Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə116/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   112   113   114   115   116   117   118   119   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

395 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.107. Nasmifə görə dal bucağın yonqarçıxarmaya təsiri. 

 

isə  Nasmifə  görə  düzgün  qiymətə  malikdir.  Düzgün  dal  bucağın 



alınması  üçün  Nasmif  pardaqlama  şablonu  təklif  edir.  Şablona  əsasən 

hazırlanan kəskinin dal bucağı 3° həddində olmalı idı [2.96]. 

 

1846-ci ildə İngiltərədə Holztapffel tərəfindən çap olunmuş daha bir 



kitabda  torna,  üstyonuş  və  burğu  alətləri  haqqında  məlumat  verilir.  Bu 

kitabda  Yozef  Klement  əyilmiş  başlığa  malik  kəskilərin  ixtiraçısı  kimi 

təsvir olunur (şəkil 2.108). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2.108. Klementin kəskiləri.



 

 

 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

396 

 

 

İlkin  araşdırmalar  ərəfəsində  kəskinin  həndəsəsinin,  daha  doğrusu 



onun  bucaqlarının  sinifləşdirilməsi  də  ingilis  alimləri  tərəfindən 

aparılmışdır.  Bu  sahədə  1825-ci  ildə  Bebbijin  gördüyü  işlərdə  məlumat 

verilir.  Şəkil  2.109-da  onun  təsvir  etdiyi  alət-pəstah  arasındakı 

münasibət göstərilmişdir. Burada c silindirik pəstahı, T isə kəskini təsvir 

edir. Ba kəsmə nöqtəsi və alətin üst tərəfindən  keçən  xəttdir. Ca xətti a 

nöqtəsindən  keçərək  alətin  qabaq  tərəfinə  toxunur  [2.81].  Bebbij  CaD 

bucağını  “Köməkçi  bucaq”  (angle  of  relief)  adlandırır,  çünki,  bu 

bucağın  böyüməsi  alət  ilə  pəstah  arasında  sürtünməni  azaldır.  CaB 

bucağı  “alət”  (angle  of  tool)  və  BaA  bucaqı  isə  “yonma”  (angle  of 

scape)  bucağı  kimi  qiymətləndirilir.  Ona  görə  ki,  alətin  Ba  səthində 

yonma prosesi baş verir. Bucaqların belə təsviri bu günə kimi də bir çox 

normativlərdə  istifadə  olunmaqdadır.  Bebbij  öz  işində  həm  də  bu 

bucaqların  seçilməsi  üçün  təkliflər  verir.  O  poladın  emalı  üçün  yonma 

bucağının 27° olmasını əlverişli sayır [2.81]. Çox ehtimal ki, bu qiyməti 

o eksperimental təyin etmişdir.     

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.109. Alətin həndəsəsinin sinifləşdirilməsi. 

 

 



 

Bebbijin  işlərində  o  da  nəzərə  çarpır  ki,  o,  ilk  dəfə  olaraq  kəsmə 

prosesinin    optimallaşdırılmasının   vacibliyindən   danışmışdır  [2.82].   



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

397 

Onun  fikrincə  kiçik  yonqar  qatında  kəsmə  qüvvəsinin  kiçik  olmasına 

baxmayaraq  emal  üçün  çox  vaxt  tələb  olunur.  Böyük  kəsmə  dərinliyini 

reallaşdırmaq  məqsədilə  o,  kəski  tutqaclarından  və  yüksək  kəsicilik 

qabiliyyətinə malik alət materiallarından istifadə olunmasını təklif edir. 

 

Bebbij tarixdən məlum olduğu kimi riyaziyyatçı olub, təbiət elmlərin 



nəticələrinin  texnikada  tətbiqinə  çalışmışdır.  Növbəti  təbiətşünas  alim, 

ingilis  Robert  Villis  də  o  dövrdə  məlum  olan  riyaziyyat    qanunlarını 

sadə  formada  təsvir  edib,  texnikada,  əsasən  isə  maşınqayırmada  tətbiqi 

üzrə  çalışmışdır.   O  “Paper  on the  Principles  of Tools  for Turning  and 



Planing Metals” (azərb. “Torna və üstyonuş əməliyyatları üçün alətlərin 

prinsipləri”)  əsərində  kəsici  alətlərin  layihələndirilməsi  üçün  təkliflər 

vermişdir.  Prosesin  kinematik  sxemi  əsasında  o  torna  əməliyyatını  və 

alətin  işləməsini  izah  edir.  İlk  dəfə  olaraq  Vills  əsas  və  köməkçi 

tillərdən söhbət açır [2.97]. Burada yonqarın eni və qalınlığının təyini də 

göstərilir.  Villsin  tədqiqatlarının  əsas  məqsədi  müxtəlif  materialların 

emalı üçün lazım olan alət bucaqlarını təyin etməkdən ibarət idi. Bunun 

üçün  o  vacib  bucaqlardan  ibarət  cədvəl  tərtib  edir.  Bu  cədvələ  əsasən 

döymə  poladları  üçün  kəskinin  təpə  bucağı  kobud  emalda  60°,  təmiz 

emal  üçün  isə  70°  həddində  yerləşməli  idı.  Bu  qiymət  bürünc  üçün  

uyğun olaraq 80° və 90° olmalı idi  [2.97]. 

 

XIX  əsrin  ikinci  yarısında  İngiltərədə  maşınqayırmanın  inkişafının 



ləngiməsi  sayəsində  aparılan  elmi

tədqiqat  işləri  Fransaya,  daha  sonra 



isə  Rusiya  və  Almaniyaya  keçir.  Aparılan  tədqiqat  işlərinin  əsasında 

enerji  ölçmələru  dururdu.  Kəsməyə  sərf  olunan  enerjini  bilməklə  alətin 

həndəsəsi  təyin  olunurdu.  Fransız  hərbi  mühəndisi  Yozzel  torna  və 

burğulamada  ən  yaxşı  bucaq  üçün  kriteriya  kimi  bir  kiloqram  yonqara 

düşən  ən  kiçik  enerjini  götürmüşdür.  O  kəsmə  prosesinə  sərf  olunan 

enerjinin  əsasən  qabaq  və  dal  bucaqlardan  asılı  olmasını  göstərmişdir. 

Yozzel  həm  də,  ilk  dəfə  olaraq,  alətin  formasının  kəsmə  prosesinə 

təsirini araşdırmışdır [2.97].   

  

 

Alət  istiqamətində  aparılan  tədqiqatların  nəticələri  elə  həmin  vaxtda 



da praktikada tətbiq olunurdu. 1875-ci ilə qədər alətlərin inkişaf prosesi 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə