Aytən Quliyeva
74
saf
laşmasına çalışır.
Yazısında ziyalı sənətkarımızın “Molla Nəsrəddin-66” əsəri-
ni xatırlayan Ramiz Rövşən yazır: “...Ən birinci yadıma Anarın
40 il bundan əvvəl yazdığı “Molla Nəsrəddin-66”sı düşdü. Çox
sev
diyim o əsəri bir də vərəqlədim, oradakı bir çox hekayələri,
hik
mətli sözləri, elanları, bildirişləri, həmçinin naməlum şair Çi-
nar Girdimani Beyləqaninin “şeirlərini” təzədən gülə-gülə oxu-
dum, bu gözəl əsərin öz bədii dəyərini və təsir gücünü zərrə qə-
dər də itirmədiyinə inandım. Eyni zamanda “Molla Nəsrəddin-
66” dan Anarın indiki yaradıcılığına, üç il əvvəl yazdığı “Ağ
qoç, qara qoç”a gələn apaydın qırılmaz yolunu gördüm”(54,67).
“Bu silsilədə Anar “Molla Nəsrəddin”in onomastik yaradıcı-
lığını da davam etdirir. “Molla Nəsrəddin”də belə onomastik va-
hid–
kəşflər var idi: Dəmdəməki, Lağlağı, Mozalan, Hərdəm-
xəyal, Hophop; İtqapan kəndi, Təzəkli kəndi, Donuzyeyən kəndi
və s. Anarın da həmin üsulla hazırladığı xüsusi isimlər (onomas-
ti
ka) maraqlıdır, yumoristik məzmunu ilə diqqəti çəkir: Umu
Kü
süyev, Qır Saqqızov, Naz Qəmzəyev, Tartan Partanov, Yalan
Palanov, S
oobrazim Natraixov, Şaltay Baltayev, Atdıyatdı Bat-
dıqaldıyev, Azyazpoz idarəsi, Gülməşəkər kəndi və s.” (41,215).
“Yaxşı padşahın nağılı” özünü rəiyyətpərəst və xeyirxah kimi
tanıdıb, əslində bütün rəiyyəti bədbəxt edən şahların, hökmdar-
la
rın, onların hər sözü ilə razılaşan vəzir, vəkillərin yaltaqlığını,
mənəvi dünyalarının çirkinliyini əks etdirən güzgüdür. Hekayə-
nin qəhrəmanı “yaxşı padşah” ilk baxışda “heç vədə rəiyyətinə
gül
dən ağır söz deməyən”, “boyunlarını vurdurmamış” bir baş-
çıdır. Əslində isə o daxilən nadan, cahil bir padşahdır. Biz bunu
onun hər gün “xalqın xoşbəxtliyi naminə” verdiyi bir-birindən
səfeh qərarlarda görürük. Anar onun simasında ölkəsini idarə
edə bilməyən, buna qabiliyyəti çatmayan, öz şəxsi hisslərinin
əsiri olan, xalqı öz iradəsinə tabe etmək istəyən nadan bir padşah
obra
zı yaradır.
Ölkədə sual cümlələri qurmağı qadağan edən padşah, qara-
vul
çusundan saatı belə öyrənə bilmir, çünki qaravulçu qorxudan
|