Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə114/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   110   111   112   113   114   115   116   117   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

388 

 

 

Onun işləri sonralar Peterburqda çalışan rus alimləri Zvorıkin, Briks 



və Savin tərəfindən inkişaf etdirilmişdir [2.87

93]. Şəkil 2.101-də Time 



nəzəriyyəsinə  əsasən  yonqarın  əmələgəlmə  sxemi  təsvir  edilmişdir. 

Burada  göstərilən 

β

  bucagı  yonqarın  əmələ  gəldiyi  kəsmə  bucağını 

göstərir.  Timenin  “Metal  və  ağacların  emalında  yaranan  müqavimət 

haqqında” əsərində metal və ağac hissələri üzərində aparılmış sınaqların 

nəticələri  çap  olunmuşdur.  Alət  pəstaha  müəyyən  dərinlikdə  daxil 

olduqdan  sonra,  maili  müstəvi  üzrə  kəsmə  prosesi  baş  verir.  Kəsilmiş 

yonqar  alətin  qabaq  üzü  üzrə  sürüşməyə  başlayır  (şəkil  2.102).  Time 

sınaqları  zamanı  həm  də,    qalın  yonqarlarda  forma  dəyişikliyinin  güclü 

olduğunu  müşayət  edir.  O,  kövrək  materiallarda  başqa  mənzərənin 

şahidi  olur.  Bürünc,  çuqun  və  sinkin  emalında  alətin  kəsməyə  girişi 

zamanı,  öncə  hər  şey  normal  gedir.  Sonra  isə  yonqar  sınır  və  sonrakı 

yonqarla birləşir (şəkil 2.103).  

 

Timenin  işləri  yonqarın  əmələ  gəlməsinin  tədqiqi  istiqamətində  ilk   



fundamental  iş  sayılır.  Buna  görə  də  o,  kəsmə  nəzəriyyəsinin  banisi 

hesab edilir [2.90]. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.103. Kövrək materiallarda yonqarın əmələ gəlməsi. 

 

Timenin  işlərindən  üç  il  sonra,  1873-cü  ildə  fransız  alimi  Onri 



Treska (fran. Henry Edouard Tresca) üstyonuş prosesinin tədqiqinə həsr 

olunmuş  işlərini “Bərk  cismin  deformasiyasında” [2.91] çap etdirir. O,  




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

389 

ilk  dəfə  olaraq,  yonqarın  əmələ  gəlməsi,  strukturu  və  formasını 

araşdıraraq  bu  qənaətə  gəlir  ki,  yonqar  çıxarılandan  sonra  onun 

uzunluğu  alətin  getdiyi  yolun  uzunluğundan  kiçikdir.  Bu  hadisəni 

Treska  meterialın  kəsmə  zamanı  deformasiyaya  uğrayaraq  “oturması” 

ilə  izah  edir  və  bunu  kəmiyyətcə  nəzərə  almaq  üçün    R  əmsalından 

istifadə  edir.  Onun  qənaətincə  bu  əmsal  1/3 

  R 



  ½  arasında  yerləşir. 

Treskanın  nəzəriyyəsinə  görə    alət  pəstaha  daxil  olduqdan  sonra  öncə 

materialda  müəyyən  dərinlikdə  oturma  baş  verir  və  bu,  müəyyən  bir 

həddi  keçdikdən  sonra  material  alətin  qabaq  üzü  üzrə  sürüşməyə 

başlayır  (şəkil  2.104).  Treskanın  bu  ideyası  sonralar  Timenin  işlərində 

də öz təsdiqini tapır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2.104. Treskaya görə yonqarçıxarma. 



 

 

 Time və Treskanın tədqiqatları kəsmə prosesinin araşdırılmasına aid 



olunan klassik 

 

işlər  sayılır.  Burada,  ilk  dəfə  olaraq,  kəsmə  zonasında 

baş verən proseslər  izah olunmuş, alət-pəstah  qarşılıqlı  təsiri  araşdırıl- 



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

390 

 

mış  və  onun  emal  prosesinin  gedişindəki  rolu  göstərilmişdir.  Onlar,  ilk 



dəfə  olaraq,  kəsmə  nəzəriyyəsini  işləmiş  və  qüvvənin  hesablanması 

üçün həndəsi asılılıqlar əsasında düstur təklif etmişlər.  

 

70-ci  illərdə  ingilis  alimləri  Smit  və  Mallok  alət  və  pəstah  arasında 



baş  verən  sürtünmə  prosesi  və  emal  olunmuş  səthin  keyifiyyətini 

araşdırmışlar [2.92, 2.93]. 

 

 Sonrakı tədqiqatlarda mexaniki emal zamanı materialın deformasiya 



olunmasını  nəzərə  almaqla  yonqar  əmələ  gəlməsinin  nəzəri  əsasları 

öyrənilir.  Bu  zaman  materiala  tətbiq  olunan  qüvvənin  təsirindən  onun 

daxilində  baş  verən  dəyişikliklər  araşdırılır.  Alman  alimi  Kik  (alm. 

Kick) materialları emal və mexaniki xassələrinə görə qruplaşdırır [2.94]. 

Materialın tökülmə və forma alma qabiliyyəti, kövrəklik, parçalanma və 

yonulma  kimi xassələri buraya aid olunur. Paul Lüdvik  yonqarçıxarma 

prosesinin  nəzəri  əsasları  üzərində  işləyərək,  kəsmə  zamanı  materialın 

daxilində  baş  verən  dəyişiklikləri  onun  xassələri  əsasında  izah  etməyə 

çalışmışdır [2.102].  

 

Macar  professoru  Aleksandr  Retyönun  gördüyü  işlərə,  Lüdvikin 



işlərinin  davamı  kimi  baxmaq  olar.  O,  xarici  qüvvələrin  təsirindən 

material  daxilində  plastik  deformasiyaları  təyin  etmək  üzrə  işləyir. 

Deformasiya  üçün  lazım  olan  qüvvə  burada  yavaş  deformasiya  zamanı 

daxili sürtünmə kimi təyin  edilir. Daxili sürtünmə dedikdə, burada bərk 

cismin daxilində kiçik hissəciklərin xarici qüvvənin təsirindən bir-birinə 

nisbətən sürüşməsi zamanı yaranan sürtünmə nəzərdə tutulur.  

 

XX əsrin əvvəllərində Teylor kəsmə prosesini alətin kəsicilik xassəsi 



və səthin keyfiyyəti ilə əlaqələndirir. Tezkəsən alət poladının praktikada 

geniş  tətbiqi  ərəfəsində  sırf  nəzəri  baxışlara  əsaslanan  Lüdvikin 

“mexaniki texnologiya”sı praktikada öz geniş tətbiqini tapa bilmir.  

 

Uzun sürən fasilədən sonra alimlər yenə də  mexaniki emal prosesini 



qiymətləndirmək  üçün  “plastiklilik  nəzəriyyəsi”ndən  istifadə  edirlər. 

1953-cü  ildə  alman  alimləri  Opitz  və  Huks  ilk  dəfə  olaraq  kəsmədə 

Morun işlədiyi sürtünmə müstəviləri nəzəriyyəsini tətbiq edirlər [2.95].  

 

XX əsrin əvvəlində elektrik mühərriklərinin dəzgahlarda  tətbiq  edil-  




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə