Aytən Quliyeva
76
yur. Murtuz müəllim isə həm öz mənəviyyatına, həm də müəl-
lim kimi şərəfli bir ada ləkə gətirərək, Cahangirovun oğluna ali
məktəbə qəbul imtahanında yüksək qiymət verərək, instituta qə-
bul etdirir.
Hekayədə tənqid hədəfinə çevrilən Murtuz müəllim
ya
zıçı qayəsini özündə əks etdirən Zəki müəllim tərəfindən ifşa
edilir.
“Dağ dağa rast gəlməz” hekayəsinin qəhrəmanlarının sima-
sında sənətkarımız öz işlərinə ciddi yanaşmayan elmi müəssisə-
ləri, elmi işçiləri, onların öz peşələrinə olan qeyri-ciddi münasi-
bətini tənqid edir.
“Anarın satirik əsərləri cəmiyyətimizdə hələ də yaşayan anti-
pod
lara qarşı sərrast atəşdir, bu əsərlər ibrətlidir, onlar bizi eyib-
lərə qarşı fəal mübarizəyə ruhlandırır” (54).
Görkəmli sənətkarın satirik və yumoristik hekayələrində diq-
qəti cəlb edən xüsusiyyətlərdən biri komik dil məsələsidir. Mü-
əllif burada dilin aydın, ifadəli, ən əsası isə janrın tələblərinə
uy
ğun olmasına xüsusi diqqət yetirir.
Anar bu hekayələrində bir təəssübkeş kimi yaratdığı mənfi
qəhrəmanlara gülməklə, onları ifşa etməklə cəmiyyətdə yaran-
mış özbaşınalıqların qarşısını almağa, insanların mənəviyyatı-
nın, əxlaqının saflaşmasına çalışır.
Dostları ilə paylaş: |