Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
420
Şəkil 2.120. Fırlanan təhnə.
Şəkil 2.121. Barabanlı paltaryuyan
maşın.
yisədə, bu üsul öz üstünlüyünü göstərərək geniş tətbiq tapır və bu günə
kimi də paltaryuyan maşınların tərkib hissəsi sayılır (şəkil 2.121). Yeni
növ maşınların əsas hissələri tərpənməz bərkidlimiş su qabı və onun
içərisində paltar doldurmaq üçün nəzərdə tutulmuş fırlanan barabandan
ibarətdir. Baraban ələk şəklində hazırlandığından sabunlu su onun
içərisinə dolaraq paltarı isladır. Paltarın yuyulması fırlanma zamanı
onun, barabanın daxili səthinə sürtünməsi nəticəsində baş verirdi.
Paltarların bir istiqamətdə fırladılması zamanı yaranan topalanmanın
qarşısını almaq üçün elektrik mühərrikləri reversiv hərəkətə malik idilər.
Bu maşınların, əl ilə paltaryumaya nisbətən daha effektiv işləməsinə
baxmayaraq, 50-ci illərə qədər hələ də onların tam qələbəsindən
danışmaq olmazdı. Bu maşınları yalnız imkanlı şəxslər ala bilirdilər.
Elektriklə işləyən suqızıdırıcı, sobalar və tavalar ilə bərabər ütülər ən
çox yayılmış qızdırıcı cihaz idilər. Elektrik mühərriklərinin geniş
yayılması başqa məişət maşınlarının yaranmasına təkan vermişdir.
XX əsrin əvvəlində evdarlıq işlərində tozların təmizlənmsi üçün
ingilis Sesil Buz (ingl. Cecil Booth) nasosla işləyən mexaniki sorma
sistemini təklif edir. Nasos qabın daxilində vakuum yaradaraq oraya
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
421
xaricdən tozlu havanın sorulmasına imkan verirdi. Tozlu hava möhkəm
parçadan hazırlanmış torbadan keçərək təmizlənir və yenidən xaric
olunurdu. Nasosu işlətmək üçün benzin mühərrikindən istifadə
olunurdu. Bu böyük avadanlığı nəql etmək üçün arabadan istifadə
edilirdi. Otağı təmizləmək üçün araba evin yaxınlğında saxlanaraq uzun
şlanqla təmizlik işləri görülürdü. Ayrı-ayrı firmalar bu araba ilə ev-ev
gəzərək öz xidmətlərini təklif edirdilər (şəkil 2.122). Böyük evlərin
zirzəmisində belə qurğular yerləşdirilirdi. Ayrı-ayrı otaqlardan gələn
şlanqlar zirzəmidəki tozsoran qurğuya birləşdirilirdi [2.59].
Şəkil 2.122. Tozsoran arabası.
1918-ci ildən etibarən tozsoran maşınlar daha da inkişaf etdirilərək
fərdi tələbat üçün uyğunlaşdırılır. Bu, vakuum nasosu əvəzinə pərlərlə
işləyən mühərriklərin ixtirasından sonra baş verir. Bunun nəticəsində
kiçik maşınların hazırlanması mümkün olmuşdur. Evdarlıq işlərinin
aparılması üçün gövdə və dəstəkdən ibarət olan tozsoran maşınlar başqa
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
422
konstruksiyaları üstələyərək geniş tətbiq olunurlar (şəkil 2.123). Bu
konstruksiya bu gün istifadə olunan maşınların əsasını təşkil edir.
1932-ci ildə Almaniyada tozsoran maşınların yeni növü ixtira edilir.
Bu maşınlar fırçalarla işləyirdi. Maşının alt tərəfində yerləşdirilmiş üç
ədəd fırça fırlanaraq döşəmədə olan tozları və iri ölçülü qırıntıları bir
yerə yığaraq sorurdu. Bu maşınların, hər bir ev əşyası üçün xüsusi fırça
ilə təmin olunmasına baxmayarq, onlar məişətdə öz geniş tətbiqini tapa
bilməmişlər.
Tozsoran maşınlarda bir sıra təkmilləşdirmələri nəzərə almaqla
demək olar ki, onların inkişafı əsasən 30-cu illərin sonunda başa çatır.
Bundan sonra yalnız yeni filtir materialları, daha güclü və davamlı
mühərrikləri və müx-
müxtəlif
başlıqların
tətbiqi baş verir.
Məişət
texnika-
sında sonrakı keyfiy-
yət
dəyişmələri
II
dünya
müharibə-
sindən sonra elektro-
nikanın tətbiqi ilə baş
verir.
Burada
da
sadəcə olaraq bəzi
əməliyyatların proq-
qramlaşdırlması apa-
rılır.
Şəkil 2.123. Tozsoran maşın.
Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru
423
2.8.4. Kənd təsərrüfatı maşınlarının inkişafı
K
ənd təsərrüfatında ağır işləri görmək üçün tətbiq edilən maşınların
tarixi
−
daxili yanma mühərrikləri və tırtıllı ötürmənin yaranması ilə
bağlıdır. Bu sahədə aparıcı Avropa dövlətlərində edilən ixtiraların rolu
böyük olmuşdur. Əsasən rus mühəndisləri Saqryajski və Binov
tərəfindən XIX əsrdə ixtira edilmiş tırtıllı ötürmə, traktorların
yaranmasının başlanğıcını qoymuşdur [2.57].
XX əsrin əvvəlində traktorların inkişafında ABŞ mühəndisləri böyük
rol oynamağa başlayırlar. İlkin vaxtlarda buxar maşınları ilə hərəkətə
gətirilən traktorlar düzəldilir. Buna görə də, ilk traktorların çəkisi böyük
idi. 10 t çəkisində olan traktorun mühərrikinin gücü cəmi 22
−
45 a.g. idi.
Lokomobil adlanan bu maşınlar 2,5 m böyüklükdə təkərlər üzərində
yerləşdirilirdilər (şəkil 2.124). Lokomobillərin aşağı çevikliyə malik
olması səbəbindən onlar yalnız stasionar olaraq güc ötürücüləri kimi
istifadə olunurdu. Məsələn, yer şumlamasında onlardan dartıcı maşın
kimi, agacların doğranmasında mişarları hərəkət etdrmək üçün tətbiq
edilirdi.
Şəkil 2.124. Lokomobillərin tətbiqi.
Dostları ilə paylaş: |