Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə106/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   102   103   104   105   106   107   108   109   ...   159

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

357 

quraşdırır və bu arabada Manhaymın küçələrində səyahət edir. Ancaq bu 

avtomobil  ilə  Bens  gözlədiyi  məqsədə,  daha  doğrusu  çoxlu  pul 

qazanmağa  nail  ola  bilmir.  Bundan  sonra  Bens  dördtəkərli  avtomobili 

Velo”nu düzəldir (şəkil 2.79). Bu avtomobil 1200 ədəd satılaraq Bensə  

böyük 

şöhrət 


gətirir. 

1899-cu 


ildə  Karl  Bensin 

yaratdığı “Nens& 



Cie”  firması  öz 

etibarlı  və  stabil 

konstruksiyaya  

malik  avtomobil- 

ləri  ilə  uzun  müd- 

dət  Daymler  ilə 

rəqabət 

aparır. 


1926-cı 

ildə  


Daimler  və  Bens 

firmaları “Daimler 



–Benz  AG”-də  birləşirlər.  Bu  firmanın  düzəltdiyi  avtomobillər  bu  günə 

kimi 


dünyada 

avtomobil 

sənayesinin 

inkişaf 


istiqamətini 

müəyyənləşdirərək,  bu  sahədə  aparıcı  rol  oynayır.  1914-cü  ildə 

Almaniyada artıq 55000 minik, 9000 yük avtomobili var idi [2.59].  

Onu da qeyd etmək lazımdır ki, avtomobillərin inkişafında bu dövrə 

qədər  mühəndislərin  müxtəlif  sahələrdə  əldə  etdikləri  texniki 

nauliyyətlər böyük rol oynamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, 

avtomobilin  gövdəsi  və  yaylarının  quruluşu  at  arabalarından,  idarə 

sistemi və təkərləri isə velosipeddən götürülmüşdür (şəkil 2.80).  

Avtomobillərin 

inkişafında, 

təkərlərdə 

rezin 


üzlüklərin 

və 


kameraların  tətbiqi  əsas  rollardan  birini  oynamışdır.  Ötürmələr  qutusu 

torna  dəzgahının  əsasında  yaradılmışdır.  Təkərlərdə  dönmə  zamanı 

müxtəlif  dövrlər  sayını  mümkün  etmək  üçün  buxar  maşınlarında  olan 

differensialdan istifadə edilmişdir. Avtomobillərin  inkişafında  müxtəlif 

 

 

Şəkil 2.79. Velo avtomobili, 1894.



 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

358 

 

sahələrdən məlum olan texniki yeniliklərin tətbiqi ilə bərabər, onun özü 



bir çox sahələrin inkişafını stimullaşdırmışdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2.80. Avtomobildə istifadə olunan mexanizmlərin yaranma  

 mənbələri.   



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

359 

Daymler  mühərrikinin  faydalı  iş  əmsalı  20%-ə  bərabər  idi.  Fransız 

fiziki  Karnonun  işlədiyi  daxili  yanma  mühərriklərinin  istilik 

nəzəriyyəsinə  əsasən  ideal  mühərrik  80%  faydalı  iş  görə  bilərdi.  İdeal 

mühərriklərin  yaranması  üzərində  90-cı  illərin  sonunda  bir  çox  alimlər 

işləsələr  də  bu  problemi  nisbətən  həll  etmək  alman  mühəndisi  Rudolf 

Dizelə  nəsib  olur.  Dizel  nəzəriyyəsinə  görə  silindrdə  hava  90  atmosver 

təzyiq  altında  sıxılır,  eyni  zamanda  temperaturu 900°-ə  çatır,  bu  zaman 

silindrə  yanacaq  püskürdülür.  Bu  üsulla  ideal  tsikl  ilə  işləyən  mühərrik 

hazırlana 

bilərdi. 

Texniki 

səbəblərdən  Dizel  öz  ideyasını 

tamamilə  həyata  keçirə  bilmir. 

Nəticədə,  o,  mühərrikdə  təzyiqi 

35 

atmosferə 



qədər 

aşağı 


salmaq  məcburiyyətində  qalır. 

Buna  baxmayaraq  1893-ci  ildə 

nümayiş  etdirilən  ilk  Dizel 

mühərriki  sensasional  bir  nəticə 

vermişdir 

(şəkil 


2.81). 

Bu 


mühərrikin  faydalı  iş  əmsalı 

36%-ə  çataraq  benzinlə  işləyən 

mühərrikə  nisbətən  iki  dəfə  çox 

idi.  Bir  çox  firmalar  Dizel 

mühərrikinin 

lisenziyasını 

almağa 

çalışırdı. 



Bu, 

qısa 


vaxtda  Dizelə  milyonlarla  pul 

gətirir.  Mühərriklərin  hazırlanması  yüksək  istehsal  mədəniyyəti  tələb 

etdiyindən, Dizel uzun müddət bir çox ölkələri gəzib texnoloji prosesləri 

tənzimləməli olur [2.60].  

Daxili  yanma  mühərrikləri  təkcə  avtomobillərdə  yox,  həm  də 

traktorlarda  istifadə  olunur.  1901-ci  ildə  amerikalı  mühəndis  Hart  Parr 

ilk  traktoru  düzəldir.  1912-ci  ildə  Holt  firması  tırtıllı  traktorlar  istehsal 

etməyə başlayır. 

 

 

Şəkil 2.81. İlk Dizel mühərriki, 1893. 




XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

360 

 

1920-ci  ildə  artıq  Amerikada  200  traktor  istifadə  olunurdu.  Dizel 



mühərriklərinin  inkişafı  sayəsində,  onun  traktorlarda  tətbiq  edilməsi 

XIX  əsrdə  geniş  yayılmış  lokomobilləri  əvəz  edir.  Lokomobillər  buxar 

maşını  ilə  işlədiyindən  onlar  böyük,  kobud  və  kiçik  çevikliyə  mailk 

idilər.  1920-ci  ildə  alman  mühəndisi  Haynrix  Lans  (  alm.  Heinrich 



Lanz) öz firmasında dizel mühərriki ilə işləyən ilk traktoru - “Bulldoq”u 

hazırlayır  (şəkil  2.82).  Traktorlardan  təkcə  torpaqları  şumlamaq  üçün 

yox,  həm  də  onların  mühərriklərindən  ağacların  doğranması,  suvarma 

nasosları və taxılyığan maşınların işlədilməsi üçün də istifadə olunurdu. 

Traktorların  yaranması  ilə  kənd  təsərrüfatının  kütləvi  şəkildə 

mexanikləşdirilməsi prosesi baş verir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

    Şəkil 2.82. “Bulldoq” traktoru. 



 

Daxili  yanma  mühərrikləri  aviasiyanın  da  yaranmasında  əsas  rol 

oynamışdır.  Öncə  fikirləşirdilər  ki,  mühərrikin  qanadlı  aparata 

quraşdırılması  nəticəsində  uçmaq  mümkün  olar.  1894-cü  ildə  Maksim 

adlı rus ixtiraçısı qanadlarının açılışı 32 m və çəkisi 3,5t olan nəhəng bir 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə