Anar – 75
67
Boşboğazovdur. Burada elə Boşboğazovun dili ilə onun kimi qə-
ləm əhli tənqid edilir. O, vəzifə şərəfini kolxoz sədrinin “kabab,
qu
tab, şərab” məclisinə sataraq Dedi Qoduyevin “bura dağ yeri-
dir, burda pambıq bitməz” kimi haqlı iradının üstündən öz boş-
bo
ğazlığı ilə elə keçir ki, əsas məsələ unudulur. “–Haqlı tənqid-
dən incimək lazım deyil,—dedim. Tənqidin xeyri var. Tənqid
gələcək inkişafımızın rəhnidir. Xeyirxahlıqla edilən tənqidə qu-
laq asmaq, səmərəli nəticələr çıxarmaq lazımdır” (10,18) kimi
şablon sözlərlə özünü haqlı çıxarır.
Bütün bu hadisələr oxucuda Boşboğazovun simasında xalqın
mənafeyini düşünməyən çürük mənəviyyatlı, qabiliyyətsiz, əqi-
dəsiz, məslək sahiblərinə qarşı dərin nifrət oyadır.
Silsiləyə daxil olan “Zəncir” hekayəsi isə özündə cəmiyyəti-
miz
dəki bir necə mənəvi-əxlaqi problemi birləşdirir. Saatın neçə
olduğunu öyrənmək istəyən Əvəz Əvəzovla başlayan hadisə get-
dik
cə mürəkkəbləşərək, əsər çap etdirməyə, maşın və ev almağa,
te
lefon çəkdirməyə, instituta qanunsuz yollarla tələbə qəbul et-
dir
məyə çalışan müxtəlif tipli insanların əlaqəli, bir-biri ilə bağlı
zəncirvari münasibət sisteminə çevrilir.
Yazıçı cəmiyyətdə insani münasibətlərin zəiflədiyini, adam-
la
rın hər addımbaşı bir-birindən nəsə umduqlarını, təmiz, səmi-
mi-
qəlbdən dostluq, yoldaşlıq etmədiklərini, bununla da insanı
in
san edən mənəvi-əxlaqi dəyərlərin itdiyini göstərir. Sadəcə
saa
tı öyrənmək istədiyi üçün Əvəz Əvəzov bir çox insanın istə-
yini ye
rinə yetirməli, müxtəlif şəxslərə ağız açmalı olur. Və biz
onun hər müraciət etdiyi idarədə müxtəlif qanun pozuntuları, öz-
ba
şınalıq, özündənrazı, lakin heç bir qabiliyyəti olmayan idarə
başçıları, hər insanda isə mənəviyyatsızlıqla qarşılaşırıq.
Hek
ayədə insanlar arasında olan alver psixologiyasının, hətta
ailə, sevgi məsələlərində də rol oynaması ifşa edilir. Rəhimə Rə-
hi
movanın qaynı Bəhram Bəhramovla evlənməsi üçün Əvəz
Əvəzov onun bir çox şərtini yerinə yetirməli olur. “Rəhiləni
bağçaya düzəltmək üçün üç yaponski tranzistor, iki cüt çex
ayaq
qabısı, bir dəst Rumıniya mebeli boyun oldu. Mədinəni mu-
|