Müsəlman elmi
119
yən
tərtibatlardan
ikisinin
təhlili
əhəmiyyətlidir [1.56]. Bu
mexanizmlərın biri şəkil 1.74-də təsvir edilmişdir. Bu tərtibat qabdan
(G) götürülən suyun miqdarından asılı olaraq verilən suyu tənzim edir.
Qab əgər dolarsa, və ya verilən suyun həcmi qəflətən kəskin artarsa,
onda suyun verilməsi dayandırılır. Tənzim edici mexanizm əsasən T
qabında yerləşmiş üzgəclə (
Σ
) idarə olunur. Axan su T qabından
keçdiyindən orada suyun həcmi artdıqca üzgəc yuxarıya qalxır və
müəyyən vaxtdan sonra ventil (ml) tıxanır (şəkil 1.74, b). G qabından su
götürüldükdən sonra isə üzgəc aşağıya düşür və ventil yenidən açılır.
Ventilin ölçüləri sınaqlar vasitəsilə təyin olunurdu.
a)
b)
Şəkil 1.74. Tənzimlənən su qabı.
Banu Musa ikili qaba malik başqa bir qurğuda, suyun və şərabın
müxtəlif qablara verilməsini idarə edir.
G
1
qabına yavaş-yavaş şərab
tökdükdə F
1
fiqurundan bu qaba şərab, ikinci qaba (G
2
) isə su axır (şəkil
1.75). Əgər G
1
qabına sürətlə su tökülərsə onda G
1
qabına su, G
2
gabına
Müsəlman elmi
120
isə şərab axır. Qurğunun yuxarı hissəsindəki ABCD çəni EF arakəsməsi
ilə iki hissəyə bölünür. Yuxarıdakı hissənin dibində iki təhnə
t
1
və
t
2
yerləşdirilir. Qurğunun üstündəki deşikdən (O) əyilmiş qıf ilə t
1
-ə
şərab,
t
2
-yə isə su tökülür. Bu təhnələr F
1
və F
2
fiqurları ilə R
1
və R
2
boruları vasitəsilə birləşdirilir. R
1
və R
2
borularında H
1
və H
2
kranları
yerləşdirilir. Bundan başqa H
1
kranı t
2
təhnəsi ilə R’
1
borusu, H
2
kranı
isə
t
1
təhnəsi ilə R’
2
borusu ilə əlaqələndirilir. Kranın daxili quruluşu
şəkil 1.75 b-də verilmişdir.
Şəkil 1.75. Tənzimlənən su qabı.
Hər iki çəndən gələn borular burada birləşərək daxilində deşik olan
hissənin köməyi ilə ardıcıl olaraq
F fiquruna gedən boru ilə birləşdirilir.
Kranları işlətmək üçün bir-birinə perpendikulyar s
1
və s
2
çubuqlarından
istifadə edilir. Qurğunun dibində böyük bir təhnə (T) yerləşdirilir. Bu
təhnədə üfüqi şəkildə bərkidilmiş S çubuğu özünün yuxarı ucunda
yerləşdirilmiş üzük vasitəsilə s
2
çubuğu ilə əlaqələndirilir. Bu yerdən
bir az aşağıda S çubuğuna perpendikulyar olaraq bir başqa çubuq (S
1
)
Müsəlman elmi
121
hərəkətli bərkidilir. S
1
çubuğu T təhnəsi dolduqda onun aşağıya
hərəkətini lazımı səviyyədə saxlamağa xidmət edir. Bunun üçün S
1
çubuğunun altında ABCD qabının dibindən yuxarıya yüksələn dayaq (a)
yerləşdirilir.
S
1
çubuğu bu dayaq üzərində oturdulur və onun sağ
tərəfdəku ucundan g yükü asılır. Bu yük həmişə T təhnəsini tarazlıqda
saxlayır.
Qurğunun işləmə prinsipi umumilikdə belədir. G
1
qabına verilən
şərab yavaş axarsa, o
ρ
1
borusundan keçərək ABCD qabının dibinə
tökülür (M nöqtəsinin yaxınlığında). Qalxan şərabın səviyyəsi aşağıdakı
təhnəni (T) yuxarı qaldırır. Bu zaman S çubuğu P üzüyünün vasitəsilə s
1
çubuğunu döndərir və nəticədə H
1
və H
2
kranlarını açaraq boruları elə
birləşdirir ki, t
1
qabındakı şərab G
1
qabına, t
2
qabındakı su isə G
2
qabına
axsın. MN arakəsməsi T təhnəsinin yuxarıya hərəkətini məhdudlaşdırır.
Əgər axan şərab qabın dibinə həddindən çox axarsa, yəni T təhnəsi
yuxarı arakəsməyə dirənərsə, onda təhnənin dibindəki əyilmiş boru K
ilə maye onun içinə daxil olur. Bunun nəticəsində təhnə aşağıya düşür
və kranları bağlayır. Beləliklə, mayelərin G
1
və G
2
qablarına axması
dayanır.
Əgər, G
1
qabına su böyük sürətlə verilərsə, onda
ρ
1
borusundan
keçən maye böyük təzyiq altında olduğundan şırnaq bir başa T təhnəsinə
axır. T təhnəsi aşağıya enərək H
1
və H
2
kranlarını açaraq
G
1
qabına
suyun, G
2
qabına isə şərabın axmasını mümkün edir. T təhnəsi
dolduqdan sonra su K borusundan axaraq xaricə çıxır. T təhnəsi
boşaldıqdan sonra g yükünün təsirindən təhnə yenə də əvvəlki vəziyyətə
qaytarılır. Bu zaman H
1
və H
2
kranları bağlanır və mayelərin verilməsi
dayandırılır. Bu mexanizm Banu Musaya qədər olan mexanizmlərdən ən
təkmili idi.
Videman Banu Musa qardaşlarının işlərini öyrənən zaman dənizin
dibindən mirvari yığmaq üçün düzəldilmiş maşının təsvirinə rast gəlir.
Şəkil 1.76-da bu qurğunun cizgisi və modeli təsvir olunmuşdur.
Göründüyü kimi, qurğu əsasən bir-birinə hərəkətli bağlanmış iki
yarımsilindrdən ibarətdir. Bu yarımsilindrlər yuxarıdan, dörd iplə kənar-