Sənaye inqilabı
349
transmissiya sistemlərinin ixtisara düşməsi demək idi. Dəzgahlarda
quraşdırılmış mühərriklər həm də böyük enerji məsrəfinin qarşısını
almağa imkan vermişdir. Çünki, böyük transmissiyalar çox vaxt
sürtünməyə sərf olunan yüksək iş həcminə görə təxminən 50% enerji
itgisinə gətirib çıxarırdı [2.55].
Şəkil 2.71. Elektrik mühərriki ilə hərəkət etdirilən körpü kranı.
Bundan əlavə ayrıca yerləşdirilmiş elektrik mühərriklərinin tətbiqi
aşağıdakı üstünlüklərə malik idi:
-
transmissiyalar yığışdırıldıqdan sonra sexlər daha işıqlı
olurdular,
-
transmissiyalar
olmadığından
sexlərdə
kranların
tətbiqi
sadələşir, binanın tikintisi asanlaşırdı,
-
dəzgahlar bir-birindən asılı olmayaraq işlədilə bilirdi,
-
dəzgahlarda görülən işin dəyərini dəqiq təyin etmək mümkün
idi.
Elektrik ötürmələrinin tətbiqi ilk vaxtlarda yalnız yeni dəzgahların alın-
ması və ya da sexin texniki cəhətdən tamamilə yenidən silahlandırılması
zamanı iqtisadi səmərə verirdi. Ona görə də, istehsalçılar dəzgahları hə-
Sənaye inqilabı
350
mişə olduğu kimi, qayış ötürməsi üçün pilləli disklərlə hazırlayırdılar və
hansı ötürmədən istifadə olunmasını müştərinin öhdəsinə buraxırdılar.
Nəticədə, çox vaxt transmissiya qurğusu saxlanılaraq elektrik mühərriki
ilə hərəkət etdirilirdi (şəkil 2.72) [2.56].
Ümumiyyətlə, dəzgahqayırmada elektrik mühərriklərinin kütləvi
tətbiqi, ilk dəfə olaraq Amerikada başlayır. Almaniyada yalnız XIX
əsrin sonunda, tezkəsən alət poladlarının tətbiqi nəticəsində yüksək
kəsmə sürətlərinə yaranan ehtiyac ilə şərtlənən təzyiq nəticəsində
dəzgahlar separat olaraq belə mühərriklər ilə təmin olunmağa
başlayırlar.
Literatur
Şəkil 2.72. Dəzgahların elektrik mühərriki ilə qrup şəklində hərəkət
etdirilməsi, 1892-ci il.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
351
2.6. Sənayeləşmə
prosesinin
genişlənməsi
ərəfəsində
maşınqayırma
2.6.1. XIX əsrin sonu XX əsrin əvvəllərində əldə edilən texniki
nailiyyətlər
XIX
əsrin sonunda elektrikləşmə epoxasının qədəm qoyması ilə
sənayeləşmə prosesi daha güclü şəkildə genişlənərək Avropanın başqa
ölkələrini bürüməyə başlayır. Elektrik maşınlarının böyük həcmdə
istehsal edilməsi, onu istehsalın və məişətin çox sahələrində tətbiqini
mümkün etmişdir. Bunun nəticəsində, elektrik enerjisinə getdikcə artan
tələbat elektrik stansiyalarının işlədilməsi üçün daha güclü enerji
mənbələrinə ehtiyacı artırmışdır. Bu problem buxarla işləyən turbinlərin
ixtirası ilə həll
edil-
mişdir.
1883-cu
ildə
isveçrəli Karl de Lavalın
(ingl. Carl Gustav Patrik
de
Laval)
düzəltdiyi
buxar turbini 770 m/s
sürətinə
malik
olaraq
gücü adi buxar maşınına
nisbətən on dəfə artıq idi
(şəkil 2.73). Bu turbinin
iş prinsipi belədir. Dörd
borudan verilən buxar
carxın pərlərinə yönəldi-
lir. Yüksək təzyiq altında
olan buxar pərlər üzrə
axaraq onu fırladır. Çarxın dönməsi nəticəsində istilik enerjisi mexaniki
enerjiyə çevrilir [2.57, 2.58].
Laval ilə eyni vaxtda ingilis mühəndisi Çarlz Parson çox pilləli
buxar turbinini ixtira edir (şəkil 2.74). Parsonun düzəltdiyi turbindən
Şəkil 2.73. Lavalın turbinin iş sxemi.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
352
həm elektrik stansiyalarının işlənməsi, həm də gəmilərin sürətlə hərəkət
etdirilməsi üçün tətbiq edilirdi. 1884-cü ildə amerikalı Pelton böyük
təzyiq altında şırnaqla işləyən hidroturbini ixtira edir. Hidroturbinlərin
faydalı iş əmsalı çox yüksək idi, təxminən 80% təşkil edirdi. Bundan
əlavə hidroturbinlərin tətbiqi ilə əldə edilən enerji ucuz başa gəlirdi
[2.49].
Şəkil 2.74. Parson prinsipi ilə işləyən turbin.
Böyük gücə malik maşınların yaradılması ilə bərabər kiçik həcmli
çevik mühərriklərin hazırlanması üzrə də işlər görülməyə başlayır.
Öncə qazla işləyən mühərriklər düzəldilir. Bu mühərriklər kiçik
müəssisələr üçün nəzərdə tutulmuşdur. Qazla işləyən mühərriklər daxili
yanma mühərriki olub, qazın silindrdə yanması zamanı əmələ gələn
təzyiq nəticəsində porşenin itələnməsi ilə hərəkətə gətirilirdi. Gilizlərdə
yüksək temperaturda baş verən iş, işçi hissələrin soyudulması və
yağlanmasını tələb edirdi. Bu problem, 1860-cı ildə belçikalı mühəndis
Jozef Lenoar (fran. Joseph Etienne Lenoir) tərəfindən həll edilir (şəkil
2.75). O, ilk qaz mühərrikini düzəldir. Mühərrik əsasən içərisində kolba
yerləşdirilmiş silindrdən ibarət idi. Mühərrikin iş prinsipi buxar
maşınları ilə oxşar idi. Fərq orasında idi ki, burada qaz sıxılmamış halda
gah kolbanın altında, gah da üst tərəfində yandırılırdı. Yanma zamanı
əmələ gələn qaz təzyiqi kolbanı irəli-geri hərəkət etdirərək, dirsəkli
valın köməyi ilə çarxı fırladırdı. Silindrin hər iki tərəfində qazın çıxması
Dostları ilə paylaş: |