Sənaye inqilabı
312
hazırlanmasını sifariş verirdi.
Bu maliyyə siyasəti ilə parallel olaraq, maşınqayırma sənayesinin
ümumi inkişafı üçün bir çox tədbirlər görülmüşdür. Bu tədbirlər bir
tərəfdən yeni mütəxəssislərin hazırlanması, digər tərəfdən dünyada
maşınqayırmanın inkişafı üzrə baş verənlər haqqında biliklərin
yayılmasından ibarət idi. Beləliklə, Almaniyada texniki məktəblərin
yaranması prosesi sürətləndirilir. Bununla bərabər mühəndis, texnik və
müəssisə rəhbərlərinin xaricə təhsil məqsədilə getməsi üçün dövlət
müəyyən maliyyə yardımları edirdi. 1821
−
36-cı illər Almaniyanı texniki
məktəblərin yaranması dalğası bürüyür. Bu dövrdə bir çox böyük
şəhərlərdə sənaye və politexnik məktəbləri yaranmışdır:
1821.........Berlin
1825.........Karlsrue
1827.........Münxen
1822.........Drezden
1829.........Stuttqart
1831.........Hannover
1835.........Braunşvayq
1836.........Darmştadt
O da nəzərə çarpır ki, bu məktəblərin çoxu əyalət mərkəzlərində
yerləşmişdilər. Texniki məktəblərdə tədris edilən dərslər ümimiyyətlə
hazırlıq məqsədi daşıyırdı. Bunu Almaniya texniki ali məktəblərində
olan aşağı tədris pilləsi ilə müqayisə etmək olar. Məktəblərdə təşkil
olunan əsas texniki seminar və yığıncaqlar isə tədrisdə bu gün mövcud
olan yuxarı pillə ilə müqayisə edilə bilər. Bu pilləli təhsildə fransız
təhsil sisteminin təsiri olsa da, Almaniyada aşağı təhsil pilləsində
riyaziyyat və texniki fənlərdən çox humanitar fənlərin tədrisi daha güclü
idi. Texniki məktəblər əvvəldə tikinti və poçt sahəsində çalışan
məmurların hazırlanması ilə məşğul idilər. Sonralar texniki məktəblərdə
tədrislərdə parçalanma baş verir və bizə bu gün məlum olan mühəndislik
Sənaye inqilabı
313
fakültələri yaranmağa başlayır. Bunların arasında ən əsası mexaniki
texnologiya (bugünkü maşınqayırma) və kimya texnologiyası idi. Bu
fakültələrin açılması məktəblərin malik olduqları maliyyə vəziyətindən
asılı idi.
Texniki məktəblərin sənayeləşmə prosesinin gücləndirilməsində rolu
nisbi idi və təsir çox ləng gedirdi. Ona görə ki, məktəbləri qurtaranların
böyük hissəsi sənayedə yox, dövlət xidmətində çalışırdılar. Berlin
sənaye məktəbində təhsil alan şagirdlərin böyük hissəsinin başqa
məktəblərdən fərqli olaraq sənayeyə getməsində məktəbin direktoru
Vilhelm Boytun (alm. Wilhelm Beut) böyük rolu olmuşdur. Boytun
apardığı böyük izahat işləri ilə bərabər Berlində verilən tədris praktikaya
daha yaxın idi və burada başqa məktəblərdən fərqli olaraq nəzəri fənlər
az tədris olunurdu. Sənayeləşmə prosesinin güclənməsi nəticəsində
sonralar texniki məktəblərin hazırladıqları mütəxəssislərə tələbat artmış
və dövlətin bu sahəyə diqqəti daha da artmışdır [2.5].
XIX əsrin birinci yarısında maşınqayırmaya dövlət tərəfindən edilən
yardıma baxmayaraq, bu sahədə bütün dövləti bürüyən inkişafdan
danışmaq olmazdı. Bunun səbəbləri Almaniyadakı kiçik dövlətlər
arasında mövcud olan ziddiyətlər idi. 1834-cü ildə Almaniya kömrük
birliyi və sonra dəmir yolunun tikintisinin yaranması maşınqayırmanın
dinamik inkişafını reallığa çevirdi. İgtisadiyyatın inkişafı üçün yaranmış
məkan ilə güclənən, dəmir yolu tikintisi əsrin 30-cu illərindən
başlayaraq
sənayenin
stimuluna
çevrilmişdir.
Maşınqayırma
məhsullarına olan tələbat getdikcə artmaqda idi. Lokomotiv, vaqon,
siqnal qurğuları və bir çox başqa məhsullar lazım idi. Dəmir yolu
tikintisinin dinamikası ilə şərtlənən inkişaf nəticəsində maşınqayırmada
məhsul istehsalının həcmi kəskin artmışdır. 1842-ci ildə Avqust Borziq
tərəfindən ilk lokomotiv istehsal olunur (şəkil 2.49). 1854-cü ildə bu
müəssisəni artıq 500 lokomotiv tərk etmişdir. Dörd il sonra, 1858-ci ildə
firma özünün 1000-ci lokomotivini istehsal edir [2.29, 2.30].
Bu dövrdə yeni yaranan firmaların sayı da kəskin artmışdır.
1801
−
1850-ci illərdə Almaniyada 83 maşınqayırma firması yaranmışdır
Sənaye inqilabı
314
[2.32]. Onların 60%-nin təşkili 1836-1850-ci illərə təsadüf edir.
Buradan alman maşınqayırmasının tarixi epoxası nəzərə çarpır. Kömrük
xidmətinin yaradılması və dəmir yolu tikintisinin başlanması ilə
Almaniyada sənayeləşmənin başlanğıcı qoyuldu. Onu da qeyd etmək
lazımdır ki, maşınqayırma sənayesinin əsas özəyi 1846-cı ildə
Saksonyada cəmlənmişdir. Saksoniya, 233 müəssisə ilə başda dururdu
[2.29].
Şəkil 2.49. Borziq lokomotiv fabriki
Maşınqayırmada müxtəlif mütəxəssislərə ehtiyac var idi. İlkin
vaxtlarda yaranan firmalarda müəssisə sahibkarları həm çətin hissələrin
hazırlanmasına cavabdeh olan usta, həm də briqadir rolunu oynayırdılar.
Bu
sahibkarların
ixtisasalma
yolu
maşınqayırma
profilli
emalatxanalarda şagirdlikdən və ya politexnik məktəblərdən başlayırdı.
Onlar mövcüd olan müəssisələrin birində praktika keçirdilər.
Sənayeləşmə dövrünün əvvəlində, müəssisələrin texniki təchizatında