Anar – 75
71
prob
lemləri ilə seçilir. Hekayənin əvvəlində biz bir rəqəmi ilə
iki
nin sövdələşdiyini görürük. Bir İkiyə təklif edir ki, gəl birlə-
şib On İki olaq. İki Birin özündən əvvəl dayanması ilə razılaş-
mır: “Yox, ay Bir, sən gəl dur mənim yanımda olaq İyirmi Bir,
İyirmi Bir On İkidən çoxdur” (10,32). Bu mübahisə digər sayla-
rın arasında da gedir. Onlar öz qiymətlərini, çəkilərini artırmaq,
yük
səltmək üçün müxtəlif formalara düşürlər. Doqquz rəqəmlə-
rinin
arasında mübahisə daha kəskin olur.
Birinci Doqquz sağ tərəfinə sıfır qoyub doxsan olur, ikinci
Doq
quz isə qaranlıqda sağ-solu qarışıq salıb, sıfırı sol yanına
qo
yur elə doqquz olaraq da qalır. Və elə hekayənin kulminasiya-
sı da buradan başlayır. “Yerin doqquz qatındakı 09 göyün doq-
quz qatındakı 90-a qışqırdı ki, məni burda qoyma, çək yanına.
Axı, vaxtilə sən də doqquz olmusan, mən də. Amma Doxsan Sı-
fır Doqquza istehza ilə baxıb cavab verdi: Düzdü, vaxtilə mən
də Doqquz olmuşam, sən də. Amma indi sənin kimi "Doqquzu"
mənim yanımda görsələr mənə dəli deyərlər” (10,33). Bu hadisə
ilə yazıçı vəzifəcə bir qədər böyüyən, mənəvi-əxlaqi cəhətdən
ka
sıb insanların o dəqiqə şöhrət xəstəliyinə tutulub ətrafındakı
in
sanları bəyənməməsini tənqid edir. Bu tipli səbəblərdən insan-
lar arasındakı mənəvi bağların incəldiyini, qırılma həddinə çat-
dığını göstərir. Və bu təhlükəli hal hekayədə böyük miqyaslı qa-
rışıqlığa səbəb olduğu kimi, insan mənəviyyatı, cəmiyyət üçün
təhlükə törədə bilər.
Hekayədə qoyulan digər bir problem isə insanlar arasında so-
si
al fərqlər artdıqca bunun nəticəsi kimi azalan ünsiyyətin cə-
miy
yət üçün yaratdığı təhlükədir. İnsanların yalqız qalmaması,
cəmiyyət yarada bilmələri üçün ünsiyyət vacibdir. Yazıçı bu ki-
mi halları ifşa etməklə insanlar arasında yaranan mənəvi uzaqlı-
ğı aradan qaldırmaq istəyir. Demək olar ki, rəqəmlər kimi insan-
lar da
ayrı-ayrılıqda heç bir əhəmiyyətə malik deyillər. Lakin
birlik
də onlar çox böyük qiymətə sahib olurlar. “Əziz dostlar,
bu
nu bilin ki, hər sayın öz yeri var. Bir olmasa, On da olmaz,
yüz də, min də, milyon da. Doqquz Sıfra uyub çox yüksəklərə
|