Sənaye inqilabı
345
böyük titrəmələr tədricən maqnitlərin öz keyfiyyətinin itirməsinə səbəb
olurdu.
Daimi maqnitlərin elektrik maqnitləri ilə əvəz olunmasında alimlərin
qarşısında duran məsələlərdən biri ondan ibarət idi ki, elektrik
maqnitlərini yaratmaq üçün öncə bu generatora elektrik cərəyanı vermək
lazım idi.
1867-ci ildə Verner fon Simens (şəkil 2.66) aşkar etmişdir ki,
generator maqnitinin özəyindəki qalıq cərəyanı istifadə etməklə əlavə
cərəyan verilməsindən imtina etmək olar. Maqnitin özəyində cərəyan
kəsildikdən sonra həmişə mövcud olan zəif maqnit sahəsindən
(remanent maqnitismus)
istifadə etməklə induksi-
ya gərginliyi əldə edilir.
Bu gərginlik kiçik sahə
maqnitlərini
yaratmağa
kifayət edir. Mühərriki
işə saldıqda, bu getdikcə
böyüyür. Generatorun öz-
özünə həyacanlanmasını
almaq üçün o generatorda
əlavə çevirgəc düyməsi
nəzərdə tutur (şəkil 2.67).
Elektrodinamo prinsipinin kəşfindən sonra, heç bir kənar enerji
mənbəyinə ehtiyacı olmayan böyük generatorların düzəldilməsi
mümkün olur. Bu ixtira XIX əsrdə elektrotexnikanın inkişafında əvəzsiz
rol oynamışdır [2.54].
Artıq 1882-ci ildə Nyu Yorkda Edisson firması böyük elektrik
stansiyasını tikmişdir. Bu stansiya, evlərində işıq lampaları olan
müştərilər üçün nəzərdə tutulmuşdur. Edisson stansiyasındakı
generatorlar buxar maşınları ilə hərəkət etdirilirdi (şəkil 2.68).
Elektrik mühərriklərinin nəqliyyatda tətbiq edilməsi də Simensə
mənsubdur. O, 1881-ci ildə ilk dəfə olaraq Lihtenfelsdə (Berlin şəhəri)
Şəkil 2.67. Simens generatoru
Sənaye inqilabı
346
elektrik mühərriki ilə hərəkət etdirilən tramvayı sınaqdan keçirir (şəkil
2.69). Simens tərəfindən düzəldilmiş vaqonun uzunluğu 4,3 m idi. Bu
Şəkil 2.68. Edisona mənsub olan elektrik stansiyası.
vaqon 2,5 km uzunluğunda olan yolda 20 km/saat sürətlə hərəkət edir.
Gücü 3,7 kVt (5 PS) olan mühərrik elektrik cərəyanını relslərdə
bərkidilmiş, qalınlığı 25 mm olan borulardan alırdı. XIX əsrin ikinci
yarısında elektrik mühərriklərinin geniş tətbiqi iş maşınlarını da əhatə
etmişdir [2.54].
Hələ, 1880-ci ildə Simens Manhaym sərgisində elektrik mühərriki ilə
işləyən lifti nümayiş etdirdikdən sonra Almaniyada bir çox müəssisələr
bu imkandan iş maşınlarında istifadə edilməsi haqqında düşünməyə
başlamışdılar.
Mühəndislərin
böyük
səyi
nəticəsində
elektrik
mühərriklərinin istehsalatda etibarlı tətbiq olunması mümkün olmuşdur.
Buxar maşınının texniki imkanları bəlli olduqdan sonra, birdən birə hər
şeyin buxarla işlədilməsinə can atıldığı kimi, XIX əsrin ikinci yarısında
Sənaye inqilabı
347
elektrik enerjisinin də iqtisadiyyatın bütün sahələrində istifadəsinə
böyük maraq göstərilməyə başlanmışdır. Hazırlanması çətin olan,
buxarla işləyən yüksək kipliyə malik silindr və borular əvəzinə elektrik
mühərriklərində sadə və nazik metal naqillərdən istifadə olunurdu.
Şəkil 2.69. İlk tramvay, Berlin, 1882
Elektrik mühərrikləri tədricən dağ və mədən müəssisələrində iqtisadi
cəhətdən səmərəsiz işləyən kiçik buxar maşınlarını sıxışdırmağa
başlayır.
Elektrik mühərriklərindən ilkin olaraq qaldırıcı maşınlarda tətbiq
olunması 1880-ci ildə Simensin liftindən görünürdü. Artıq 80-ci illərdə
elektrik mühərrikləri zavodlarda istifadə olunan kranların (kran -
almanca “durna” deməkdir) işlədilməsində tətbiq olunur (şəkil 2.70). Bu
sahədə “Lyudviq Ştükenhol” (alm. Lüdviq Stükenhol) və “Benratner
Maschinenfabrik AG” firmaları xüsusilə fərqlənirlər [2.55]. Kranlarda
elektrik mühərriklərinin tətbiqi eyni zamanda onun əlaqədə olduğu
ötürmə hərəkətinin istiqamət və tezliyini idarə etmək üçün xüsusi idarə
sistemlərinin işlənməsinə gətirib çıxarmışdır [2.55]. Kranın hərəkətini
dayandırmaq üçün elektromaqnit əyləclərdən istifadə edilirdi.
Bu sahədə “Union Elektrizitaets Gesellschaft” (Almaniya)
firmasının rolu böyük olmuşdur. 1893-cü ildə bu firmanın Berlində nü-
Sənaye inqilabı
348
mayiş etdirdiyi kran öz etibarlığı və kiçik həcmdə enerji məsrəfi ilə
iştirakçıları heyran etmişdir [2.55]. Tezliklə elektrik mühərrikləri ilə
təchiz olunmuş kranlar limanlarda, əsasən isə metallurgiya zavodlarında
ağır işləri yerinə yetimək üçün tətbiq olunur (şəkil 2.71). XIX əsrin
sonunda bu kranların köməyi ilə onlarla ton ağırlığında olan yükün nəql
edilməsi artıq adi hala çevrilmişdir.
Şəkil 2.70. Elektrik mühərriki ilə hərəkət etdirilən dönən kran, 1870.
Dəzgahqayırmada elektrik mühərriki ilə işləyən ötürmənin tətbiqi XIX
əsrin 90-cı illərinə təsadüf edir. Ancaq bu ötürmənin tətbiqi əvvəldə
müəyyən səbəblərdən zəif gedirdi. Bu səbəblərdən biri elektrik
mühərriklərinin baha başa gəlməsi idi. Ona görə də, elektrik
mühərriklərinin tətbiqi öncə böyük dəzgahlarda tətbiq olunmağa
başalyır. Böyük dəzgahların ümümi transmissiya ilə təmin edilməsi
zamanı dəzgahın işə düşməsi və sönməsi ötürməyə qoşulmuş başqa
maşınların gücünün meillənməsinə səbəb olurdu. Burada tətbiq olunan
kiçik buxar maşınlarının elektrik mühərriki ilə əvəz olunması artıq
zəruri hala çevrilmişdir. Zavodlarda getdikcə genişlənən elektrikləşmə
işində bu amilin təsiri böyük idi.
Ayrıca elektrik mühərriklərinin tətbiqi sexlərdə uzun və şaxələnmiş
Dostları ilə paylaş: |