Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə96/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   92   93   94   95   96   97   98   99   ...   159

Sənaye inqilabı 

 

323 

 

tehsala    maşınların    və    yeni  təşkilat  formasının  tətbiqi  nəticəsində 



manufakturadan maşın istehsalına keçid üçün dönüş anı yaranır. Rusiya 

sənayesinə  maşınların  tətbiqi  sənaye  inqilabı  cərəyan  etdiyi  Avropa 

ölkələrinin təsiri altında baş verir [2.15].  

Sənaye  inqilabından  əvvəl  Rusiya,  Avropanın  bir  çox  ölkələrində 

olduğu kimi su çarxı, at və ya hətta insan gücü ilə hərəkətə gətirilən işçi 

maşınlarla təchiz olunmuş idi. Rusiyada texniki çevriliş ilk olaraq tekstil 

sahəsini  əhatə  edir.  Pambıq  sənayesində  istehsalın  təşkilinin 

təkmilləşdirilməsi,  böyük  daxili  bazarı  və  sürətli  kapital  dövriyyəsini 

stimullaşdırmışdır.  İşçilərin  yüksək  əmək  məhsuldarlığı  bu  sahənin 

inkişafını  təmin  etmişdir.  Əhalinin  kasıb  təbəqəsinin  böyük  hissəsi 

pambıq parçaları alaraq, ona daxili bazarda olan tələbatı artıraraq parça 

istehsalını gücləndirmişdir [2.38].     

Rusiyada 

pambıq 


sənayesi 

parçalara 

rənglərin, 

naxışların 

vurulmasından  başlamışdır.  XVIII  əsrin  sonunda  kətan  parçaların 

rənglənməsi  Peterburqda  tətbiq  olunurdu.  Pambıq  istehsalında 

maşınların  tətbiqi  də  ilk  dəfə  olaraq  Peterburqda  aparılır.  Rusiyada  ilk 

pambıq  fabrikası  Peterburqda  Aleksandrovskaya  manufakturası  idi. 

1821-ci  ildə  manufakturada  ilk  dəfə  olaraq  ipəyirən  maşin  tətbiq  edilir. 

20-ci  illərin  sonu  Aleksandrovskaya  manufakturası  bir  neçə  korpusdan 

ibarət  mexanikləşdirilmiş  iri  müəssisəni  özündə  cəmləşdirirdi.  Burada 

ümumi  gücü  89  a.g.  olan  3  buxar  maşini  ilə  işləyən  maşinlar  sistemi 

fəaliyyət  göstərirdi.  1810

1828-ci  illərdə  ölkədə  istehsal  olunan 



parçanın  55%-ni  Aleksandrovskaya fabrikı istehsal  edirdi. 20-ci illərdə 

Aleksandrovskaya  fabrikinin  mexaniki  emalatxanasının  fəaliyyəti 

toxuculuq  maşinlarının  istismarı  və  yeni  texniki  mütəxəssislərin 

hazirlanması üzrə genişləndirilmişdir [2.35, 2.39]. 

XIX  əsrin  30

÷

40-cı  illərində  Rusiyada  toplanan  külli  miqdarda 



kapitalın  hesabına  parça  istehsalında  dönüş  yaranır.  Getdikcə  artan 

parça istehsalı müəssisələrinin hesabına Ingiltərədən gətirilən maşınların 

sayı artan kimi, ingilis mallarına qarşı da rəqabət güclənir. Yeni texnika 

yalnız böyük fabrikalarda rentabelli idi. 1843-cü ildə  artıq  Rusiyada 59 




Sənaye inqilabı 

 

324 

 

pambig-kağız  istehsal  edən  fabrika  qeydə  alınmışdır.    Bu  fabrikalarda 



cəmi  325  min  pud  sap  əyirmə  qabiliyyətinə  malik  324  min  dolaq 

işləyirdi.  Kağız  və  parça  istehsalına  güclü  kapital  axını  fabrikantlar 

arasında rəqabət yaratmışdı. Böyük fabrikalar qiymətləri aşağı salmaqla 

kiçik müəssisələri bazardan sıxışdırmağa çalışırdılar.   

Yalnız XIX əsrin 40-cı illərində toxuculuğun mexanikləşdirilməsində 

irəliləyiş  nəzərə  çarpır.    1846-cı  ildə  Şue  şəhərində  Popov  tərəfindən 

yaradılan  fabrikdə  elə  əvvəldən  108  toxucu  dəzgahı  qoyulur.  İstehsalın 

rentabelliyi  nəticəsində  fabrik  5  ildən  sonra  dəzgahların  sayını  150-yə 

çatdırır.  Pambıq-kağız  istehsalının  maşınlaşdırılması  başqa  sahələrdə 

fəaliyyət  göstərən  mexanikləşdirilmiş  fabriklərın  yaranmasını  da 

stimullaşdırmişdır. 

Tekstil  sənayesinin  yenidən  silahlanması  maşınlara  olan  tələbatı 

artırmışdır.  Ancaq  təsərrüfatın  geridə  qalmış  feodal-kəndli  sistemi 

səraitində  Rusiyada  maşınqayırmanın  inkisafı,  külli  miqdarda  kapital 

qoyuluşuna, mühəndis–texniki kadrlarına və ixtisaslı işçi qüvvəsinə olan 

tələbatın  təsirindən,  XIX  əsrin  ortalarında  hələ  də  başlanğıc  vəziyyətdə 

qalırdı.  Maşınların  hazırlanması  və  təkmilləşdirilməsi  əsasən  dövlət 

müəssisələrində,  böyuk  fabriklərın  emalatxanalarında  və  xüsusi 

mexaniki zavodlarda aparılırdı. Onu da nəzərə çatdırmaq lazımdır ki, bu 

müəssisələrdə  maşınlar  köhnədən  qalma  manufaktura  üsulları  ilə 

hazırlanırdı.  

 Maşınqayırma  sənayesinin  yaranma  mərkəzi  əsasən  Peterburq 

ətrafında  yerləşirdi.  Peterburq  şəhərinin  yaxınlığında  yerləşmiş  İqor 

Admiral  zavodu  mütərəqqi  avadanlığa  və  ixtisaslı  işçi  kontingentinə 

malik  idi.  Bu  zavodlarda  metal  emalı  dəzgahları,  kanat  və  buxar 

maşınları  istehsal  edilirdi.  Buradaca  ölkədə  ilk  buxar  qazma  maşını 

düzəldilir. 

1804-cü  ildə  Peterburqda,  ilk  şəxsi  maşınqayırma  zavodunda  buxar 

maşınlarının  istehsalına  başlanır.  1820-ci  ildə  bu  zavodda  ümumi  gücü 

42  a.g.  olan  3  buxar  maşını  və  70  metal  emal  edən  dəzgah  var  idi. 

Zavodda, əsasən gəmilər üçün ildə 10 buxar maşını istehsal olunurdu.  



Sənaye inqilabı 

 

325 

 

Rusiyada    bu    dövrdə    texniki    yeniliklərin  tətbiqi  mövcud  olan 



feodal sisteminin apardığı siyasətin nəticəsində qənaətbəxş deyildi. XIX 

əsrin  əvvəlində  Rusiyada  da  Avropanın  bir  çox  başqa  dövlətlərində 

olduğu  kimi  buxar  maşınının  nəqliyyatda  istifadə  olunması  üzərində 

işlər  görülməyə  başlanır.  Nijni  Tagil  zavodlarında  öncə  buxar 

maşınlarının  hazırlanması  və  tətbiqi  ilə  məşğul  olan  rus  mexanikləri 

Efim  Çerepanov  və  oğlu  Miron  Çerepanov,  Rusiyada  1834-cü  ildə  ilk 

buxarla  işləyən  lokomotiv  düzəldirlər.  Çerepanovların  düzəltdikləri 

buxar  qatarı  3,5  t  yükü  13

÷

16  km/saat  sürətilə  dartma  qabiliyyətinə 



malik idi (şəkil 2.54 və 2.55). Bu qatar çuqundan düzəldilmiş, uzunluğu 

800 m olan yolda sınaqdan keçirilir. Stivensonun lokomotivindən fərqli 

olaraq,  Çerepanovlar  yüksək  buxar  təzyiqi  yaratmaq  üçün  qazanda 

çoxlu  borular  quraşdırırlar.  Bundan  əlavə,  buxarın  yenidən  geriyə 

vurulması üçün əks-əlaqə sistemi tətbiq olunur. 1835-ci ildə onlar ikinci, 

daha  güclü  buxar  lokomotivini  düzəldirlər.  Çerepanovlar  Demidov  adlı 

mülkiyyətçinin zavodunda təhkimçi kimi çalışdıqlarından, uzun müddət 

onların işlərinə lazımi diqqət yetirilməmişdir [2.41].     

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2.54. Çerepanovun düzəltdiyi buxar lokomotivinin



 

cizgisi. 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə