Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə89/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   85   86   87   88   89   90   91   92   ...   159

Sənaye inqilabı 

 

298 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.41. Korlissin buxar maşını. 

 

məkdə  olan  Avropa  ölkələrinə  ABŞ  dəzgahlarının  axını  başlanır. 



Brown&Sharpe  və  Pratt&Vhitney  ABŞ  firmaları,  hətta  ABŞ 

dəzgahqayırmasının banilərindən sayılan Sellers firmasını ötərək  böyük 

miqdarda  dəzgah  və  başqa  maşınlar  satırlar.  Brown&Sharpe  firması 

1833-cü  ildə  Braun  tərəfindən  yaradılmışdır.  Öncə  saatların  təmiri  ilə 

məşğul  olan  firma  sonralar  ölçü  alətlərinin  istehsalına  keçir.  1853-cü 

ildə Braunun firması Şarp ilə birləşir. Bu firmada o vaxt 14 işçi çalışırdı. 




Sənaye inqilabı 

 

299 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.42. Universal pardaq dəzgahı, Brown&Sharpe firması. 

 

60-cı  illərin  əvvəlində  firma  ölçü  kalibrlərinin  hazırlanması  ilə  məşğul 



olur.  1872-ci  ildə  firmada  300  nəfər,  1900-cu  ildə  isə  artıq  1500  nəfər 

çalışırdı.  Firmanın  hazırladığı  dəzgah  və  ölçü  alətlərinin  dəqiqliyi  ona 

dünya  şöhrəti  gətirmişdir.  1861-ci  ildə  firmada  universal  frez,  1874-cü 

ildə universal dairəvi pardaq, 1878-ci ildə  vertikal və horizontal pardaq 

dəzgahları  və  1880-ci  ildə  torna-revolver  avtomatı  hazırlanır  (şəkil 

2.42).  Dəzgahlardan  əlavə  bu  firmada  tikiş  maşınları  da  istehsal 

olunurdu.  Tikiş  maşınlarının  istehsalı,  Brown&Sharpe  firmasında  frez 

və  pardaq  dəzgahlarının  hazırlanmasına  böyük  təsir  göstərmişdir. 

Amerikada  torna  dəzgahlarının  avtomatlaşdırılması  istiqamətində 

Brown&Sharpe  firmasının  rolu  böyük  olmuşdur.  Amerikada  ilk 

kosntruksiyalar XIX əsrin ortalarına təsadüf edir. 1845-ci ildə Stiven Fik 

(ingl.  Stephen  Fitch)  Middlefield  şəhərində  ilk  dəfə  olaraq  revolver 

başlığı ilə işləyən torna dəzgahını layihələndirir (şəkil 2.43). Tapançanın 

hazırlanması üçün çoxlu sayda vint lazım idi. 30000 tapançanın istehsalı 

üçün dövlətdən sifariş alan Fik onun hissələrini  kütləvi  şəkildə  istehsal 




Sənaye inqilabı 

 

300 

 

etmək  üçün  yeni  dəzgah  işləyir.  Eyni  əməliyyatın  sabit  məhsuldarlıqla 



bir  neçə  min  dəfə  təkrar  olunması  və  bunun  üçün  ixtisası  aşağı  olan 

işçilərin  tətbiqi  yalnız  avtomatlaşdırılmış  prosesdə  mümkün  idi.  Bu 

prosesi  yerinə  yetirmək  üçün  işlənmiş  revolver  başlıqda,  tapançaların 

istehsalında  müxtəlif  səthləri  pəstahın  bir  yerləşməsində  emal  etmək 

üçün  8  müxtəlif  alət  bərkidilirdi.  Revolver  torna  dəzgahı  alətin 

dəyişilməsi  üçün  lazım  olan  vaxtı  minimuma  endirərək,  həm  də 

məhsuldarlığın artırılmasına imkan yaratmışdır [2.2, 2.5, 2.25]. 1873-cü 

ildə  başqa  bir  amerikalı  mühəndis  Kristofer  Spenser  (ingl.  Christopher 



Spencer)  avtomatik    işləyən  dəzgahı  ixtira  edir.  Spenserin  bu  dəzgahı, 

sonralar Hartford Machine Screv Co. firmasında istehsal edilir. Spenser 

revolver  başlığının  avto- 

matik  işləməsi  üçün  sərt 

yumrucuqlardan  istifadə 

etmişdir.  

Yumrucuqlar 

mər- 


kəzlərin  alt  hissəsində, 

uzununa  yerləşmiş  valın 

köməyi  ilə  gedişdən  asılı 

olaraq  döndərilirdi.  Alə-  

tin 

gedişinin  sonunda 



başlıq 

sürətlə 


əvvəlki 

vəziyyətinə  gətirilir  və 

başlıq  bir  alət  qədər 

dönür.  Sonralar  Spenser 

dəzgahları Pratt&Vhitney 

firmasında  istehsal  olu- 

nur. Avtomatik  idarə olunan revolver torna dəzgahlarının yaranması ilə 

dəzgahqayırma  yeni  bir  səviyyəyə  çataraq,    mexaniki  emalda 

avtomatlaşdırmanın inkişaf etdirilərək başqa üsullara da tətbiq olunması 

üçün şərait yaratmışdır. 



Pratt&Vhitney firması  1860-cı  ildə  tekstil  maşınlarının  hissələrini  

 

Şəkil 2.43. Torna-revolver dəzgahı, 1845. 




Sənaye inqilabı 

 

301 

 

hazırlamaq  üçün  Eymos  Vitni  və  Fransiz  Pratt  (ingl.  Amos  Whitney  və 



Francis  Pratt)    tərəfindən  yaradılmışdır.  Hər  iki  təsisçi  Kolt  və 

Linkolnun  firmalarında  çalışmışdılar  (şəkil  2.44).    Bu  firma  1869-cu 

ildə 350000 dollar kapitalla  dəzgah və alət istehsalı üçün yenidən təşkil 

olunur.  Firma  ölçü  alətlərini  hazırlayaraq,  dəzgahların  dəqiqliyini 

artırmaqda böyük rol oynamışdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 2.44.  Vitninin düzəltdiyi universal frez dəzgahı,  

Linkoln firması. 

 

Bundan  əlavə,  Pratt&Whitney  firması  silah  istehsalı  üçün  xüsusi 



dəzgahlar  da  hazırlayır  (şəkil  2.45).  1900-cu  ildə  bu  firmada  1200  işçi 

çalışırdı.  ABŞ  dəzgahqayırmasının  şöhrəti  Morze  tərəfindən  spiral 

burğuların  ixtirası  ilə  daha  da  güclənmişdir.  Morze  1864-cü  ildə 

Nyubedford  şəhərində    Tvist  Drill  and  Machine  Co.  firmasını  yaradır 

[2.25]. 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə