Aytən Quliyeva
10
ANARIN HƏYAT VƏ YARADICILIĞINA
BİR NƏZƏR
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-
dən biri də Anardır. O, ədəbiyyata gəldiyi ilk dövrlərdən əsərləri
ilə oxucuların qəlbində özünə yer tapan, getdikcə püxtələşən qə-
ləmi ilə bu yeri möhkəmləndirən, ədəbiyyat tariximizdə özünə-
məxsus və dəyərli iz qoyan bir sənətkardır. Əsl istedad sahibi ol-
du
ğunu nəsrində, dramaturgiyasında, publisistikasında, kino-
dramatur
giyasında, elmi məqalələrində və lirikasında dönə-dönə
is
batlamış, ədəbiyyatımızda Anar imzasının, Anar möhrünün
xüsusi yeri, möv
qeyi olduğunu təsdiqləmişdir. Yazı mədəniyyə-
ti, dil-üslub k
eyfiyyəti, sənətkarlıq xüsusiyyətləri onun bütün
əsərlərində yüksək səviyyədədir. Anarın şəxsində oxucu mütə-
fəkkir simalı, universal yaradıcılıq qabiliyyətinə malik bir ədiblə
üz
ləşir. Yazıçının yaradıcılığı öz əhatəliliyi, zənginliyi, bədii
siql
əti ilə daim diqqət mərkəzində olmuş, cəmiyyətimizin, de-
mək olar ki, hər bir üzvü tərəfindən sevilmiş, rəğbətlə qarşılan-
mışdır.
Anarın bir yazıçı kimi ilk xoşbəxtliyi ondadır ki, Azərbaycan
xal
qının iki böyük şairi: Rəsul Rza və Nigar Rəfibəyli kimi şəx-
siy
yətlərin müqəddəs sənət ocağında dünyaya göz açmışdır.
Ana
rın atası Rəsul Rza və anası Nigar Rəfibəyli XX yüz il Azər-
baycan
ədəbiyyatı klassikləri sırasına daxil olmuşdur. Görkəmli
şairimiz Rəsul Rza Azərbaycan ədəbiyyatında sərbəst vəznin ya-
ra
dıcılarından biridir.
Anar Azərbaycanın iki köklü soyunun yetirməsidir. Ana ba-
ba
sı Xudadat bəy Rəfibəyli 1918-1920-ci illərdə fəaliyyət göstə-
|