XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
376
Şəkil 2.93. Torna dəzgahı, Löve firması, 1896.
Şəkil 2.94. Elektrik ötürməli torna dəzgahı, Sentker firması, 1896.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
377
Şəkil 2.95. Revolver torna dəzgahı, Kreger firması, 1896.
raq amerikalı alim Teylor (ingl. Taylor) volframlı, legirli tezkəsən alət
poladını nümayiş etdirir. Dəzgah və alət arasında yarışda yeni kəsmə
materialı ilə alətlər ön plana çıxır. Bu alətlər möhkəm və stabil
konstruksiyaya malik dəzgahlar tələb edirdi ki, məhz yüksək
möhkəmliyə malik alman dəzgahları buna cavab verə bilirdilər.
Dəzgahlarda elektrik ötürməsi tətbiq edilmişdir [2.72].
Paris sərgisi bir daha belə böyük tədbirin əhəmiyyətini göstərmişdir.
Burada göstərilən dəzgahlarla bərabər Flohr firmasının (Berlin) böyük
kranı, Şukert firmasının böyük işıq projektoru, MAN firmasının beş
metr hündürlüyündəki altı rəngli fırlanan pressi, Volf və Lanç tərəfindən
hazırlanmış lokomobillər də eksponatlar arasında idilər.
1890
÷
1914-cü illər, ümumiyyətlə maşınqayırmanın inkişafında çox
məhsuldar bir dövr olmuşdur. Bir çox başqa texniki nailiyyətlərlə
bərabər, dəzgahqayırma və texnoloji proseslərin inkişafında da
irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Teylorun ixtira etdiyi tezkə-
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
378
sən alət poladı nəinki texnologiyada, həmçinin dəzgahqayırmada
inkişafı stimullaşdırmışdır. Teylorun bu ixtirası o dövrdə polad
istehsalında əldə edilmiş bir çox yeniliklər ilə bağlı idi. Tədqiqatlar
nəticəsində, volfram və başqa legirləyici elementlərin poladın
keyfiyyətinə təsiri aydın olmuşdur. Hələ 1850-ci ildə ingilis mühəndisi
Robert Muşetin (ingl. Robert Mushet, 1792-1847) volfram, manqan,
silisium və xromla az miqdarda legirlənmiş polad ilə emalda kəsmə
sürətini 50% artırmaq mümkün olmuşdur [2.7]
Teylor və Vite (ingl. Vhite) öz ixtiraları ilə kəsmə sürətini 3 dəfə
artıraraq 25 m/dəq -ə çatdırmağa nail olurlar. Bu alət poladı tezliklə
bütün sənayeni bürüyür. Artıq 1901-ci ildə Almaniyada ən yaxşı alət
poladını təyin etmək üçün tədqiqatlar aparılır. Yüksək kəsmə sürətləri
ilə mövcud dəzgahların texniki imkanları aydın olur. O dövrdə ən stabil
sayılan Löve firmasının dəzgahlarında aparılan sınaqlar göstərmişdir ki,
yüksək sürətlərdə aparılan emal 4 həftədən sonra dəzgahın sıradan
çıxmasına səbəb olurdu. Çarxlardakı paz və vallar boşalır, dişli çarxların
dişləri sınır, aparan val burulmaya yüklənmənin təsirindən əyilirdi [2.7].
Yaranmaqda olan yüksək sürətləri praktikada reallaşdırmaq üçün
dəzgahlarda konstruktiv dəyişikliklər aparılırdı. Belə ki, şpindellərdə
qayışla işləyən çoxpilləli qasnaqlardan istifadə olunurdu. İndiyə qədər
ötürmə sistemində istifadə olunan dişli çarxlar çuqun əvəzinə
poladlardan hazırlanmağa başlayır. Dişli çarxlarda yeyilmənin qarşısını
almaq üçün yaxşılaşdırılmış yağlamadan istifadə olunur. Mazut əvəzinə
maye yağlardan istifadə edilir. Sonralar isə çarxlar bütünlüklə yağ
qutusunda oturdulur.
80-ci illərin sonunda ən mühüm texnoloji nailiyyətlərdən biri də,
çoxşpindelli torna dəzgahlarının tətbiqi idi. Bu dəzgahın formalaşması
prosesi bir çox müxtəlif məqsədli ixtiraların birgə tətbiqi nəticəsində
mümkün olmuşdur. Bu istiqamətdə ən vacib addım 1879-cu ildə
Karvenin (ingl. Carver) ixtira etdiyi çoxşpindelli vint maşını idi. Bu
maşında indiyə qədər məlum torna dəzgahlarından fərqli olaraq pəstahla
alət arasında dəyişən hərəkət mövcud idi. Bu hərəkət pəstah bərkidilmiş
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
379
barabana ötürülürdü. Karvenin düzəltdiyi bu dəzgah fırlanma səthinə
malik pəstahın emalı üçün lazım olan mərhələləri müxtəlif işçi
yerlərində eyni zamanda aparmağa imkan verirdi (şəkil 2.96) [2.74].
Şəkil 2.96. Karvenin çoxşpindelli torna dəzgahı, 1879.
1886-cı ildə alman mühəndisi Kollin (alm. Collin) şəkil 2.97-də
verilmiş dəzgah üçün patent alır. Bu dəzgahda idarəedici val gövdənin
yuxarı hissəsində yerləşmişdir.
1893-cü ildə amerikalı mühəndislər Henn və Hakevessell
dördşpindelli çubuq avtomatını düzəldirlər. Bu dəzgah quruluşça Karver
dəzgahına oxşayırdı. Dəzgahda, üzərində baraban və sərt yumrucuqlar
bərkidilmiş val, alət sisteminin aşağı hissəsində yerləşirdi. Bu dəzgaha
“Akmi” (ingl. Acme) adı verilir (şəkil 2.98).
Çoxşpindelli torna dəzgahlarının ixtirası revolver dəzgahının
ixtirasından 50 il sonra, torna emalının avtomatlaşdırılması yolunda
edilən növbəti mühüm addım idi.
Bu dəzgahların kütləvi istehsalda tətbiqi zamanı əldə olunan
texnoloji və iqtisadi irəliləyiş, XIX əsrin sonunda Amerika və Avropada
dəzgahlara olan tələbatı kəskin artırmışdır. İlk sənaye tətbiqi zamanı
əldə olunan təcrübələr dəzgahların təkmilləşdirilməsində özünü
göstərmişdir. Bu ərəfədə təkcə ABŞ-da yox, həmçinin Almaniyada da
torna dəzgahlarının inkişafı yüksək həddə çatmışdır. Birşpindelli torna
dəzgahlarının hazırlanmasında böyük uğurlar qazanmış müəssisələr çox-