Sənaye inqilabı
329
Sənayenin mexanikləşdirilməsində elektrik enerjisinin tətbiqi böyük
əhəmiyyətə malik idi. Ancaq, bu dövrdə Rusiyada elektrikləşdirmə
prosesi zəif gedirdi. XIX əsrin sonunda sənaye energetikasının əsasında
buxar maşınları dururdu.
XIX əsrdə Rusiyanın inkişafında əhali artımı da nəzərdən qaçmır. Bu
əsrdə əhalinin sayı 4 dəfə artır. Rusiya 1860-cı ildə 74 milyon, 1913-cü
ildə isə artıq 164 milyon əhaliyə malik idi [2.15]. Bu artım əsasən kənd
regionlarında nəzərə çarpırdı. Sənaye inqilabı ərəfəsində Rusiyada şəhər
əhalisinin sayı 5 dəfə artmışdır. Bunlardan dağ-mədən işlərində
çalışanların nisbəti 2% təşkil edirdi. Əhalinin böyük hissəsi öz gündəlik
çörəyini kəndçiliklə qazanırdı. Əsrin sonuna yaxın əhalinin sürətli
artımı, ölkədə onsuz da elə də çətin gedən iqtisadi prosesləri daha da
çətinləşdirmişdir.
Rusiyada sənayeləşmə prosesinin gedişində dövlətin aktiv iştirak
etməsi 90-cı illərdə maliyyə naziri Sergey Vitt (1891
−
1900) tərəfindən
daha intensiv şəkildə aparılırdı. O, böyük təzyiqlərə baxmayaraq şəxsi
sənaye sahələrinin inkişafına yardımı gücləndirmişdir. Onun Transsibir
dəmir yolunun tikintisində gördüyü işlərlə bərabər, Rusiya üçün ən
dəyərli xidməti 1897-ci ildə etdiyi pul islahatı idi. Rus valyutasının
qızıla bağlılığı xaricdən gələn kapital axınını gücləndirir. Bu kapital
əsasən sənayenin genişləndirilməsinə sərf edildiyindən, dəmir və polad
istehsalında, kömur və neft hasilatında böyük inkişaf nəzərə çarpırdı.
Rusiyada sənaye inqilabı, ümumiyyətlə başqa Avropa ölkələrindən
fərqli olaraq uzun çəkən proses olub, ölkə daxilində və xaricində baş
verən siyasi proseslər nəticəsində müxtəlif mərhələlərlə baş vermişdir.
XIX əsrin sonunda demək olar ki, Rusiya artiq dünyada gedən qlobal
sənayeləşmə prosesinə qoşularaq, ölkədə gələcək geniş sənayeləşmə
üçün zəmin yaratmışdır.
Sənaye inqilabı
330
2.4. İlkin sənayeləşmə dövründə metal emalının inkişafı
M
aşınqayırma və ağır sənayenin başqa sahələrinin inkişafı
metallurgiya sənayesinin də inkişafını zəruri etmişdir. Dəmir, polad və
dəmir tərkibli xüsusi legirli metalların və eləcə də əlvan metal (mis, sink
və nadir metallar) ərintilərinə sənayenin tələbi getdikcə artmaqda idi.
Sənaye inqilabının təsiri ilə Avropanın bir sıra dövlətlərində baş
verən sənayeləşmənin intensivliyi X
Ι
X əsrin ortalarında domna
sobalarının geniş yayılmasına gətirib çıxartmışdır. Zamanın tələblərinə
cavab vermək üçün sobaların məhsuldarlığının artırılması istiqamətində
də müəyyən işlər görülmüşdür. Sobaya hava verilməsi sistemi
təkmilləşdirilmiş və üfürcəklərin məhsuldarlığı artırılmışdır. Adi
üfürcəklərin mərkəzdənqaçma üfürcəkləri ilə əvəz olunması, XIX əsrin
ortalarında sobaya kifayət qədər hava verilməsi problemini həll etməyə
imkan vermişdir.
Konverter qazının tətbiqi ilə X
Ι
X əsrin əvvəllərində yanacaqdan
qənaətli istifadə olunmağa başlanmışdır. Belə sobalara X
Ι
X əsrin
əvvəlində Rusiyada da rast gəlinir. Anosovun əlyazmalarından və
cizgilərindən məlum olur ki, bu sobalar 1819-cu ildə Slatovski
metallurgiya fabrikində tətbiq olunmuşlar. Bu dövrdə, Fransada şəxsi
metallurgiya fabrikinə sahib olan Aubertinin apardığı sınaqların
nəticələri məlumdur. 1809-cu ildə o, konverter qazının dəmirin
tablandırılmasında tətbiqi və kərpiclərin sobalarda istifadə olunması
üzrə sınaqlar aparmağa başlayır. 1811-ci ildə Aubertin bu işlərin
nəticələrini patentləşdirmişdir.
Sobalara, ilk dəfə olaraq isidilmiş havanın verilməsi şotlandiyalı C.
Nayson (ingl. James Neison) tərəfindən aparılır və o bu texnologiyası
üçün 1818-ci ildə patent alır. Nayson havanı 420K ilə 470K arasında
isidərək yanacağa 40% qənaət edir. Bununla, domna sobalarının
məhsuldarlığının kəskin artırılmasına nail olunur. Rusiyada, Peterburq
şəhərinin metallurgiya zavodunda 1829-cu ildə sobaya verilən havanın
mineral yanacaqların tətbiqi ilə qızdırılması sınaqları aparılmışdır.
Sənaye inqilabı
331
Bunun nəticəsində, daha çox dəmir istehsal etmək mümkün
olmuşdur. Praktikada qızmiş havanın verilməsi, əsasən 1870-ci ildən
sonra geniş tətbiq edilməyə başlayır [2.42].
Domna sobalarının effektivliyinin artırılmasında əsaslı dəyişiklik
verilən havanın, sobadan ixrac olunan qazların hesabına qızdırılmasını
mümkün edən texniki avadanlığın ixtira olunması ilə bağlı idi. 1857-ci
ildə ingilis mühəndisi Eduard Kouer (ingl. Edward Cowper,
1819
−
1893) bu təklifi verir. Onun bu yeniliyi domna sobalarının
inkişafında böyük rol oynayır. O, domna sobalarının konstruksiyasında
mühüm
dəyişikliklər
etmiş
və
dəmirin
emal
prosesini
təkmilləşdirmişdir. Nəticədə, böyük ölçüdə və yüksək məhsuldarlıqlı
sobaların tətbiqi mümkün olmuşdur.
Domna sobalarının inkişafı onun tutumunun da artmasında özünü
göstərmişdir. XIX əsrin əvvəlində bu 50 m
3
olduğu halda, 1864-cü ildə
450 m
3
-i, 1870-ci ildə isə artiq 1160 m
3
-i keçmişdir [2.2].
Tigel poladlarının hazırlanmasında rus metallurqu P.Anosov dəyərli
tədqiqatlar aparmışdır. O, öz işlərinə 1828-ci ildə Slatous şəhərindəki
silah fabrikində başlamışdır. Sınaqlarını, sirli saxlanan elmi əsaslar
üzərində aparan Anosov poladın xassələri və keyfiyyətinin karbonun
miqdarından asılı olmasını aşkar edir. Bundan əlavə, başqa elementlərin
də poladın keyfiyyətinə təsirinin araşdırılması, onun tədqiqatlarının
tərkib hissəsi idi. O, tədqiqatlar zamanı tigel poladlarının istehsalına
xüsusi maraq göstərir. Böyük ölçüdə və odadavamlı gildən hazırlanmış
tigellər poladın ərimə temperaturuna tab gətirməli idi. Uzun müddət
elmi əsaslandırılmış şəkildə apardığı eksperimentlər nəticəsində Anosov
xüsusi poladın alınmasına nail olur. Bundan əlavə o, ilk dəfə olaraq
dəməşq poladının sirrini açmışdır [2.2, 2.43].
X
Ι
X əsrin ortalarında topların poladdan hazırlanması nəticəsində,
tigel poladının istehsalı böyük əhəmiyyət kəsb edirdi. Topların homogen
tərkibdə və böyük miqdarda hazırlanması, o dövrdə yalnız tigel
üsulunun köməyi ilə aparıla bilirdi. Bu sahədə Almaniyanın Krupp
firması böyük nailiyyətlər əldə etmişdi, ancaq onlar öz texnologiyala-
Dostları ilə paylaş: |