Anar – 75
77
ANARIN
HEKAYƏLƏRİNDƏ İNSAN VƏ
CƏMİYYƏT PROBLEMİNİN BƏDİİ ƏKSİ
Tarixən olduğu kimi, müasir dövrümüzdə də fərdlə cəmiyyə-
tin əlaqəsi bədii ədəbiyyatın mühüm mövzusuna çevrilmişdir.
Hər bir insan üzvü olduğu cəmiyyətə möhkəm tellərlə bağlıdır.
Cəmiyyət isə daim inkişaf və tərəqqi edir. İnsanın mənəvi-əxlaqi
si
masının yetkinləşməsi ilə cəmiyyətin inkişaf prosesi arasında
har
moniya həmişə eyni ölçüdə ola bilməz. Bu balans bir çox
hallarda pozulur
və təbii ki, bu hal şəxsiyyətin məişətinə, mənə-
viyya
tına, əxlaqına təsirsiz ötüşmür.
Cəmiyyətin inkişafında hər bir yeni dövr özünün ictimai-siya-
si, mənəvi-əxlaqi mənzərəsini yaradır. Bu mənada 90-cı illər XX
əsr tariximizdə önəmli yer tutur. Nəsrimizdə müstəqillik dövrü-
nün qəhrəman tipini əks etdirmək üçün maraqlı cəhdləri görür,
bu qəhrəmanların timsalında müasir dövrümüzün müxtəlif dü-
şüncə tərzləri ilə qarşılaşırıq. Keçid dövrünün bütün məhrumiy-
yətlərinin həmin qəhrəmanların həyatından keçməsinin şahidi
oluruq.
Yazıçılar öz dövrlərinə uyğun çağdaş qəhrəmanlar yara-
dırlar.
Müsahibələrinin birində Anar ədəbiyyatdakı çağdaşlıq haq-
qında deyir: “Fikirimcə, ədəbiyyatda çağdaşlıq çox geniş bir
məfhumdur, yəni bir cümlə ilə, bir abzas ilə demək çətindir...
Ça
ğdaşlığın bir cəhəti budur ki, doğrudan da çağın, yəni zama-
nın tələblərinə cavab verəsən, zamanın problemləri ilə yaşaya-
san, zamanın ortaya çıxardığı çətin məsələlərə yazıçı kimi cavab
ve
rəsən, bilinsin ki, sən bu əsrin, bu onilliyin yazarısan, bu döv-
rün
və ümumiyyətlə, həyatın sorularına biganə qalmırsan”(17).
90-
cı illərin əvvəllərində Anarın ədəbi yaradıcılığı artıq müd-