Anar – 75
75
pad
şahın hər dediyi saatı təsdiqləyir. Padşah mənəviyyatca xud-
bin, rəzil adamdır. Özü gecələr yata bilmədiyi üçün, rəiyyətinə
də yatmağı, yuxu görməyi qadağan edir. Və yalnız bundan sonra
ilk dəfə sakit və rahat yatır.
“Yaxşı padşahın” simasında nasir bir çox mənəvi-əxlaqi mə-
sələrə toxunur, çatışmazlıqları tənqid edir. Bunlardan biri şeirə,
şairə olan münasibətdir. Nadan padşah özündə şairlik istedadı-
nın olduğunu sanır. Şeirlərini vicdanlı, mənəvi cəhətdən zəngin,
əsl şairə oxuyur. Bəyənilmədiyini görüb şairi həbs etdirir, zü-
lüm
lərə düçar edir. Buna dözməyib intihar edən şairə heykəl
qoy
durur, qəzetlərdə şəkillərini çap etdirir. Bu epizodla əsl şai-
rin, yazıçının, sənətkarın belə bir nadan mühitdəki əzab dolu hə-
ya
tı göstərilir.
Hekayənin sonunda padşah babasının qadağan etdiyi güzgüyə
ba
xıb özü-özünü ifşa edir. “Əşi, bunun küt sifətini görmürsən,
gör
mürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir.
Özünü xeyirxah göstərir, amma hamıya kin bəsləyir. Kin bəslə-
yir, ona görə ki, bədbəxtdir. Bədbəxtdir, ona görə də hamını
bədbəxt etmək istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb.
Bu gün sabah gor-
bagor olacaq. Belə bir gorbagorun üstündə qa-
nını qaraltmağa dəyərmi?!” (10,94).
Görkəmli ədəbiyyatşünas Pənah Xəlilov “Yaxşı padşahın na-
ğılı” haqqında yazır: “Bu əsərdə Anar eybəcərliyi “bəzəmək”,
şüurlu “böyütmək”, daha qabarıq verib onu hər səmtdən göstər-
mək üsulundan, xüsusən qroteks üçün vacib olan vasitələrdən is-
ti
fadə etmişdir” (52).
Anarın “Dörd cahar”, “Dağ dağa rast gəlməz” hekayələrində
na
dan, məsuliyyətsiz, çirkin mənəviyyatlı insanlar tənqid atəşinə
tutulur.
“Dörd cahar” hekayəsində yazıçı, iki müəllim obrazı yaradır.
Onlardan biri—
Zəki müəllim nə qədər saf, təmiz mənəviyyatlı,
əxlaqi cəhətdən yetkin insandırsa, Murtuz tamamilə onun əksi-
dir. Zəki müəllim ona təklif olunan maşına görə öz təmiz əqidə-
sin
dən dönmür. Kamil mənəviyyatlı bir insan kimi ədaləti qoru-
|