XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
373
rüşmə” “Maşınlarda yeyilmə” uzun müddət həm nəzəri, həm də praktiki
cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.
Jukovskinin
şagirdi
Assur
mexanizmlərin
strukturu
və
sinifləşdirilməsinin klassik nəzəriyyəsinin yaradıcısı sayılır. Alman
alimi Bax ilə yanaşı rus alimi Sidorov da maşın hissələri və
düyümlərinin layihələndirilməsi üzrə maraqlı kitab yazır. Bundan əvvəl
onun texnikanın tarixinə aid yazdığı kitab da önəmli idi.
Maşın hissələrinin yeyilmə problemləri və effektiv yağlama
üsullarının işlənməsi ilə məşğul olan professor N.Petrov hidrodinamik
yeyilmə nəzəriyyəsinin banilərindən sayılır. O, ilk dəfə olaraq yeyilmə
prosesinin riyazi təsvirini verir, yeyilmənin ölçülməsi və idarə olunması
üçün üsullar təklif edir, maşınqayırmada məlum olmayan sürtünmə
ədədlərini daxil edir və maşın hissələri üçün yağlayıcı maddələrin
hazırlanması qaydalarını təklif edir.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
374
2.6.3. Dəzgahqayırmanın inkişafı
Ə
srin sonunda texnikanın ümumi inkişafı ilə əlaqədar olaraq
dəzgahqayırma da öz inkişafından qalmır. 80-ci illərdə Amerika
dəzgahlarının bütün Avropanı bürüdüyü halda, on il sonra vəziyyət artıq
Avropada fəaliyyət göstərən müəssisələrin xeyrinə dəyişməyə başlayır.
Bu ərəfədə Almaniya dəzgahqayırma sənayesi güclənərək dünyada
aparıcı rol oynayır. 1893-cü ildə Almaniya dəzgahları böyük çeşiddə
Çikaqoda keçirilən sərgidə nümayiş etdirilərək ən çox mükafat qazanır.
Sərgidə iştirak edən 70 firma öz məhsulları ilə güclü amerikalı
rəqiblərinə qarşı çıxış edirdilər. Amerika dəzgahları öz əvvəlki adlarını
qorusalar da, alman dəzgahları öz texniki hazırlıqları ilə sərgidə
nümayiş etdirilən bütün dəzgahları ötüb keçmişdilər.
Bu dəzgahların arasında əsasən, universal alətitiləyən pardaq, sonsuz
vint və silindrik frezlə işləyən frez dəzgahları böyük diqqət qazanmışdı
(şəkil 2.92). Dəqiq hərəkət
etdirilə
bilən
eninə
supporta
malik
torna
dəzgahları da fərqlənirdilər.
Ancaq onu da qeyd etmək
lazımdır ki, alman burğu
dəzgahlarında hələ Ameri-
kada olduğu kimi, sürətli
boş gediş mexanizmi yox
idi. Alman dəzgahlarına
olan maraq ona gətirib
çıxarmışdır ki, Çikaqodan
3 il sonra, yəni 1896-cı ildə
Berlində daha bir sərgi
təşkil olunur. Bu sərgidə
əsasən metal emal edən
dəzgahlar nümayiş etdirilir.
Şəkil 2.92. Sonsuz vint frez dəzgahı,
Rayneker firması.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
375
Mütəxəssilərin fikrincə, alman dəzgahqayırması əvvəllər ingilis
dəzgahlarına oxşar məmulların hazırlanması ilə məşğul idisə, 70-ci
illərin sonu o güclü Amerika texnikasının təsiri altında idi. Amerika
təsirini əsasən yüngül gövdələrin hazırlanması, uzlaşdırılmış ötürmə
sistemi, tipik hissələrin emalı üzrə ixtisaslaşma, yüksək avtomatlaşma
dərəcəsi, dəqiq alətlər, o cümlədən frezlərin tətbiqi və hələ o dövrdə
məlum olmayan alman dəqiqliyində görmək olurdu [2.7].
Sərgi bülletenində Löve firmasının universal torna, dəzgahı və
Sentker firmasının elektrik mühərriki ilə təchiz olunmuş supporta malik
torna, “Maks Haze und Co.” firmasının universal revolver torna və
G.Kreqer firmasının revolver torna dəzgahları xüsusi ilə qeyd
olunmuşdurlar (şəkillər 2.93
−
2.95).
Bu dövrdə Sentker firması əsasən metal emal edən dəzgahların
hazırlanması ilə məşğul idi. Sərgi xəbərlərinə görə onun dəzgahları
“əla”
keyfiyyətə
malik
idilər.
Əsasən torna dəzgahlarının
konstruksiyaları, frez və üfüqi burğu dəzgahları və həmçinin lokomotiv
qazanlarının hazırlanması üçün kombinə edilmiş şaquli torna və burğu
dəzgahı böyük maraq kəsb edirdi. Alman dəzgahqayırma firmaları həm
də onunla fərqlənirdilər ki, bu dəzgahlarda dəqiq və mürəkkəb həndəsi
formaya malik hissələri bir yerləşmədə müxtəlif alətlərin tətbiqi ilə emal
etmək olurdu. Digər tərəfdən elektrik mühərriklərinin sürətlə yayılması
nəticəsində, onlardan dəzgah ötürmələrində istifadə olunması ilə alman
müəssisələri emal prosesinin məhsuldarlığını artırmağa cəhd edirdilər.
Bu baxımdan Maks Haze və Qeorq Kreger firmaları qabaqcıl idilər.
Haze firmasının dəzgahları daxildə və xaricdə armatur, silah və
patronların istehsalı ilə məşğul olan müəssisələrə göndərilirdi [2.72,
2.73]. Kreger firmasının məhsulları presizion burğu, frez, yonma və
xüsusi dəzgahları əhatə edirdi.
1900-cü ildə Parisdə keçirilən sərgidə alman dəzgahlarına
Çikaqodakından artıq maraq göstərilmişdir. Sərgidə iştirak edən Fransa,
Belçika, Böyük Britaniya, Avstriya, Rusiya, İsveç dövlətləri arasında
Amerika və Almaniya daha güclü çıxış etmişdilər. Parisdə ilk dəfə ola-