaziyyat və musiqi üzrə də dərs alır. Öz fitri istedadı ilə Milan
şəhərinin rəhbərliyini heyran edən Leonardo 30 yaşında olarkən “Elmlər
akademiyasını“ yaratmaq şərəfinə nail olur və bir müddət burada
mühəndis kimi fəaliyyət göstərir. 1490-cı ildə o, işıq və kölgə haqqında
işlərini yazır. Eyni zamanda Martesana kanalında gəmilərin üzməsini
mümkün etmək üçün mühüm işlər görür. Burada məşhur rəsm əsərini
“Şam yeməyi”ni işləyir. Çoxlu sayda texniki qurğular haqqında cizgilər
işləyir. Eyni zamanda Leonardo anatomiya ilə də məşğul olur.
İnsanların daxili orqanlarının quruluşu və funksiyaları haqqında ilk
biliklər də Leonardoya aiddir. 1499-cu ildə Milan fransizlar tərəfindən
işğal olunduqdan sonra o, bu şəhəri tərk edir və Florensiyaya qayıdaraq
Şəkil 1.100. Leonardo da Vinçi.
Renessans dövründə maşınqayırma
158
burada Ginevra de Benei və Mona Liza rəsm əsərlərini işləyir [1.79].
1507-ci ildə Leonardo öz dostlarının xahişi ilə yenidən Milana
qayıdır və orada Martesana kanalı və St.Kristoforo hövzəsinin
təkmilləşdirilməsi ilə məşğul olur. 1512-ci ildə Ludovikin oğlu Sforza
isveçlərin köməyi ilə Milanı zəbt edir. Bundan sonra Leonardo Milanı
yenidən tərk etməli olur və Roma şəhərinə üz tutur. Ancaq burada Roma
Papasi X Leonun və Mikel Anjelonun ona qarşı olan laqeyd
münasibətindən, o öz fəaliyyətini Romada lazımınca davam etdirə
bilmir. Leonardo fransızlarla yaxin münasibətdə olduğu üçün ittiham
edilir. Buna görə də, Leonardo Romada öz vaxtını yeni sahəyə həsr edir.
O, quşların uçması ilə maraqlanır və uçan maşınlar üzərində işləyir.
Sonralar Leonardo yenidən fransiz kralı I Fransın hökmranlığı
altında olan Milana qayıdır. Ona qarşı göstərilən yüksək diqqətə rəğmən
o, 65 yaşında I Frans ilə birlikdə Parisə köçür. Fransada Leonardo
yüksək diqqət göstərilən bir şəxs kimi iki il sakit yaşayaraq 67 yaşında
vəfat edir [1.84].
Deyilənlərə görə, Leonardo I Fransın qolları üstündə həyatını
dəyişib. Bu onların arasındakı yaxın münasibətin olduğunu göstərir.
Leonardonun vəsiyyətinə əsasən onun sevimli şagirdi və dostu
Françesko da Melçi çoxlu əlyazma və cizgilərə sahib olur.
Françeskonun vəfatından sonra Leonardonun işləri hissə-hissə müxtəlif
adamlara qismət olur. Uzun müddət şəxsi adamlara mənsub olan
əlyazmaların böyük hissəsi (392 vərəq) Ambrosion kitabxanasına çatır.
1610-cu ildə Qraf Arunel Leonradonun əlyazmalarının bir hissəsini
İngiltərəyə gətirərək Britaniya muzeyinə bəxş edir.
1796-cı ildə fransızlar Abrosion kitabxanasından Leonardonun
işlərini ələ keçirərək, müharibə qəniməti kimi Parisə gətirirlər.
Leonardonun işlərinin nə üçün uzun müddət naməlum qalması
səbəbləri buradan aydın görünür. Ondan sonra yaşamış sənətkarlar
sadəcə olaraq onun işləri ilə tanış deyildilər. Yalnız, 1797-ci ildə
Venturi Parisdə çap etdirdiyi kitabında Leonardo haqqında məlumat
verir. O, Parisdə Leonardonun əlyazmalarının, sağdan sola yazıldığı
Renessans dövründə maşınqayırma
159
üçün çətinliklə də olsa oxuyaraq və öyrənərək, onun Qalileyin öndəri
olduğu qənaətinə gəlir [1.84].
Leonardo, ümumiyyətlə öz yazdıqlarını qizli saxlamağa çalışmışdır.
O, çox vaxt sözləri bir-birinin ardınca qoşaraq onun oxunmasını
çətinləşdirmişdir. Bundan əlavə, Leonardo metallar üçün o dövr
əlkimyada işlədilən terminlərdən istifadə etmişdir. Məsələn, o qızıl üçün
günəş, gümüş üçün ay, mis üçün venera, dəmir üçün mars, sink üçün
yupiter və qurğuşun üçün saturn sözlərini işlətmişdir. Bunlar onun,
onsuz da qəliz yazdığı mətni daha da anlaşılmaz etmişdir [1.82].
1828-ci ildə Leonardonun su hərəkəti və ölçmə haqqında gördüyü
işlər Boloniyada çap olunur. Libri 1840-cı ildə “Riyaziyyat elmlərinin
tarixi” haqqında əsərində Leonardoya istinad edir. Dr. Hermann Grothe
1874-cü ildə Berlində Leonardonun işlərini, texniki və fiziki cizgilərin
surətlərini verməklə, onun bu sahədə etdiyi ixtiraları, maşınları
“Leonardo da Vinci mühəndis və filosof kimi” kitabında çap etdirir.
Məqsəd onun mühəndis və təbiəti tədqiq edən bir şəxs olduğunu sübut
etmək idi. Bundan sonra Leonardonun bəşəriyyətə bir fitri istedad kimi
verdiyi töhvələr haqqında məlumat geniş kütləyə çatır [1.83].
Leonardonun əlyazmaları arasında onun Lüdovik Sforzasa sarayda
işə düzəlmək üçün yazdığı ərizə diqqəti cəlb edir. Bu ərizənin saraya
gondərildiyi haqqında dəqiq məlumatın olmamasından asılı olmayaraq,
bu sənəddə yazılan mətni araşdırdıqda onun öz qabiliyyətini necə
qiymətləndirməsi məlum olur. Leonardo yazır [1.84]: “... Mən özünü
döyüş maşınlarının ustası adlandıranların problemlərini kifayət qədər
araşdırdıqdan və gördükdən sonra ki, qeyd olunan maşınların və
ixtiraların tətbiqi lazımi səviyyədə deyil, istəyirəm ki, Siz ali
çənablarına, başqa heç kimsəyə yox, yalnız Sizə öz sirlərimi açıqlayaraq
və Sizin qulluğunuza qoyaraq aşağıda sadalanan işləri verilən anda
yerinə yetirim:
1.
Mənim yüngül və eyni zamanda möhkəm körpülər üçün
planlarım var.
2.
Mən bir sahə muhasirəyə alındıqda dərinlikdən suyu çıxarda
Dostları ilə paylaş: |