Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə121/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   117   118   119   120   121   122   123   124   ...   159

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 

 

413 

tətbiq  olunurdu.  ABŞ  və  Avropa  ölkələrində  polad  istehsalı  və  onun 

yarımfabrikat  şəklində  hazırlanması  texnologiyasını  bir  zavodda 

birləşdirməyə  cəhd  edilirdi.  Bu  təmərküzləşdirməyə  parallel  olaraq 

iqtisadi bir proses gedirdi. Zavodların böyüməsi ilə əlaqədar kapitalın da 

böyüməsi  baş  verirdi.  Yaranmış  dəmir  və  polad  monopoliyası 

nəticəsində bu sahə getdikcə böyük siyasi təsir qazanırdı.    

 

Bu proses fasiləsiz yaymanın inkişafı ilə daha da gücləndirilmiş olur. 



Fasiləsiz  yayma  prosesinin  köməyi  ilə  30  m  uzunluğunda  olan  metal 

lövhələri  hazırlamaq  mümkün  idi.  Yayma  maşının  işçi sahəsinin böyük 

olması  nəticəsində  enli  lövhələrin  istehsalı  da  mümkün  idi.  Belə  ki, 

avtomobilin damını bir dəfəyə almaq olurdu.  

 

Metalların  döyülməsində  də  inkişaf  nəzərə  çarpırdı.  Buxarla  işləyən 



çəkiclər  pnevmatik  çəkiclərlə  əvəzolunmağa  başlayır.  Bununla  bərabər 

hidravlik preslərin də tətbiqi genişlənir. 30-cu illərin əvvəlində çəkic və 

preslərin  güçü  1500  MVt-a  çatırdı.  Çəkisi  250t  olan  metal  külçələrin 

emalı  problemsiz  həyata  keçirilirdi.  Döyülən  metal  bloklarını  döymə 

temperaturuna  (1200°)  qədər  qızdırmaq  üçün  induksiya  elektrik 

qızdırıcılardan istifadə edilirdi [2.59].     

 

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  maşınqayırmada  inkişaf 



tendensiyası  bu  sahədə  məlum  ixtiraların  istehsalat  və  məişətdə  geniş 

tətbiqi  nəticəsində  elektrik  mühərrikləri,  avtomobil,  kənd  təsərrüfatı 

maşınları,  cihazqayırma  və  təyyarəqayırmanın  inkişafında  özünü  daha 

aydın  büruzə  verirdi.  Maşınların  istehsalında  yeni  texnologiyalar 

yaradılıb  tətbiq  edilirdi.  Bunun  üçün  lazım  olan  avadanlıqların 

hazırlanması  daha  təkmilləşdirilmiş  dəqiq  üsullar  tələb  edirdi.  Yeni 

yaradılmış  sahələr  maşınqayırmadan  təkcə  yeni  avadanlıqların 

hazırlanmasını yox, həm  də onların istehsalı üçün yeni texnologiyaların 

işlənib  tətbiq  olunmasını  tələb  edirdi.  Dəzgahqayırmada  elektronikanın 

tətbiqi və bir çox əməliyyatların avtomatlaşdırılması nəticəsində yüksək 

məhsuldarlıq  əldə  edilmişdir.  Maşınqayırmada  avtomatlaşdırılmanın 

əsası  sayılan  elktrotexnika  getdikcə  böyük  əhəmiyyət  kəsb  etməyə 

başlayır.  



Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 

 

414 



2.8.2.  Elektrik 

enerjisinin 

maşınqayırmada 

istifadəsinin 

genişlənməsi 

 

Ə

srin  20-ci  illərində  elektrik  enerjisinin  istehsalındakı  inkişaf, 

əsasən  iki  istiqamətdə  baş  verirdi.  Birincisi,  cərəyan  istehsal  edən 

maşınların  gücünün  kəskin  şəkildə  artması  ilə  səciyyələnirdi.  İkincisi, 

uzaq  məsafəyə  elektrik  enerjisinin  verilməsində  gərginliyin  və 

məsafənin artırılması ilə bağlı idi. 

 

1900



1930-cu  illər  arasında  turbinlərin  inkişafına  nəzər  saldıqda 

görmək  olur  ki,  onların  gücü  texnikanın  inkişafı  nəticəsində  200  dəfə 

artmışdır  [2.59].  Texniki  inkişaf  zamanı  turbinlərin  işləməsinin  əsas 

prinsipləri  olduğu  kimi  qalırdı.  Burada  əsas  dəyişikliyi  tətbiq  olunan 

turbin,  generator  və  elektrik  stansiyalarının  ölçülərinin  böyüməsində 

görmək olurdu.  

 

Güc artımının başqa səbəblərindən biri də, generatorla buxar turbinin 



inteqrasiya  olunmasında  idi.  Dinamonun  rotoru  birbaşa  buxar  turbinin 

valı ilə birləşdirilmişdir. Su ilə işləyən turbinlərdə də eyni təmayül  hiss 

olunurdu. 

 

Elektrotexnika,  termodinamika,  və  metalloqrafiya  kimi  elmi 



sahələrin  inkişafı  sayəsində  elektrik  stansiyalarının  faydalı  iş  əmsalını 

artırmaq mümkün olmuşdur. 1920-ci ildə bu 35 il əvvəlkinə nisbətən iki 

dəfə artaraq 10%-ə çatmışdır. Elektrik enerjisinin belə sürətlə yayılması 

və  həcminin  artmasının  səbəbləri,  əlbəttə  cəmiyyətdə  yaranan,  elektrik 

enerjisinin tətbiq sahələrinin artması ilə bağlı idi. Digər tərəfdən elektrik 

enerjisinin  qiymətinin  aşağı  düşməsi  elektrik  ilə  işləyən  texnikanın 

sürətlə  yayılmasına  gətirib  çıxarmışdır.  Burada  ənənəvi  sənaye  sahələri 

ilə  bərabər  elektrik  enerjisindən  məişətdə  və  kimya  sənayesində, 

metallurgiyada  elektrolit  üsulların  tətbiqi  ilə  elektrik  enerjisinə  tələbat 

daha da artmışdır.    

 

Maşınqayırmada,  XX  əsrin  əvvəllərində  mühəndislər  qarşısında 



duran əsas texniki məsələ, fərdi və ya qrup şəklində ötürmə istiqamətləri 

artıq  öz  həllini  tapmaqda  idi.  Böyük  müəssisələrdə  qrup  şəklində 




Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 

 

415 

idarəetmə  ötürmələri  artıq  yerli  elektrik  mühərriki  ilə  işləyən 

ötürmələrlə  əvəz  olunmaqda  idi.  Fərdi  işləyən  ötürmə  sistemləri  həm 

iqtisadi,  həm  də  təhlükəsizlik  baxımından  öz  üstünlüyünü  sübut 

etmişdir.  

 

Buna  baxmayaraq,  fərdi  ötürmələrin  inkişafında  bir  sıra  problemlər 



mövcud  idi.  Elektrik  mühərrikləri  birbaşa  işçi  maşının  aparan  valı  ilə 

birləşdirildiyindən  rotorun  dəqiqliyi,  onun  yerinə  yetirdiyi  işin 

keyfiyyətinə  təsir  edirdi.  Ona  görə  də,  rotorların  yüksək  dəqiqlikdə 

hazırlanması və tarazılanmasına ehtiyac var idi.  

 

Digər  tərəfdən,  bir  çox  maşınlarda  dövrlər  sayının  tənzim  olunması 



tələb  olunurdu.  Bunun  üçün  20-ci  illərin  sonunda  fərdi  ötürmələrin 

yaranması  dövründə  hansı  elektrik  mühərrikinin-  dəyişən,  yoxsa  sabit 

cərəyanla  işləyən  mühərrikin  seçilməsi  məsələsi  dururdu.  Dəyişən 

cərəyanla  işləyən  mühərriklər  çox  az  dövrlər  sayına  malik  idilər. 

Hazırlanan mühərriklərdə dövrlər sayı adətən 3000 dövr/dəq qoyulurdu. 

Dövrlər  sayının  azaldılması  üçün  ötürmədən  istifadə  olunurdu. 

Mühərriklərdə  qütblərin  sayı  ilə  dövrlər  sayını  yalnız  böyük  addımlarla 

azaltmaq  mümkün  idi:  3000-1500-750-600-500  dövr/dəq.  20-ci  illərin 

sonunda tənzim olunan dəyişən cərəyan mühərriki məlum deyildi.  

 

Sabit  cərəyan  mühərrikləri  isə  pilləsiz  tənzim  oluna  bilirdi.  Bu 



mühərriklərdə  dövrlər  sayını  xüsusi  dəstəyin  köməyi  ilə  müəyyən 

intervalda pilləsiz dəyişmək mümkün idi. Sabit cərəyan mühərriklərinin 

tətbiqi əməktutumlu idi və işə salınması üçün reostat tələb edirdi. Tərkib 

hissəsində  fırçalar  və  qəbuledicilər  kimi  yeyilən  hissələrin  olması 

onların iş qabiliyyətini tez itirməsinə gətirib çıxarırdı. 1940-cı ildə kiçik 

ölçülü  maşınların  böyük  əksəriyyətində  dəyişən  cərəyan  mühərrikləri 

tətbiq  edilirdi.  Böyük  maşınlarda,  xüsusilə  dəzgahlarda  sabit  cərəyanla 

işləyən  mühərriklərsiz  keçinmək  olmurdu.  Çünki,  dəzgahların  dəyişən 

texnoloji tapşırıqlara uyğunlaşdırılması üçün dövrlər sayını tənzimləmək 

lazım idi. 

 

Ümumiyyətlə, 



mühərriklərin 

birbaşa 


işçi 

maşının 


valına 

birləşdirilməsi  ideyası  heç  də  praktikada  bir  mənalı  qarşılanmamışdır. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə