Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə47/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   43   44   45   46   47   48   49   50   ...   159

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

144 

heyvan  güclərinin  potensialını  daha  da  artırmışdır.  Bu  enerji  mənbələri 

ilə  işləyən  maşınların  ixtira  edilməsi  onun  effektini  artıraraq,  həm  də 

onların  özlərinin  istehsalını  asanlaşdırmışdır.  Beləliklə,  su  və  külək 

dəyirmanlarının  yaranması,  orta  əsrlərdə  əl  əməyindən  maşın 

texnologiyasına keçid üçün əsas addım idi.  

Maşınlar  əsasən  fırlanma  hərəkəti  lazım  olunan  işlərdə  tətbiq 

olunurdu. Bu, hər şeydən əvvəl buğdanın üyüdülməsində, mişarlama və 

pardaqlamada  tətbiq  olunurdu.  Bəzi  hallarda  torna  dəzgahı  da  su  ilə 

hərəkət  etdirilirdi.  Başqa  işlər  üçün  isə  fırlanma  hərəkətini  irəli-geri 

hərəkətə çevirən  mexanizm  düzəldilməli idi. Bu dirsəkli  valların tətbiqi 

ilə  reallaşdırılırdı.  Dirsəkli  val  fırlanma  hərəkətini  çevirərək  çəkic  və 

mişarların hərəkət etdirilməsini, metalların əridilməsi üçün tətbiq olunan 

hava  üfürcəklərinin  işləməsini  mümkün  etmişdir.  Enerji  istehsal  edən 

maşınların işçi maşınlarla kombinasiyası əl əməyinə əsaslanan istehsalın 

tədricən  mexanikləşdirilməsi  üçün  əsas  bünövrə  olmuşdur.  Buna 

baxmayaraq  orta  əsrlərdə  mexanikləşmə  lazım  olan  şəkildə  baş 

verməmişdir.  Bunun  səbəbi  bir  tərəfdən  maşınların  müəyyən  yerlərə 

bağlı  olduğundan  aşağı  çevikliyə  malik  olması  idi.  Digər  tərəfdən 

sənətçiliklə  məşğul  olanların  konservativ  ənənəyə  malik  olmaları  idi. 

Ustalar 

mexanikləşdirmənin 

tətbiqi 

nəticəsində 

iş 

yerlərinin 



itirilməsindən qorxurdular.  

X

ΙΙΙ



 əsrdə çəkiclə işləyən döymə maşınları geniş yayılmağa başlayır. 

İş  prinsipinə  və  quruluşuna  görə  fərqlənən  iki  növ  çəkic  məlum  idi. 

Çəkic  əsasən  ağacdan  hazırlanmış  və  ox  ətrafında  dönə  bilən  sapaqdan 

və onun ucuna keçirilmiş metal üzükdən ibarət idi (şəkil 1.92). 

Sapağın  digər  sərbəst  ucu,  üzərində  dirsəklər  olan  valın  altında 

yerləşdirilirdi. Dirsəkli val döndükdə çəkicin sapağını aşağıya itələyir və 

beləliklə  çəkicin  digər  ucunun  (başının)  yuxarıya  qalxmasına  gətirib 

çıxarırdı.  Val  sapağı  sərbəst  buraxdıqda  çəkic  aşağıya  hərəkət  edərək 

zindanın  üzərinə  qoyulmuş  pəstahı  zərbə  ilə  əzir.  Bu  çəkiclərin  döymə  

tezliyi dəqiqədə böyüklərdə 60-70, kiçiklərdə isə 150-yə bərabər idi.  

Kiçik çəkiclər dəmirçilikdə  daha  geniş  yayılmışdır.  Tarixi  mənbə- 



Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

145 

 

lərdən məlumdur ki, su enerjisinin pardaq dəzgahlarında tətbiq edilməsi 



X

ΙΙΙ


 əsrə aiddir. Pardaq dəzgahlarında işlətmək üçün böyük miqdarda su 

tələb  olunduğundan,  onlar  az  su  ilə  işləyən  döymə  maşınları  ilə  təchiz 

olunmuş emalatxanalarda yerləşdirilirdilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.92. Çəkiclə işləyən döymə maşını, XV əsr (Villinqen muzeyi, AFR). 



 

O  dövrdə  tətbiq  olunmuş  pardaq  dairələrinin  quruluşu,  hazırlanması 

və  işləmə  prinsipi  haqqında  ədəbiyyatlarda  heç  bir  məlumata  rast 

gəlinmir.  Ehtimala  gorə  pardaq  dəzgahları  dəyirmanların  işləmə 

prinsipinə uyğun hazırlanırdılar [1.75].   

Orta  əsrlərdə  metal  emalı  sənətçiliyində  məftil  emalı  əsas  yerlərdən 

birini  tuturdu.  Məftil  zirehli  paltarların  hazırlanmasında  tətbiq 

olunduğundan,  ona  olan  tələbat  yüksək  idi.  X

ΙΙΙ

  əsrə  qədər  məftillər 



dəmirçilər  tərəfindən  çəkiclə  döyülərək  hazırlanırdı.  Ancaq  X

ΙΙ

  əsrdə 



məftilin  dartmaqla  hazırlanması  məlum  idi.  Bu  dövrdə  Teofilus  (alman 

keşişidir)  tərfindən  yazılmış  “Diversarum  arium  schedula”  kitabında 

məftilin hazırlanması təsvir olunmuşdur [1.76].   

1306-cı  ildə  Nürnberqli  Rudolf  kəlbətinlərin  köməyi  ilə  məftilin 

matrislərdən dartmaqla hazırlanmasını tətbiq etmişdir (şəkil 1.93). XIV  



Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

146 

əsrdə  Nürnberq  şəhərinin  rəhbərliyi  bu  işlə  məşqul  olan  adamların 

şəhəri tərk etmələrinə qadağan qoymasına baxmayaraq, bu üsul tezliklə 

başqa  ərazilərə  də  yayılmağa  başlayır.  1408

1415-ci  illərdə  Nürnberq 



şəhərində ilk dəfə olaraq məftil dartan dəyirman düzəldilir. Bu dəyirman 

metaldartma üsulunu mexanikləşdirir. Məftili matrislərdən xaricə dartan 

kəlbətin  su  çarxı  ilə  fırlanan  və  üzərində  qol  olan    vala  bərkidilirdi 

[1.76].  

 

 

 



  

 

 



 

 

 



 

 

 



 

Orta  əsrlərdə  alət  və  maşınların  inkişafına  X

ΙΙΙ

  əsrdə  barıtın 



tapılması və X

Ι

V əsrdə dəmirin tökülməsi ilə təkan verilmişdir. 1320-cü 



ildə  barıt  topları  istehsal  edilməyə  başlayır.  Bu  yeni  istehsal  istiqaməti 

təkcə  hərbi  texnikanın  deyil,  ümumiyyətlə  maşınqayırmanın  inkişafını 

müəyyənləşdirmişir.  

Su  pərləri  ilə  işləyən  hava  üfürcəkləri  metal  emalında  yüksək 

temperaturun  alınması  üçün  şərait  yaratmışdır.  Bununla    bərabər 

sobaların  təkmilləşdirilməsi  nəticəsində  dəmirin  əridilməsi  üçün  lazım 

olan  ərimə  temperaturunu  əldə  etmək  mümkün  olmuşdur.  Ancaq 

metalda karbonun miqdarını azaltmaq üçün onu ikinci  dəfə  əritmək  la- 

 

Şəkil 1.93. Məftildartma, XV əsrdə. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə