Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə100/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   96   97   98   99   100   101   102   103   ...   159

Sənaye inqilabı 

 

336 

 

Yayma  üsulu  hələ  XVI  əsrdən  məlum  idi.  Su  çarxları  ilə  hərəkətə 



gətirilən  yayma  vallarının  köməyi  ilə  külçə  şəklinə  salınmış  metaldan 

yastı  profilli  hissələrlə  bərabər,  çarxlar  üçün  üzükformalı  poladlar  da 

hazırlanırdı. XIX əsrdə bu üsul daha da təkmilləşdirilərək ayrıca sənaye 

sahəsinə  çevrilmişdir.  Bu,  bir  tərəfdən  maşınqayırmanın  inkişafı  ilə, 

digər  tərəfdən  buxar  maşınlarının  sənayedə  güc  mənbələri  kimi  tətbiq 

edilməsi ilə bağlı idi. Bu dövrdə üç növ yayma axın xətləri mövcud idi: 

Blok,  lövhə  və  profil.  XIX  əsrin  30-cu  illərində  Avropanın  bir  sıra 

sənaye  ölkələrində  qatar  üçün  dəmir  yolu  xətlərinin  yaymaqla  emalına 

başlanır.  50-ci  illərdə  isə  Almaniyada  artıq  dəmir  yolu  üçün  böyük 

çarxları yayan axın xətti mövcud idi. 70-ci illərə qədər yayma sahəsində 

bir  sıra  ixtiralar  edilib  praktikada  tətbiq  edilmişdir.  1856-cı  ildə  isveç 

O.Karlsund  ilk  dəfə  olaraq  “trio”  yayma  başlığını  işləyib  tətbiq  edir. 

Burada pəstah fasiləsiz olaraq yayma başlığına verilə bilirdi.  

1857-ci  ildə  Bessemer  iki  fırlanan  diyircək  arasındakı  kiçik 

məsaməyə  maye  halda  olan  metalı  tökməklə  yaymaq  üçün  dəzgah 

layihələndirir (şəkil 2.58).  

 

Şəkil 2.58. Maye halda yayma üçün Bessemer dəzgahı. 




Sənaye inqilabı 

 

337 

 

Bu  dəzgahda  ilk  dəfə  olaraq  qalınlığı  1  mm  və  eni  1,2  m  olan  metal 



lövhə  alınır.  Bir  prosesdə  tökmə,  kristallaşma  və  deformasiya 

inteqrasiya  edilmişdir.  Bu  proses  geniş  praktiki  tətbiqini  tapmasa  da, 

yayma texnologiyasının elmi-texniki əsaslarının işlənməsində böyük rol 

oynamışdır [2.45, 2.46].  

1862-ci  ildə  ingilis  mexaniki  Corc  Bedson  (ingl.  George  Bedson

məftil  istehsal  etmək  üçün  axın  xəttini  təklif  edir.  Bu  xəttdə  pəstah 

avtomatik  mexanizmin  köməyi  ilə  fasiləsiz  olaraq  bir  cüt  diyircəkdən 

başqasına,  daha  tez  fırlanan  cütlərə  ötürülürdü  (şəkil  2.59).  Bedsonun 

axın  xəttində  16  yayma  cütü  yerləşdirilmişdir  və  bu  başlıqlar  öz 

vəziyyətlərini  dəyişəbilmə  qabiliyyətinə  malik  idilər.    Bu  dəzgahda  25 

funtluq metal pəstahı yaymaq üçün 15 saniyə vaxt tələb olunurdu [2.47].   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.59. Bedsonun fasiləsiz yayma dəzgahı. 

 

Yayma  texnologiyası  ilə  bərabər,  metalların  dartma  texnologiyası  da 



inkişaf  edirdi.  1871-ci  ildə  ingilis  mühəndisləri  olan  Vuds  qardaşları 

tərəfindən ilk fasiləsiz  məftildartma maşını  ixtira  edilir.  Bu maşınların  




Sənaye inqilabı 

 

338 

 

məhsuldarlığı  adilərdən  10  dəfə  artıq  idi  [2.47].  1888-ci  ildə  Qlasqoda 



keçirilən  sərgidə  dəzgahda  hazırlanmış,  en  kəsiyi  0,04

0,23  mm 



arasında olan məftillər nümayiş etdirilmişdir. 

X

Ι



X  əsrin  ikinci  yarısında  boru  və  böyük  profillərin  emalında  tətbiq 

olunan  dartma  texnikasında  da  dəyişiklik  baş  verir.  Burada  kolba  və 

zəncirlə  işləyən  dartma  maşınları  işlənib  praktikada  tətbiq  edilir. 

Maşınqayırmada  tətbiq  edilən  boru  və  yastı  profilli    hissələrə  artan 

tələbat, dartma texnologiyasının inkişafında böyük rol oynamışdır.  

Texniki tərəqqi döymə texnikasından da yan keçməmişdir. Yaymanın 

sürətli  inkişafı  döymə  texnologiyasını  sıxışdırmağa  başlamışdır.  Buna 

baxmayaraq, döymə inkişaf edərək maşınqayırmanın bir çox sahələrində 

tətbiq  tapmışdır.  X

Ι

X  əsrin  ortalarında  Nasmifin  ixtira  etdiyi  çəkic 



döymədə  geniş  tətbiq  olunduğu  halda,  X

Ι

X  əsrin  ikinci  yarısında 



sənayedə  yaranmış  vəziyyət  yeni  çəkic  konstruksiyalarının  işlənməsinə 

gətirib  çıxartmışdır.  Böyük  hissələrin  emalında  düşən  çəkiclərin  tətbiqi 

çətinliklər  yaratdığına  görə,  mühəndislər  yeni  tip  çəkic  mexanizminin, 

hidravlik  preslər  üzərində  işləməyə  başlamışlar.  Hidravlik  preslər 

çəkiclərin  tətbiqindəki  çatışmamazlıqları  aradan  qaldırmışlar.  İlk  dəfə 

olaraq  hidravlik  presslərin  düzəldilməsi  ideyasını  ingilis  mühəndisi 

Brama vermişdir. Praktikada tətbiq oluna bilən ilk press isə 1820-ci ildə 

T.Burr  tərəfindən  işlənmişdir.  O,  ilk  dəfə  olaraq  bu  yolla  sənayenin 

müxtəlif  sahələri  üçün  hissələrin  hazırlanmasının  perspektivliyini 

göstərmişdi.  T.Burrun  gördüyü  işlərdən  sonra   tökmə  sahəsində  çalışan 

mühəndislərin bu texnologiyaya marağı daha da artır.  

Presslərin  döymə  və  ştamplamada  tətbiqi  X

Ι

X  əsrin  ikinci  yarısına 



təsadüf  edir.  1851-ci  ildə  Londonda,  dünya  sərgisində  4  silindrli  press 

nümayiş etdirilmişdir. 1859

1861-ci illərdə avstriyalı mühəndis Hasvell 



qatar  istehsal  edən  bir  zavodda  buxar  lokomotivlərinin  hissələrinin 

hazırlanması  üçün  preslə  işləyən  ştamplama  prosesini  işləyir.  Onun 

pressi iki gedişli, diametri 1,2 m olan buxar maşını ilə hərəkətə gətirilən 

nasoslardan  vurulan  su  ilə  işləyirdi.  Bu  pressin  silindrinə  su  400  kPa 

təzyiqlə verilirdi. Hasvellin düzəltdiyi ilk çəkiclər 7, 10 və 12 MN gücü- 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə