Sənaye inqilabı
326
Şəkil 2.55. Buxar qatarı.
1834-cü ildə Avstriyadan Prof. Qerstner (alm. Gerstner) Rusiyaya
gələrək, çarın göstərişi ilə Peterburq ilə Tsarskoe-selo arasında 27 km
uzunluğunda dəmir yolunun çəkilməsi işinə rəhbərlik edir. Bu xətt
1837-ci ildə hazır olur [2.41].
Rusiyada ən böyük dəmir yolu xətti 1843
−
1951-ci illərdə Moskva ilə
Peterburq arasında çəkilir. Uzunluğu 645 km olan yolu qət etmək üçün
ilk qatar 19 saat vaxt sərf edir. Bu, o dövrdə dünyada ən uzun dəmir
yolu xətti idi. Bundan sonra Rusiyada dəmir yolu tikintisi faktiki
dayanır [2.41].
XIX əsrin ortalarında xarici sərmayəçilərin Rusiyaya axını güclənir.
1847-ci ildə Moskvada şəhər manufaktura şurasının qərarı ilə Riqli və
Qopper iş adamlarına zavod açmaq üçün icazə verilir. Manufaktura
şöbəsinin hesabatında deyilirdi: „ Bu zavod başqa regionlar üçün lazım
olan maşınların böyuk hissəsini hazırlayacaq və burada olan maşınların
təmiri ilə də məşğul olacaq“. Ingilis mühəndisi L.Riqleyin rəhbərlik
etdiyi bu firma, dövlətdən yardım və xaricdən maşınların vergisiz
gətirilməsinə icazə almışdır. Ilkin vaxtlarda zavodda 115 fəhlə işləyirdi.
Burada, həm də texnologiya institutunun yetirmələri çalişırdılar. Ancaq
bu müəssisə az rentabelli olduğundan 4 il sonra bağlanmışdır.
Maşınqayırma sahəsinin təşkilində əsas çətinlik ölkədə mövcud olan
kəndli təhkimçilik sistemi idi. Dağ-mədən və metallurgiya sənayesində
Sənaye inqilabı
327
mövcud olan məcburi əmək maşınların inkişafı və tətbiqini həddindən
artiq çətinləşdirirdi. 1830
÷
50-ci illərdə Rusiyada maşınqayırma
müəssisələrinin sayı 7-dən 25-ə qədər artmışdı.
Beləliklə, demək olar ki, XIX əsrin birinci yarısında tekstil
sənayesinin gur inkişafı ilə şərtlənən maşınlara artan tələbat şəraitində
maşınqayırma zavodlarının inkişafı həddən çox zəif gedirdi.
50-ci illər Rusiya tarixində xüsusi yer tutur. Bu dövrdə Rusiyada
təhkimçilik sisteminin ləğvi üçün daxili və xarici faktorlar yetişir.
Avropada gedən sənayeləşmə prosesi tikilən dəmir yollari, gəmiçiliyin,
ağır sənayenin inkişafı və ümumi sənaye potensialının artırılması ilə
xarakterizə olunur. Bu amillər iqtisadi böhran keçirən Rusiyada kəndli-
təhkimçilik sisteminə böyük təzyiq göstərirdi. Bu ərəfədə Rusiyada
burjuaziya təbəqəsi formalaşmağa başlayır [2.37].
Yeni kapitalist təsərrüfat formasının tətbiqinə olan iqtisadi və siyasi
tələbat və həm də əhalinin antifeodal mübarizəsi Rus çarını təhkimçilik
qanununu ləğv etməyə məcbur etmişdir.
XIX əsrin ortalarında Rusiyada yaranan yeni ictimai-siyasi şəraitlə
bağlı olaraq tekstil sənayesində maşınların kütləvi şəkildə tətbiqi
başlanır. Bu sahədə pambıq–kağız istehsalı, orada mövcud olan əmək
bölgüsünə görə ön plana çıxır. Təhkimçi əməyinin tətbiq olunmaması
yüksək inkişaf ücün zəmin yaratmişdır. Pambıq istehsal edən
müəssisələrin qısa bir müddətdə mexanikləşdirilməsi üçün İngiltərənin
maşınqayırma sənayesinin təcrübələrindən istifadə edilirdi.
Peterburqda yerləşən pambıq sənayesi daha intensiv inkişaf edirdi.
Böyük fabriklərin çoxunun aksionerləşdirilməsi nəticəsində firmalar
böyük məbləğdə gəlir götürürdülər. Digər tərəfdən, mexanikləşdirmə
nəticəsində əməyin yüksək şəkildə təşkili, başqa sahələrdə fəaliyyət
göstərən fabriklərə nisbətən 2,5
−
3 dəfə çox məhsuldarlıq əldə etməyə
imkan yaradırdı. 1861-ci ildə pambıq-kağız istehsalında tətbiq olunan
maşınların sayı 10-u keçmişdir. Belə ki, Moskva ərazisinin hesabına
22%, Peterburqun payına isə 39% düşürdü.
50-ci illərdə ipəyirmə prosesinin kütləvi şəkildə mexanikləşdirilməsi
Sənaye inqilabı
328
toxuculuq işində də dönüş yaradır. Rusiyanın pambıq istehsalındakı
mexanikləşdirmə, əsasən kətan toxuculuğunda böyük dəyişikliklərə
səbəb olmuşdur. Yeniləşmə nəticəsində pambiq-parça istehsalının
məhsuldarlığı dəfələrlə artır və nəticədə, ucuz qiymətə mal istehsal
etmək mümkün olmuşdur. Bunun nəticəsində daxili bazarda başqa
tekstil mallara qarşi güclü rəqabət yaranmışdır.
Maşınqayırmanın tərəqqisi və əmək məhsuldarlığının artması başqa
sənaye sahələrinin inkişafinda və istehsal gücünün başqa ərazilərdə
paylanmasında böyük rola malik idi. Bu geniş prosesdə, dəmir yolu
aparıcı əhəmiyyət kəsb edirdi. Istehsal prosesinin tərkib hissəsinə
çevrilən dəmir yolu maşınqayırma sənayesinin ümumi inkişafı üçün əsas
faktorlardan birinə çevrilir.
Şəxsi dəmir yolu tikintisini maliyyələşdirmək üçün çar Rusiyası
1867-ci ildə „dəmir yolu fondu“nu təsis edir. Burada daxili kapitaldan
əlavə xarici kapitalın dəmir yolu tikintisinə cəlb edilməsi üzrə işlər
görülür.
1861
−
80-ci illərdə Rusiya dəmir yolunun uzunluğu 14 dəfə artaraq
22 min km-i keçmişdir [2.15]. Nəticədə Rusiyanin Avropa hissəsində
şaxələnən dəmir yolu sistemi yaradılır. Mərkəzi Moskva olan bu şəbəkə,
4 qoldan ibarət idi: Moskva, Baltikyanı, Azov-Qaradəniz və Qərb.
Moskva dəmir yolu 18 xəttdən ibarət olub, 8 min km-ə çatırdı.
XIX əsrin 60-cı illərində dəmir yolu nəqliyyatı Rusiyada yük
daşınmasında geniş tətbiq olunur. 1861
−
77-ci illərdə yük daşınması 25
dəfə artır. Avropada dəmir yolu tikintisində müxtəlif firmalar
çalışdığından çox vaxt tikilən yolların eni də müxtəlif olurdu.
İngiltərədə, ABŞ-da müxtəlif endə dəmir xətləri mövcud olduğu halda,
Rusiyada yalnız eni 1524 mm olan dəmir xətti çəkilmişdir.
90-cı illərdə sənayenin bir çox sahələrində yeni energetika
sistemlərinin yaranması nəzərə çarpır. Bu baxımdan Ural zavodlarında
görülən işlər birincilər sırasında idi. 90-cı illərdə Uralda energetika
sistemində elektrik mühərriklərindən istifadə edilməyə başlanır. 1890-cı
ildə Perm top zavodunda Rusiyada ilk elektrik stansiyası tikilir [2.42].