Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə18/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   14   15   16   17   18   19   20   21   ...   90
2013-2444

Anar – 75  

 

23 



“Dədə Qorqud”, “Qəm pəncərəsi”, “Nigarançılıq”, “Əlaqə” və s. 

filmləri tamaşaçıların böyük  məhəbbətini qazanmış, illər keçsə 

be

lə bu gün də öz əhəmiyyətini itirməmişdir.  



Xüsusi ilə onun ssenari müəllifi və rejissor kimi çoxillik gər-

gin zəhmətinin bəhrəsi olan “Uzun ömrün akkordları” ikiseriyalı 

bədii-sənədli filmi dahi sənətkarımız Üzeyir Hacıbəyovun adına 

la

yiq  bir  töhfədir.  Film  bəstəkarın  yaradıcılığının  dərin  xəlqi 



kök

lərini, onun doğma torpağına bağlılığını əks etdirir.  

“Sizi  deyib  gəlmişəm”  əsərinin  ssenarisi  əsasında  çəkilmiş, 

Ana


rın rejjisoru olduğu “Qəm pəncərəsi” filmi dahi Mirzə Cəlilə 

həsr  olunmuşdur.  Filmdə  tarixilik  və  müasirliyin  vəhdəti yara-

dılmışdır. “Filmin mətni dünyaya “qəm pəncərəsi”ndən baxmaq 

ak

tının bədii-fəlsəfi mahiyyətini açmağa, Mirzə Cəlilin və onun 



vətəndaş, sənətkar kimi baxdığı dünyada yaşayan insanların ta-

le

yini paralel şəkildə izləməyə imkan verir”(49).  



“Nigarançılıq”  filmi  isə  Mirzə  Cəlil  Anar  münasibətlərinin 

son


rakı  mərhələsidir.  Sənətkar  filmdə  Cəlil  Məmmədquluzadə-

nin “Nigarançılıq”, “Quzu” və “Usta Zeynal” hekayələrinin mo-

tiv

lərini,  bu  əsərlərin  əsas  məzmun  xətlərini birləşdirərək  tam



töv bir yeni əsər yaratmağa nail olmuşdur. Hətta bir çox hal-

lar

da Mirzə Cəlildəki süjetlərin yeri dəyişdirilmiş, ayrı-ayrı əsər-



lərdə iştirak edən obrazlar burada eyni bir əsərin tərəf müqabil-

ləri kimi götürülmüşdür. Məsələn, Mirzə Cəlilin “Quzu” heka-

yəsindən fərqli olaraq Anarın “Nigarançılıq” filminin qəhrəmanı 

seyn kişi quzunu Əziz xana deyil, Qurbanəli bəyə bağışlayır. 



Ni

garançılıq  hekayəsinin  müəyyən  məqamları  “Qurbanəli  bəy” 

he

kayəsi  ilə  məharətlə,  incə  vasitələrlə  əlaqələndirilmişdir. 



Flim

də Anarın güclü vətən sevgisinin bir daha şahidi oluruq. Bu 

ba

xımdan müəllif Qurbanəli bəyin bir çox müsbət xüsusiyyətlə-



rini 

göstərərək sanki ona haqq qazandırır. Bir çox məqamlarda 

Qur

banəli bəyin Kərbəlayi Qasımı müdafiə etməsi, Qarabağ atı 



haq

qında qürurla danışması, nökəri Əlinin plov bişirmə bacarığı 

ilə öyünməsi deyilənlərin təsdiqidir. 

Anarın kino sahəsindəki uğurlarından biri də son illərin məh-





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə