Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə90/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   86   87   88   89   90   91   92   93   ...   159

Sənaye inqilabı 

 

302 

 

1873-cü  ildə  Vyanada  keçirilən  dünya  sərgisində  ABŞ  pavilyonu 



çoxlu  sayda  dəzgah  və  alətlərlə  dolu  idi  [2.25]

.

  Sərgidə  təmsil  olunan 



firmaların  sayının  çox  olmasına  baxmayaraq,  burada  yeni  elə  bir  şey 

nümayiş etdirilməmişdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

a) bir şpindelli



   

 

 



b) çox şpindelli 

 

Şəkil 2.45. Vertikal burğulama dəzgahları, Pratt&Whitney Co., 1865-67. 



 

ABŞ  dəzgahlarının  Almaniya  və  Avstriyaya  gətirilməsində  Vyana 

sərgisinin  rolu  böyük  olmuşdur.  Buna  səbəb,  sərgidə  göstərilən 

dəzgahların  Paris  sərgisindəkinə    nisbətən  yüksək  dəqiqliyə  malik 

olması idi. Bu sərgidən sonra, bir neçə milyon dollarlıq dəzgah alınaraq, 

Avropaya  idxal  edilir.  1876-cı  ildə  Filadelfiyada  keçirilən  sərgidə  

avropalıların 

gözlədiyi 

yenilik 

baş 


vermişdir 

(şəkil 


2.46). 

Mütəxəssislərin  fikrincə,  ABŞ-ın  nümayiş  etdirdiyi  texnikanın  əsasında 

artıq  inkişaf  etmiş  sənaye  dururdu.  Filadelfiyada  başqa  maşınlarla 

bərabər  ağac  emal  edən  dəzgahlar  da  eksponatlar  arasında  idi. 

Metalkəsən  dəzgahlar  Avropada  istehsal  olunan  dəzgahlara  nisbətən  



Sənaye inqilabı 

 

303 

     

 

Şəkil 2.46. Filadelfiyada dünya sərgisi.



 

 

ucuz  idi.  Bunun  səbəbini  mütəxəssislər  dəzgahlarda  içi  boş  gövdələrin 



tətbiqi  nəticəsində  az  metal  tutumu  ilə  əlaqələndirirdilər.  Metalkəsən 

dəzgahlarda  konstruktiv  dəyişiklər  əsasında,  torna  və  pardaq 

dəzgahlarının  universallaşdırılmasına  nail  olunmuşdur.  Filadelfiyada 

keçirilən sərgidə Avropa maşınqayıranları artıq başa düşdülər ki, onlara 

qarşı  böyük rəqabət yaranmışdır.  

Onu  da  qeyd  etmək 

lazımdır 

ki, 


ABŞ-da 

keyfiyyətli  dəzgah  istehsal 

edən  firmaların  sayı  o 

qədər  də  çox  deyildi.  Bir 

çox firmalar yalnız istehsal 

olunmuş 


dəzgahların 

üzünün  köçürülməsi  ilə 

məşğul  idilər.  O  dövrdə 

ABŞ-da  maşınqayırmada 

plagiat  başqa  dövlətlərə 

nisbətən  yüksək  idi [2.25]

.

  

Ona  görə  də,  qabaqcıl 



firmalar 

daim 


öz 

məhsullarını 

təkmilləş- 

dirmək 


məcburiyyətində 

idilər.  ABŞ-dan  Avropaya 

əsasən  keyfiyyətli  dəzgah 

ixrac  edildiyindən,  burada 

Amerika  maşınları  haqqında  müsbət  fikir  hökm  sürürdü.  Orta  səviyyəli 

ABŞ  dəzgahları  haqqında  məlumatı,  1867-ci  ildə  “Scientic  America” 

jurnalında Vatsonun məqaləsindən görmək olur. 

O  yazırdı  ki,  torna  dəzgahları  nazik  spindelə  malik  idilər.  Üstyonuş 

dəzgahları  zəncir  ötürməsi  ilə  işləyirdilər.  Ümumiyyətlə,  köhnə 

dəzgahlara  sənayedə  çox  rast  gəlinirdi.  Əsasən  müstəvi  səthlərin  emalı 

keyfiyyətsiz idi. Şaberləmə istehsalda çox  az tətbiq olunurdu, çox  vaxt  



Sənaye inqilabı 

 

304 

 

emal  olunmuş  səthlərin  keyfiyyəti  aşağı  olurdu.  Bundan  əlavə,  ABŞ 



dəzgahlarının  dizaynlarının  aşağı  səviyyədə  olması  da  mütəxəssislər 

tərəfindən  tənqid  edilmişdir.  Dəzgahların  gövdələri  yüngül  materialdan 

hazırlanmış,  yöndəmsiz  qaynaq  edilmiş  və  zövqsüz  rənglənmişdilər 

[2.25].  

Ancaq  bu  əlamətləri  bütün  ABŞ  dəzgahqayırmasına  aid  etmək 

olmazdı.  “Engineering”  jurnalı  ABŞ-da  istehsal  olunan  dəzgahları  3 

qrupa  bölmüşdür.  I  qrupa  Filadelfiyada  istehsal  olunan  dəzgahlar  aid 

idilər.  Bu  dəzgahlar  ingilis  tipli  olub  yüksək  dəqiqiliyi  və  qiyməti  ilə 

fərqlənirdilər.    II  qrupa  Nyu  Englandın  şərq  statlarında  istehsal  olunan 

dəzgahlar  aid  edilirdilər.  Bu  dəzgahlarda  ixtisaslaşma  nəzərə  çarpırdı. 

Onlar bazar tələblərinə uyğunlaşdılırılmış  və ucuz  idilər. III qrupa qərb 

statlarında  hazırlanan  dəzgahlar  daxil  idilər.  Bu  statlarda  dəmir  emalı 

dəzgahlarının  yaşı  az  idi.  Burada  yerləşən  firmaların  bir  hissəsi    xüsusi 

dəzgahların,  bir  hissəsi  isə  elə  əvvəldən  ingilis  nümunəsi  əsasında 

dəzgah istehsalı ilə məşğul idilər.  

1870-ci  ildə  ABŞ  xammalının  istismarı  və  immiqrantların  sayı 

yüksək  həddə  çatır.  Bir  çox  maşınqayırma  müəssisələri  kimi 

dəzgahqayırma fabrikləri də tədricən qərb tərəfə köçməyə başlayırlar və 

bu  günkü  Çinçinati  mərkəzi  yaranır.  70

80-ci  illərdə  burada  aşağı  iş 



stilinə  malik  olan,  ancaq  yüksək  keyfiyyətli  məhsullar  meydana 

gəlmişdir.  1874-cü  ildə  Çinçinati  firması  burada  mövcud  olan 



Holz&Mueller 

firmasının 

bazasında 

təmir 


emalatxanası 

kimi 


yaradılmışdır.  80-ci  illərdə  vint,  yiv  burğularının  hazırlanması  ilə 

məşğul  olan  bu  firmada  öncə  frez,  daha  sonra  isə  (1888)  universal 

alətitiləyən  dəzgahlar  istehsal  olunmağa  başlayır.  Əsrin  sonuna  qədər 

Çinçinati  firması  4000  frez  dəzgahı,  2000  pardaq  dəzgahı  hazırlayır. 

1874-cü  ildə  yaradılmış  The  Bickford  Drill  and  Tool  Co.  firması 

burğulama dəzgahları üzrə ixtisaslaşır. İlk  müasir konstruksiyaya  malik 

olan radial və şaquli burğu dəzgahları hazırlanır. 

70-ci  illərdə  ABŞ-da  dəzgahlar  üçün  sistematik  təbliğat  aparılırdı. 

ABŞ zavodlarında xaricdən gələn qonaqlar üçün sexlər açıq idi. Sellers,  



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə