XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
361
təyyarə düzəldir. Bu maşın elə ilk sınaq zamanı sınmışdır. Sonra məlum
olur ki, əsas problem uçuş zamanı stabilliyin yaradılmasından ibarətdir
[2.61].
1870-ci ildə fransız mühəndisi Peno sınaq məqsədilə bir neçə kiçik
təyyarə modelləri düzəldir. Onun apardığı tədqiqatlarda təyyarənin
hərəkətinin quyruq hissəsi ilə stabilləşdirməyin mümkünlüyü araşdırılır.
1890-cu ildə alman mühəndisi Otto Lilienthal düzəltdiyi playnerdə 2
mindən artıq üçüş keçirmişdir. O, playneri öz bədəni ilə tənzim edərək
havada 30 saniyə ərzində 100 m yol qət edir. Öz sonuncu uçuşu zamanı
əsən külək Lilenthalın tarazlığını pozaraq onun qəzaya düçar olmasına
səbəb olmuşdur. Sonralar playnerlərin düzəldilməsi ilə amerikalı Vrayt
(ingl. Wright) qardaşları məşğul olmuşlar. Onlar ilk dəfə olaraq şaquli
və eninə idarə sistemləri tətbiq etmiş, qanadları süni verilən havanın
köməyi ilə yükləmiş və düşən yükü ölçmüşlər. Vrayt qardaşlarının
düzəltdiyi playner stabil idarə olunaraq havada bir dəqiqə qala bilirdi.
1903-cü ildə Vrayt qardaşları playnerə benzinlə işləyən mühərrik
qoyurlar (şəkil 2.83).
1903-cü il martın 14-də Vilbur Vrayt (ingl. Wilbur Wright) ilk mo-
Şəkil 2.83. Vrayt qardaşlarının düzəltdiyi təyyarə.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
362
torlu uçuş edir və 32 m yol qət edir. Həmin ilin 17 dekabr tarixindəki
uçuşda o, 260 m yol qət edir. Bu, dünyada aparılan ilk uçuş sınağı idi.
Tədricən mühərriklərin gücünü artıraraq Vrayt qardaşları öz
təyyarələrini təkmilləşdirirlər. 1905-ci ildə onlar havada 38 dəqiqə
qalaraq 39 km yol qət edirlər. Buna baxmayaraq, Vrayt qardaşlarının
nailiyyətləri dövlət tərəfindən diqqətsiz qalır. Buna görə də, onların
sınaqları yarımçıq qalır [2.61].
1907-ci ildə Fransa dövləti Vrayt qardaşlarının işlərinə maraq
göstərir. Bu işdən xəbər tutan Amerika dövləti Vrayt qardaşlarına 100
min dollar məbləğində sifariş verir. 1908-ci ildə onların düzəltdikləri
təyyarə 2,5 saat havada qalır. Verilən sifarişləri yerinə yetirmək üçün
Nyu Yorkda “Vrayt” təyyarə fabriki yaradılır. Ancaq Vrayt
təyyarələrinin quyruq hissəsində qanadların olmaması səbəbindən, onlar
geniş tətbiq tapa bilmir. Bu təyyarələrlə bir sıra qəzalar baş verir.
Təyyarədə quyruq idarə sisteminin vacibliyinə Penonun işlərindən bələd
olan fransızlar, Vrayt qardaşlarının təyyarələrinin bazasında yeni
təyyarə düzəldərək böyük nailiyyətlər əldə edirlər. 1908-ci ildə fransız
mühəndisi Lui Bleroa (fran. Louis Bleroit) uzun sürən tədqiqatlardan
sonra praktikada tətbiq oluna biləcək təyyarəni, “Bleroit XI”-i düzəldir
(şəkil 2.84).
Şəkil 2.84. Bleroit təyyarəsi.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
363
O, 1909-cu ildə La–Manş üzərindən uçaraq keçir. Sonralar fransız
təyyarə konstruktoru Onri Famo (fran. Henri Faman) 1912-ci ildə
təyyarə layihələndirmə firmasını yaradır. Burada o, ilk aeroplanı
düzəldir və onun kütləvi istehsalını təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, bu təyyarələrin hamısı qeyri -
metaldan hazırlanırdı. Yalnız alman mühəndisi Huqo Yunkersin səyləri
nəticəsində 1915-ci ildə ilk, tam metaldan hazırlanmış təyyarəni “Junker
J1”-i düzəltmək mümkün olur (şəkil 2.85). Yunkers təyyarələrinin
konstruksiyaları təyyarəqayırmada yeni mərhələnin başlanğıcını qoyur.
Bundan sonra təyyarələr metaldan hazırlanır [2.61].
Şəkil 2.85.” Junkers J1” təyyarəsi.
Daxili yanma mühərriklərinin inkişafı və onların geniş tətbiqi və
eyni zamanda kimya sənayesinin inkişafı neft xammalına olan tələbatı
kəskin artırmişdır. Neftdən hələ qədimdə insanlar müalicə üçün istifadə
etmişlər. İlk neft yataqlarının qazılması və oradan neftin xaric edilməsi
qərb ədəbiyyatında amerikalı Edvin Dreykin (ingl. Edwin Drake) 1859-
cu ildə Pensilvaniyada qazdığı quyunun tarixi ilə əlaqələndirilir. Ancaq
tarixi dəlillər göstərmişdir ki, dünyada ilk dəfə neft quyusu 1846-cı ildə
Rus imperiyasının Bakı quberniyasında, daha dəqiqi, Bibiheybətdə qa-
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
364
zılmışdır (şəkil 2.86). Neftə artan tələbat, bu sənaye sahəsinin inkişafını
stimullaşdırmışdır. Quyuların axtarılması. qazılması və neftin emalı
üçün yeni texniki avadanlıq və maşınlar işlənib hazırlanmışdır.
1834-cü ildə alman mühəndisi Eyhauzen qayçı formalı alətlə
(ştanqalı qazmada hərəkətli hissələr) qazma üsulunu təklif edir. Bundan
sonra fransız mühəndisləri Kind və Fabiö (fran. Fabian) sərbəst düşən
baltalarla işləyən texnologiyanı yaradırlar. Bu üsul praktikada “alman”
üsulu adlanır. 1856-cı ildə Fabiö tərəfindən ilk dəfə olaraq neft
yataqlarının təzyiq altında vurulan su ilə təmizlənməsi təklif olunur
[2.62-2.66].
1859-cu ildə ilk
dəfə olaraq quyuların
qazılmasında
işlərin
mexanikləşdirilməsi
üçün
buxar
maşın-
larının
tətbiqi
rus
mühəndisi Romanov-
ski tərəfindən Podol-
skda aparılır. Bakı neft
yataqlarının qazılma-
sında buxar maşınları
1873-cü
ildə
tətbiq
olunur. Neft quyularının qazılmasında ilk zamanlar zərbə ilə işləyən
üsullardan istifadə olunurdu. XIX əsrin 80-cı illərində Amerikada
quyuların fırlanan baltalarla qazılması və eyni zamanda gil ilə
yuyulması ixtira olunur. 1901-ci ildə Bakida (Suraxanıda) qaz
çıxarılması üçün quyu qazılır. Bir il sonra bu quyudan, 207 m
dərinlikdən qaz çıxarılır [2.63-2.64].
Apşeron yarımadasından çıxarılan nefti emal etmək üçün 1859-cu
ildə Bakıda neft emalı zavodu yaradılır. 1863-cü ildə Bakıda Cavad
Məlikov adlı azırbaycanlı mühəndis tərəfindən dünyada ilk dəfə olaraq
neft emalında soyuduculardan istifadə olunaraq, kerosin hazırlayan
Şəkil 2.86. Bakıda neft buruqları.
Dostları ilə paylaş: |