Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə124/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   120   121   122   123   124   125   126   127   ...   159

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 

 

424 

Şəkil 2.124-dən göründüyü kimi, torpağı şumlamaq üçün sahənin hər 

tərəfində  bir  lokomobil  yerləşdirilərək,  onlar  bir-biri  ilə  iplə 

əlaqələndirilmişdir.  Bu  ip  torpaq  sahəni  şumlayan  kotanı  dartmağa 

xidmət edirdi. Bu maşınların faydalı iş əmsalı yalnız 5%-ə bərabər idi. 

 

Daxili  yanma  mühərrikinin  ixtirasından  sonra  kənd  təsərrüfatında 



tətbiq  olunan  maşınların  konstruktiv  cəhətdən  təkmilləşdirilməsi  ilə  

lokomobillər  tədricən  sıxışdırılmağa  başlayır.  İlkin  yaradılan  daxili 

yanma  mühərriki  ilə  işləyən  traktorlar  yalnız  dartıcı  rolunu  oynayırdı. 

Kənd  təsərrüfatında  işlədilən  mexanizmlər  isə  sadəcə  olaraq  dartıcı 

maşınların  arxasına  qoşulurdu.  Dartıcı  traktorlar  kiçik  çəkiyə  malik 

olduqlarından,  onlar  nisbətən  böyük  sürətlərdə  hərəkət  edə  bilirdi.  Bu, 

traktorların  sürəti  14  km/saata  çatırdı.  Traktor  hazırlayan  firmalar 

arasında 1917-ci ildə yaranmış “Fordson” ( “Ford” və “Son” sözlərinin 

birləşməsindən əmələ gəlmişdir) firması pioner sayılır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.125. Fordson traktoru, 1921. 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 

 

425 

Fordson  traktorları  tezliklə  böyük  şöhrət  qazanır  (şəkil  2.125).  O, 

həm Amerika, həm də Avropada geniş tətbiq olunur. I dünya müharibəsi 

ərəfəsində  iqtisadi  blokadada  qalan  İngiltərə  taxıla  olan  ehtiyacını 

ödəmək 


üçün 

kənd 


təsərrüfatında 

mühüm 


dəyişiklər 

etmək 


məcburiyyətində idi. Atla torpaqların şumlanması ilə bu tələbatı ödəmək 

mümkün  deyildi.  Bu  problemi  həll  etmək  üçün  İngiltərə  Fordson 

firmasına  5000  traktor  sifariş  edir.  Alınan  gəlir  firmaya  traktorları 

inkişaf  etdirmək  üçün  şərait  yaradır.  Fordson  traktorları  başqalarına 

nisbətən  az  çəkiyə  malik  idi  və  ucuz  başa  gəlirdi.  Fordson 

yerşumlamada istifadə olunan kotanların inkişafının başlanğıcını qoyur.  

   I dünya müharibəsi dövründə bu traktorlardan ağır yüklərin, əsasən isə 

artilleriya qurğularının nəql edilməsində istifadə olunurdu. Daxili yanma 

mühərrikləri ilə işləyən traktor və  lokomobillər arasındakı rəqabət uzun 

müddət  çəkir.  Amerikada  lokomobillərin  tətbiqi  suya  və  daş  kömürünə 

böyük  ehtiyac  yaratdığından  təsərrüfatçılar  tədricən  daxili  yanma 

mühərriki  ilə  işləyən  traktorlara  keçirdilər.  I  dünya  müharibəsinə  qədər 

traktorların  Amerikada  tam  qələbəsi  başa  çatır.  Avropada  isə  suya  və 

kömürə elə də ehtiyac duyulmadığından bu proses uzun çəkmişdir.  

 

I dünya  müharibəsindən sonra alman  mühəndisi Fritç Huberin (alm. 



Fritz  Huber)  çarxlı  traktoru 

  “Buldoq”un  ixtirası  ilə  Avropada  kənd 



təsərrüfatında hökm sürən tələblərə cavab tapılmış olur. “Buldoq” aşağı 

dövrlər  sayında  işlədiyindən  Amerika  traktorlarına  nisbətən  az  səs 

yaradır  və  az  yanacaq  işlədirdi.  Tezliklə,  bu  traktor  Avropa  fermerləri 

tərəfindən geniş istifadə olunur.  

 

20-ci  illərdə  təkərlərdə  rezin  üzlüklərin  tətbiqi  ilə  traktorlar  yeni 



mərhələyə  qədəm  qoyur.  Amerikalı  mühəndis  Ales  Kalmersin  (ingl. 

Allis  Chalmersin)  1933-cü  ildə  ixtira  etdiyi  enli  rezin  təkərlərin  tətbiqi 

ilə  torpağa  düşən  spesifik  yükün  qiyməti  azalmış  olur.  Bunun 

nəticəsində,  traktorların  dartma  gücü  30%  artırılmış  olur.  Traktorların 

çevikliyi  artır,  onlar  şumlamadan  avtomobil  yoluna  və  əksinə  keçə 

bilirdilər. Pnevmatik təkərlərin tətbiqi traktorların xarici görünüşündə də 

dəyişikliyə  səbəb  olur.  Traktorların  üst  tərəfi  daha  alçaq  formada 




Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 

 

426 

hazırlanır. Traktorlarda 1930-cu ildə tətbiq olunan bu forma indiyə kimi 

çox az dəyişikliyə məruz qalmışdır.      

Traktorların getdikcə ixtisaslaşması nəticəsində, onlarla avtomobillər 

arasında  olan  konstruktiv  fərq  də  böyüməyə  başlayır.  Traktorlarda   

hava  təkərlərindən  istifadə  edilməsinə  baxmayaraq,  onlar  aşağı  sürətə, 

təkərlərdə  yüksək  momentə  və  əlavə  ötürmə  sisteminə  malik  idilər 

[2.104].      

1937-ci  ildən  etibarən  traktorlarda  tətbiq  olunan  hidravlik  qaldırıcı 

sistem  qoşulqanlardan  imtina  etməyə  imkan  vermişdir.  Kənd 

təsərrüfatında  lazım  olan  mexanizmlər  bir  başa  traktorların  arxa 

hissəsinə  bərkidilirdi  (şəkil  2.126).  Bu  konstruksiya  1935-ci  ildə 

amerikalı  konstruktor  Ferquson  (ingl.  Ferguson)  tərəfindən  ixtira  edilir 

[2.57].  Burada  əsas  yenilik:  üçnöqtə  prinsipi  ilə  işləyən  hidravlik 

qaldırma  sistemindən  ibarət  idi.  Dartıcı  traktorlar  bu  sistemlə  artıq, 

maşının  içindən  arxaya  qoşulmuş  mexanizmləri  hərəkət  etdirmək 

imkanı  qazanmışdılar.  1939-cu  ildən  başlayaraq  bu  sistemlər 

İngiltərənin  kənd  təsərrüfatında  geniş  tətbiq  olunur.  Ford  firması  da 

özünün istehsal etdiyi Fordson traktorlarını bu sistemlə təchiz edir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.126. Ferqusonun üçnöqtə prinsipi ilə işləyən hidravlik sistem.  




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə