Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə49/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   45   46   47   48   49   50   51   52   ...   159

Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

150 

val,  çarxqolu  ilə  hərəkətə  gətirilir.  Bu  qasnaqda  valın  oxuna 

perpendikulyar yerləşdirilmiş  müstəvi üzrə ip dolanır. İp öz növbəsində 

iki  dayaq  arasında  asılmış  ox  ətrafında  fırlana  bilən  pardaq  daşına 

dolanır.  Val  fırlandıqda  dönmə  hərəkəti  fasiləsiz  olaraq  iplə  pardaq 

dairəsinə ötürülür [1.19].  

 

İplə  işləyən  torna  dəzgahı  da  orta  əsrlərdə  müəyyən  təkmilləşməyə 



uğrayaraq  geniş  tətbiq  olunurdu.  Bu  təkmilləşdirmə  bir  tərəfdən 

yellənçəkli  torna  dəzgahının  ixtirası  ilə,  digər  tərəfdən  çarxqolunun 

tətbiqi ilə əlaqədar idi [1.70]. 

Yellənçəkli torna dəzgahı X

ΙΙΙ

  əsrdən məlum idi. Bu dəzgahın antik 



dövrdən  məlum  olan,  iplə  işləyən  dəzgahdan  fərqi  burada  köməkçi 

qurğudan  istifadə  olunmasındadır.  Şəkil  1.98-dən  göründüyü  kimi  dəz 

gahın  şpindelini  hərəkətə  gətirən  ipin  bir  ucu  yuxarı  hissədə  konsol 

bərkidilmiş elastik tirdən (yaydan) asılır. Digər ucu isə dəzgahın altında- 

 

 

     Şəkil 1.96. Əl burğulama aləti.      



 Şəkil 1.97. Pardaqlama dəzgahı. 

 



Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

151 

 

kı  pedala  bağlanır. Pedal  basıldıqda  ip  dartılaraq  valı  bir  tərəfə  fırladır, 



pedal sərbəst buraxıldıqda isə yuxarıdakı tir ipi geriyə dartaraq valı əks 

istiqamətdə  fırladır  [1.78].  Bu  dəzgahın  çatışmayan  cəhəti  fırlanma 

hərəkətinin fasiləsiz olmaması idi.  

Nəhayət,  XV  əsrdə  bu 

çatışmayan  cəhətləri  aradan 

qaldırmaq 

mümkün 

olur. 


Metal  emalı  üçün  çarx  və 

çarxqolu  ilə  işləyən  torna 

dəzgahı  tətbiq  olunur.  Yəni 

dəzgahın 

valı 

onun 


yaxınlığında 

yerləşdirilmiş 

böyük  çarxa  qayışla  qoşulur. 

Bu  çarx  isə  öz  növbəsində 

köməkçi 

fəhlə 


tərəfindən 

fırladılır.  Bu  dəzgahın  tətbiqi 

əlavə  insan  əməyinə  ehtiyac 

yaradaraq  yüksək  xərc  tələb 

edirdi.  Yəqin  elə  buna  görə 

də,  bu  dəzgahlar  praktikada 

geniş tətbiq olunmamışlar.  

XV  əsrdə  metal  emalı 

üçün  vacib  ixtiralardan    biri 

də  məngənə    olmuşdur. 

Ι

lk  dəfə  ağacdan  düzəldilmiş  məngənəyə 



Nürnberqli  Martin  Löffelin  1505-ci  ildə  tərtib  etdiyi  əlyazmasında  rast 

gəlinir.  Məngənənin  tətbiqi  ustaya  pəstahı  sərt  bağlayaraq,  onu  iki  əllə 

emal etməyə imkan yaratmışdır [1.19].   

Bundan əvvəlki dövrdə məngənənin tətbiqinə rast gəlinmir. Hətta X

Ι

 

əsrdə  metal  emalı  üçün  işlədilən  alətləri  və    emalatxananı  yüksək 



dəqiqliklə  təsvir  etməyə  çalışan  Teofilisun  əlyazmalarında  bu  haqqda 

məlumat verilmir.  

 

 

Şəkil 1.98. Yellənçəkli torna dəzgahı. 




Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

 

152 

Mexaniki  saatların  ixtirası  da  orta  əsrlərə  təsadüf  edir  (X

ΙΙΙ

 əsr).  


Qum  və  şam  saatları  ilə  bərabər  ilk  dəfə  olaraq  mexaniki  saatlardan 

istifadə  olunurdu.  İlk  vaxtlar  mexaniki  saatlar  çox  sadə  konstruksiyaya 

malik  olmuş  və  bir  neçə  dişli 

çarxdan 


ibarət 

idi. 


Tarixi 

qaynaqlarda  ilk  dəfə  olaraq  Sens 

şəhərində  düzəldilmiş  çarxlı  saat 

1292-ci  ilə  təsadüf  edir.  1352-ci 

ildə  Münster  şəhərində  mexaniki 

saat  düzəldilir.  Çarxlı  saatlar  ilk 

vaxtlarda 

çox 


böyük 

ölçüdə 


hazırlanırdı.  Onların  işləməsi  üçün 

böyük yüklərdən istifadə olunurdu. 

Bu 

saatların 



daim 

inkişaf 


etdirilməsi  nəticəsində,  1427-ci 

ildə  Henrix  Arnold  tərəfindən  saat 

yayı 

ixtira 


edilir. 

Bununla 


mexaniki  saat  istehsalında  inqilab 

baş  verir.  Bundan  sonra  saatları 

kiçik  ölçüdə  düzəltmək  mümkün 

olur.  Uzun  döyülmüş  metal  lövhə 

gərilərək  ox  ətrafında  dolanır. 

Onun  burulması  zamanı  yığılan 

enerji 

saatın 


dişli 

çarxlarının 

hərəkətə  gətirilməsi  üçün  istifadə 

edilirdi.  İlk  mexaniki  saatların  dəqiqliyi  aşağı  idi.  Ağır  yüklərin 

təsirindən  hissələr  tezliklə  yeyilirdi.  Bu  da  saatın  dəqiqliyini  aşağı 

salırdı.  Saatların  inkişafı  tezliklə  bu  sənətə  mükəmməl  yiyələnən 

saatsazların yaranmasına gətirib çıxarır. Saatsaz sənətinə ilk dəfə olaraq 

X

ΙΙΙ



 əsrə aid tarixi mənbələrdə rast gəlinir.  

Qısa  bir  müddətdə  mexaniki  saatlar  müxtəlif  ölçülərdə  bütün 

Avropanı  bürüyür  (şəkil 1.99).  Saatların  istehsalı  onların  hissələrinin  

 

Şəkil 1.99. Mexaniki saat, 1521-ci il. 



 


Orta əsrlərdə Avropada texnikanın  inkişafı 

153 

 

hazırlanmasında tətbiq olunan mexaniki emal  üsullarının  da  inkişafına 



təkan  vermişdir.  Kiçik  hissələrin  yüksək  dəqiqliklə  hazırlanması  metal 

emalında  yeni  imkanların  aşkar  edilməsinə  gətirib  çıxarmışdır.  Bu  incə 

işlərin  yerinə  yetirililməsi  üçün  burğulama,  torna  və  pardaq 

dəzgahlarına  qoyulan  tələblər  yeni  nəsl  dəzgahların  yaranmasına  şərait 

yaratmışdır.    

 

 



 

 

 



 

 

 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə