Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə91/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   87   88   89   90   91   92   93   94   ...   159

Sənaye inqilabı 

 

305 

 

Brown&Sharpe  bu  ərəfədə  öz  firmalarının  ədəbiyyatlarını  buraxmağa 

başlayırlar. Avropada isə hələ belə bir şey yox idi. Texniki jurnallardan: 

1845-ci  ildən  başlayaraq  “Scientific  American”  və  1877-ci  ildən 

American 



Machinist” 

əvvəlcə  ümumi  texniki,  sonralar  isə 

müəssisələrdən həftəlik məlumatlar verirlər [2.5]

.

  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Sənaye inqilabı 

 

306 



 

2.3.3. Almaniyada sənaye inqilabı 

 

X

Ι

X

  əsrin  əvvəlində  İngiltərə  sənayeləşmə  prosesinin  həlledici 

mərhələsinə  qədəm  qoyduğu  halda,  Almaniya  kiçik  sənaye  sahələrinin 

inkişaf  etməsinə  baxmayaraq,  hələ  aqrar  dövlət  olaraq  qalırdı.  Bu,  iki 

ölkənin  iqtisadi  parametrləri  arasında  aparılan  müqayisədən  aydın 

görünür.  1800-cü  ildə  Almaniyada  işçi  sayının  62%-i  aqrar  sektorda 

çalışdığı  halda,  bu  rəqəm  İngiltərədə  36%  idi.  Bu  dövrdə  Alman 

imperiyasında 23 milyon əhalinin 86%-i kəndlərdə, yerdə qalan 14%-in 

böyük  hissəsi  isə  kiçik  şəhərlərdə  yaşayırdılar.  Əsrin  ortalarına  bu 

nisbətin dəyişilməsinə baxmayaraq, Almaniya yenə də Ingiltərədən geri 

qalırdı.  1851-ci  ildə  hər  səkkiz  ingilisdən  biri  Londonda  yaşayırdı 

[2.29]

.

     



Almaniyada  inkişaf  səviyyəsi  ilə  əlaqədar  olaraq  nəqliyyat  sistemi 

zəif inkişaf etmişdi. İngiltərədə isə sıx yol və kanal şəbəkəsi mövcud idi. 

İngiltərədə araba nəqliyyatı gündəlik poçt xidmətinə qulluq etdiyi halda, 

Almaniyada  yalnız  varlı  adamlar  bu  nəqliyyat  xidmətindən  istifadə  edə 

bilirdilər.  

Eyni  durum  Almaniyada  dəmir  və  daş  kömür  istehsalının 

vəziyyətində  də  özünü  göstərirdi.  Almaniyada  bu  sahələr  qədimdən 

məlum  olsalar  da,  X

Ι

X  əsrin  əvvəllərində  burada  hazırlanan  məhsulun 



miqdarı  dünya  istehsalında  böyük  çəkiyə  malik  deyildi.  Bir  milyon  ton 

çıxarılan  daş  kömür  və  15000  t  dəmir  istehsalına  qarşı  İngiltərədə 

istehsal olunan 15 milyon ton kömür və 250000 t dəmir dururdu [2.5]

.

  



  Əsrin  əvvəlində  cəmi  üç  buxar  maşınına  malik  olan  Almaniyada  əl 

əməyindən maşın istehsalına keçid haqqında söz gedə bilməzdi. Sənaye 

inqilabı  üçün  əsas  sayılan  tekstil  sənayesində  də  vəziyyət  başqa 

sahələrdən heç də fərqlənmirdi.  

Almaniya  iqtisadiyyatının  nisbətən  geri  qalmasının  bir  çox  səbəbləri 

vardı.  Birincisi  ondan  ibarət  idi  ki,  yeni  dövrün  başlanması  öncə  dəniz 

ənənəsinə  malik  olan  dövlətlərdə  inkişafa  təkan  vermişdi.  Köhnə,  orta 

əsr adət-ənənələri ilə yaşayan dövlətlərə  isə yenilik Avropada  metropol  




Sənaye inqilabı 

 

307 

 

Səkil 2.47. Bekman. 



 

sayılan  London,  Amsterdam  və  Paris  kimi  şəhərlərdən  gəlirdi.  Digər, 

əsas  səbəb  isə  Almaniyada  getmiş  30  illik  müharibə  ilə  bağlı  idi. 

Müharibə nəticəsində zəifləmiş  ölkədə, kiçik xanlıqlar və zadəganlıqlar 

arasında  mövcud  olan  qanun  münasibətlərindəki  ziddiyyətlər  ölkənin 

inkişafını ləngidirdi.  

Almaniyada  sənayeləşmənin  ilkin  şərtlərindən  olan  istehsal  azadlığı  

1807-1811-ci  illərdə  keçirilmiş  islahat  nəticəsində  mümkün  olmuşdur. 

Əvvəllər  kiçik  peşəkarlıq  emalatxanalarında  təcrübə  yiğan  işçilər 

sənayeləşmə  dövründə  əsas  mütəxəssislər  sayılırdılar.  Bundan  əlavə, 

uzun  müddət  ayrı-ayrı  kiçik  dövlətlərin  elmi  məktəbləri  arasındakı 

rəqabət  də  bu  dövrdə  ənənəvi  alman  elmi  məktəbi  üçün  əlverişli  zəmin 

yaratmışdır.  Ənənəvi  Universitetlər,  Elmlər  Akademiyaları  XIX  əsrdə 

təbiət və texniki elmlərin tədqiqi üzrə güclənməyə başlayırlar.  

Bu  dövrdə  alman  filosofu  və  iqtisadiyatçı  Yohan  Bekmanın 

(1739


1811)  gördüyü  işlər  Almaniya  maşınqayırmasının  inkişafında 

önəmli rol oynamışır. O, texniki elmlərin yaradıcısı kimi ad qazanmışdır 

(şəkil  2.47).  Bekman  ilk  dəfə  olaraq  iqtisadiyyat  elminə  “Texnologiya” 

anlayışını  daxil  edir.    Avropanının  bir  çox  müəssisələrini  gəzdikdən 

sonra,  gördükləri  prosesləri  “Mexaniki  texnologiya”  adlı  dərslik 

şəklində çap etdirir. Bu kitabda, Bekman o 

dövrdə 


mövcud 

olan 


elmi 

bilikləri 

sistemləşdirməyə 

çalışmışdır. 

Bundan 

əlavə  o,  1779-cu  ildə  “İxtiraların  tarixinə 



dair”  və  1806-cı  ildə  “Ümumi  texno- 

logiyanın 

layihəsi” 

kitablarını 

çap 

etdirmişdir.  



Bekman texnologiyanı, cisimlərin emalı 

və ustaların biliyini öyrədən elm kimi izah 

edir.  Emalatxanalarda,  işçi  yerlərində 

hissələrin  hazırlanması  üzrə  ustaların 

vərdiş  və  göstərişlərini  öyrənmək  əvəzinə 

texnologiya, sistematik olaraq, əsaslı şəkil- 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə