Anar – 75
73
Mü
əllif uzun axtarışdan sonra başqa bir makinaçı tapıb əsərini
yaz
dırır.
Onun növbəti problemi isə nəşriyyatdakı redaktorlarla olur.
On
lar əsərə düzgün olmayan iradlar tutur, əsassız dəlillər göstə-
rir
lər. Bütün bu hadisələrin axarında oxucu ədəbiyyat aləminə
so
xulmuş əqidəsiz, mənəviyyatsız, savadsız insanların yaratdıq-
la
rı çətinliklərin, ədəbiyyatda olan əsassız senzuranın şahidi
olur.
Özləri kəmsavad olduqları halda əsərə müxtəlif gülməli
iradlar tuturlar.
Nəşriyyatdakı bir-birindən yaltaq redaktorlar öz-
lərindən vəzifəcə üstün redaktorun ağılsız fikrinə şərik çıxaraq,
“M
ən hələ 1913-cü ildə demişəm ki, siz dahisiniz, yoldaş lap
böyük redaktor” deyirlər. “Kölgəsindən qorxanlara, milçəyi fil
edənlərə, olmayanı “yaradanlara”, nadanlara, söyüd kölgəsində
kölgə axtaranlara Anar son zərbəni vurur… Burada yaltaqlığın
orijinal nüm
ayəndəsinin fikri ilə adamı güldürən, düşündürən,
qəzəbləndirən, göynədən bir fakt yada salınır. 1913-cü ildən bəri
belə “dahilər” gör neçə dəfələrlə söyüd kölgəsində kölgə
axtarıblar, neçə-neçə istedadın kökünə balta çalıblar, neçə-neçə
istedadı məhv ediblər” (19,73).
Hekayənin əsasını da bu tip mənəvi-əxlaqi cəhətdən naqis in-
san
ların ifşası təşkil edir. Əsərin sonunda dostuna ürək-dirək ve-
rən yazıçı deyir: “Xoşbəxtlikdən belə arvadlar, belə makinəçilər,
be
lə redaktorlar tək-tükdürlər, müvəqqətidirlər, təsadüfidirlər.
Ar
vadlarımızın, makinəçilərimizin, redaktorlarımızın əksəriyyəti
na
muslu, mədəni, ağıllı, cəsarətli, mərifətli insanlardır. Məsələn,
mən özüm yazımı həyat yoldaşıma oxuyanda mənə dəyərli məs-
ləhətlər verir. Makinaçı xanım özgə işinə qarışmadan, öz işini
səliqəli, savadlı görür” (10,59). Sənətkarımız insanların mənə-
viyya
tında, əxlaqında olan çatışmazlıqlara baxmayaraq yenə də
on
lardan əlini üzmür, gələcəyə, insanlara ümidlə yanaşır.
Bu hekayələr silsiləsi göstərir ki, Anar satirik qələmi güclü
olan sənətkardır. O, hekayələrində xasiyyət, düşüncə, məişət və
ic
timai həyatdakı eyiblərə gülmək, komik situasiya yaratmaq,
hər gülüşdən bir əxlaqi nəticə çıxarmaqla oxucu mənəviyyatının
|