Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə101/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   97   98   99   100   101   102   103   104   ...   159

Sənaye inqilabı 

 

339 

  

nə  malik  idilər.  Bu  presslərdə    kolba,  yay,  boyunduruq,  çarx  və  b. 



hazırlanırdı.  X

Ι

X  əsrin  80



90-cı  illəri  arasında  hidravlik  presslər  daha 

da  təkmilləşdirilərək  sənayedə  geniş  tətbiq  olunur.  Presslərin  gücü 

14000 t-na çatdırılır.  

Hasvellin  düzəltdiyi  press  yalnız  lokomotiv  hissələrinin  istehsalında 

tətbiq  oluna  bilirdi  (şəkil  2.60).  Böyük  tökük  blokların  emal  olunması 

bu  preslərdə  mümkün  deyildi.  Hidravlik  presslərin  köməyi  ilə  tökük 

blokların  emal  olunmasına 1862-ci  ildə  ingilis  mühəndisi Qladhil (ingl. 



Gladhill) cəhd göstərmişdir.   

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.60. Hasvellin düzəltdiyi hidravlik press.  

 

Bu  üsul  ilk  dəfə  olaraq  ingilis  mühəndisi  Ceyms  Vitvoz  tərəfindən 



Mançester  şəhərində  poladın  döyülməsi  və  massiv  metallik  blokdan 

topların  hazırlaması  üçün  aparılan  işlərdə  tətbiq  olunmuşdur.  Hidravlik 

pressin inkişafını aşağıdakı misaldan görmək olur. İngiltərənin Şeffelder 

zavodunda 36,5 t ağırlığında metal blokdan topu döyməklə almaq üçün 

50 t-luq pressdə 3 həftə  vaxt  və arada 33 dəfə qızdırmaq lazım  gəlirdi. 

37,5 t-luq bloku 4000 t gücünə malik hidravlik pressdə döymək üçün isə 

4 gün vaxt və arada 15 dəfə qızdırmaq lazım idi [2.2].        

Beləliklə, metal emalı sənayesi X

Ι

X əsrin ortalarında, sənaye inqilabı 



ilə  şərtlənən  və  geniş  vüsətlə  yayılmaqda  olan  sənayeləşmə  üçün  lazım 

olan texniki imkanlara malik idi.       



 


Sənaye inqilabı 

 

340 



 

2.5. Elektrik maşınlarının yaranması 

 

XIX

 

əsrin  ən  böyük  tarixi  proseslərindən  biri  olan  sənaye  inqilabı 

ilə  bərabər  elektrik  enerjisinin  texnikada  tətbiqi  müasir  cəmiyyətin 

yaranmasında  əhəmiyyətli  rol  oynamışdır.  Elektrik  enerjisinin 

maşınların işlədilməsində istifadəsi, onların texniki imkanlarını dəfələrlə 

artırmışdır.    

XIX  əsrin  ortalarında  Avropanın  bir  çox  ölkələrində  baş  verən 

sənayeləşmə  prosesi  yeni  enerji  mənbələrinə  əsaslanan  maşınların 

yaranması  ilə  müşaiət  olunurdu.  Bu  baxımdan  elektrik  cərəyanının 

təbiəti  və  onun  texnikada  tətbiqinə  aid  geniş  işlər  aparılmağa  başlanır. 

Bu  tədqiqatların  əsasında  cərəyan  haqqında  XVI  əsrdən  məlum  olan 

biliklər dururdu.  

Elektrik  cərəyanı  hələ  bizim  eradan  təxm.  600  il  əvvəl,  yunanlara 

məlum  olmuşdur.  Bu  haqqda  ilk  bilik  Falesə  aid  edilir.  O    dövrdə 

insanlar  kəhrəbanı  yun  parçaya  sürtdükdən  sonra,  onun  başqa 

materialları  özünə  cəzb  etməsini  müşaiət  etmişlər.  Elektrik  sözünün  də 

mənası  buradan  gəlir:  “elektron”  yunanca  “kəhrəba”  deməkdir.  Yalnız 

orta  əsrlərdə  Qalileo  Qaliley  tərəfindən  fizika  eksperimental  bir  elm 

kimi  tədqiq  edildikdən  sonra  elektrik  cərəyanın  araşdırılmasına  maraq 

artmışdır.  1600-cü  ildə  ingilis  fiziki  Viliam  Gilbert  (1544

1603)    “De 



magnete”  əsərində  tək  kəhrəba  yox,  başqa  materialların  da  elektriklə 

yüklənə bilməsini göstərmişdir. O, ilk dəfə olaraq “Elektrika” anlayışını 

işlədir.  XVII  əsrdə  statik  elektrik  ilə  məşğul  olan  alman  alimi  Otto  fon 

Querike  ilk  dəfə  olaraq  elektrikləşdirmə  maşınını,  daha  doğrusu 

generatoru  yaradır.  O,  iki  eyni  cür  yüklənmiş  cisimlərin  bir-birini 

itələməsi  hadisəsini  araşdırır.  Ona  qədər  yalnız  elektrik  cərəyanı  ilə 

yüklənmiş cisimlərin bir-birini cəzb etməsi məlum idi [2.50]. 

XVIII  əsrdə  elerktrik  cərəyanının  xassələri  və  onu  yaratmaq  üçün 

batareyaların  düzəldilməsi  üzrə  əsas  işlər  görülmüşdür.  Buraya  əsasən   

Pieter van Muşenbrök (Layden şüşəsi, 1745), Benyamin Franklin (mənfi 

və müsbət  qütblər, 1752),  Luigi  Qalvani (elektrokimyəvi enerji, 1770),  



Sənaye inqilabı 

 

341 

 

Alesandro  Volta  (batareya,  1776),  Çarles  Auqustin  Kulomb  (Kulon 



qanunu,  XVIII  əsrin  sonu),  Georq  Simon  Om  (Om  qanunu,  XIX  əsrin 

əvvəli) kimi alimlərin işləri daxil idi.  

XIX  əsrin  əvvəlində  maqnitizm  və  elektrik  cərəyanı  arasında  əlaqə 

kəşf  edildikdən  sonra,  bu  fiziki  kəmiyyətin  praktikada  tətbiqi  üçün 

zəmin yaranmışdır. 

Elektrik  enerjisini  mexaniki 

enerjiyə  çevirən  maşınların  – 

elektrik 

mühərriklərini 

də 


yaranması bu araya təsadüf edir. İş 

maşınları  və  nəqliyyat  vasitə- 

lərinin 

hərəkət 


etdirilməsində 

elektrik 

mühərriklərinin 

yeri 


danılmazdır.  Eelektrik  mühərriki  - 

motor,  yəni  latınca    motius  – 

hərəkət 

deməkdir. 

Bu 

mühərriklərin  iş  prinsipi  cərəyanla 



maqnit 

sahəsi 


arasında 

olan 


münasibətə  əsaslanır.  İlk  dəfə 

olaraq  1820-ci  ildə  danimarkalı 

kimyaçı  Hans  Kristian  Östred 

“elektromaqnitismus”  fenomenini 

kəşf  edir.  Həmin  ildə  ingilis  fiziki 

Mixael  Faradey  “elektromaqnitik 

dönmə”  haqqında  işini  çap  etdirir. 

O,  müstəvi  üzərində  nal  formalı 

maqnit  arasında  elektrik  keçirən  lövhənin  fırlanmasını  və  bu  prosesin 

əksini sübut edən qurğunu nümayiş etdirir [2.50, 2.51, 2.53].  

1822-ci  ildə  Peter  Barlov  onun  adı  ilə  bağlı  olan  Barlov  çarxını 

düzəldir (şəkil 2.61). Amerikalı çilingər Tomas Davenport 1834-cü ildə 

Vermontda  kommutatoru  düzəldir  və  1837-ci  ildə  dünyada  ilk  dəfə 

olaraq, elektrik mühərriki  üzrə patent alır. Avropada  Anyos  Yedlik  və  

 

 

Şəkil 2.61. Barlov çarxı, 1822. 



 

 

 



Şəkil 2.62. Yakobi mühərriki.

 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə