—
Əhsən sizə,—deyirdi.—Yaxşı bala tərbiyə eləmisiz.
Doğrudan da gül kimi uşaqdır. Adıyla böyüsün. Sinifdə, ba-
yırda ağzını açıb bir kəlmə söz danışmaz, dərsi soruşuram qıp-
qırmızı qızarır” (10,19).
Gül Yanaqov bu minvalla məktəbi qurtarır, instituta daxil
olur, beş il nə bir seminara cavab verir, nə bir imtahana, ancaq
pörtür,
qızarır və müəllimlər onun bu utancaqlığına görə onu
qiy
mətləndirirlər.
Gül Yanaqov yaxşı bir vəzifəyə təyin olunur, ona görə ki,
“Çox məsum uşaqdır. Böyük-kiçik yeri biləndir. Söz deyirsən
qıpqırmızı qızarır... Özü də fağır elə utancaqdır, çıxacaq kürsü-
yə, utandığından bir kəlmə artıq-əskik danışa bilməyəcək”
(10,21). Buradan görünür ki, öz
mənafeləri naminə vəzifəli şəxs-
lər Gül Yanaqova havadarlıq edir.
Gül Yanaqov isə, əslində, iş bilməz, elmdən, savaddan xəbəri
ol
mayan, qabiliyyətsizlikdən, bacarıqsızlıqdan həmişə qıpqırmı-
zı qızaran insandır. Hekayədə onun kimi səriştəsiz adamların hər
yer
də irəli çəkilməsi, insanın qabiliyyətinə, istedad və bacarığına
gö
rə qiymətləndirilməməsi ifşa obyektinə çevrilir. Gül Yanaqov
ki
mi təsadüfən irəli çəkilmiş adamların arxasında duran qüvvə-
lərin də mənəvi eybəcərliyi tənqid hədəfinə çevrilir. Yazıçı cə-
miy
yətimizdəki belə vəzifə sahiblərinə qarşı çıxır. Çünki Gül
Yana
qov kimilərin yersiz, utanıb-qızarmağı, bir kəlmə ilə öz fik-
ri
ni, düşüncəsini izah edə bilməməsi cəmiyyətə heç bir halda xe-
yir verə bilməz.
“Əl əli yuyar və yaxud bozbaş dəsgahı”, “Maraqlı tədqiqat”
|