Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   110

73 
 
göstərən  insanlar  öz  faydasını  güdür  və  ilk  növbədə  özünü 
qoruyur. Bir çox subyektiv əxlaqi motivlərin daha dərin əsasları 
və  səbəbləri  öyrənilməli,  buradan  çıxış  yolu  axtarılmalıdır. 
Həmin  çıxış  yolu  insanların  bəzi  hüquqlarının  dövlətə 
ötürülməsidir  ki,  qalanlar  qorunub  saxlanılsın.  Dövlət  ehtiyac 
və zorakılığın məhsuludur.  
  İnsan  ruhunun  başlıca  vəzifəsi  affektlər  üzərində 
ucalmaq,  onlara  ağıl  vasitəsilə  qalib  gəlməkdir.  Buna  ruh 
azadlığı deyirlər. Dərkedən ağlın affektlər üzərində hökmranlığı 
ağlın  inkişaf  dərəcəsindən  asılıdır.  Ağıl  vasitəsilə  dünyanı, 
onun  vəhdətini,  substansiyası  və  atributlarını  dərk  etmək  olur. 
Ağıl inkişaf etdikcə praktik mövqeyə çevrilir, sevgi səviyyəsinə 
ucalır.  Bu,  intellektual  sevgidir,  insanı  təbiətlə  birləşdirən, 
dünyanın qarşılıqlı əlaqələri ilə bir götürülən sevgi. 
  Əxlaqi 
kamillik 
seyretmənin 
ali 
mərhələsinin 
nəticəsidir.  Burada  subyekt  obyektlə  tam  eyniyyət  təşkil  edir. 
Bununla  belə,  bunun  əksinə  olaraq  insanda  praktiki  zəka 
olduqca  fəaldır.  Praktiki  ağıl  vasitəsilə  insan  özünü  təbiəti 
istifadə  etmək  üçün  yaradılmış  bir  obyekt  olduğunu  düşünür. 
Əxlaq  insana,  onun  təbiətlə  bütövlülüyünü  qaytarır,  yəni  həm 
affektlərə  qalib  gəlməyə  köməklik  edir,  həm  də  ruhun 
avtarkiyasını  (daxili  sabitliyini)  təmin  edir.  Əxlaqın  daha  bir 
vəzifəsi  ondan  ibarətdir  ki,  insana  özgələşmənin  qarşısını 
almağa  köməklik  göstərsin.  Əxlaq  eqoist  olan  insanda  daxili 
intizamı təmin  edir. Eyni  zamanda intellektual  sevgi  vasitəsilə 
insan öz-özü üzərində yüksələrək təbii bütövlüyə qovuşa bilir. 
  İnsan  o  zaman  azad  olur  ki,  o,  həmin  vəhdəti 
bütövlülüyü  əbədiyyət  baxımından  dərk  edə  bilir.  Savad,  bilik 
insanı azadlığa daha sürətlə aparır. Həmin azadlıq əslində dərk 
edilmiş zərurətdir.  
 
 
 
 


74 
 
3.4. Tomas Hobbsun əxlaq haqqında ideyaları 
 
 Yeni dövr fəlsəfəsinin daha bir görkəmli filosofu Tomas 
Hobbs (1588-1679) özünün əxlaq haqqında ideyalarını bir neçə 
əsərində  əsaslandırmışdır:  “Leviafan  və  yaxud  kilsə  və 
vətəndaş dövlətinin materiyası, forması və hakimiyyəti” (1651), 
“Azadlıq  və  zərurət  haqqında”  (1654),  “Fəlsəfənin  əsasları” 
trilogiyası  (1642-1658).  Hobbs  öz  əsərlərində  hakimiyyətə  və 
faydaya  istiqamətlənmiş  eqoist  fərdi  təsvir  edir.  Siyasət  və 
dinlə yanaşı əxlaq da sosial mahiyyət daşıyır, insanlar arasında 
şərti  razılaşma  əsasında  formalaşıb  tətbiq  olunur.  Hobbsun 
antropologiya,  etika  və  siyasət  haqqında  ideyaları  maarifçilik 
ideyalarına əsaslı şəkildə təsir göstərmişdir. 
Hobbs  hesab  edirdi  ki,  insan  üçün  davranış  qanunları 
təbiət qanunları qədər zəruri və ciddidir. Onun dövründə varlıq 
haqqında  təlimdə  materiyanın  iki  varlıq  forması  nəzərdə 
tutulurdu:  elementlər  və  onların  münasibətləri.  Varlığın 
bütövlüyü  burada  yaranan  münasibətlər  sistemi  ilə  təmin 
olunur.  Hobbs  ardıcıl  olaraq  mexaniki  materializm  ideyalarını 
hüquq,  siyasət  və  əxlaq  haqqında  təllimlərdə  tətbiq  etmişdi. 
Hobbs  dövləti  “süni  insan”,  “siyasi  cisim”  adlandırır. 
Hakimiyyət dedikdə Hobbs azad və düşünülmüş bir razılaşmanı 
nəzərdə  tuturdu:  bu  zaman  fərdlərdən  onların  hüquqları 
(minimal dərəcədə) dövlətə, sosial orqanizmə ötürülür. 
Hobbs  öz  etikasında  əsas  diqqəti  insan  xasiyyətinə, 
burada  hökm  sürən  zorakılıq  və  hökmranlıq  meyllərinə  verir, 
fərdlərarası təbii vəziyyətləri hamının hamıya qarşı mübarizəsi 
kimi  qiymətləndirir.  Onun  qəti  qənaəti  budur  ki,  din,  siyasət, 
əxlaq  fərdlər  arasında  yaranan  münasibətlər  zəminində 
qiymətləndirilməlidir.  Cəmiyyət  insanlardan  və  onların 
arasında  formalaşan  münasibətlərdən  ibarətdir.  İnsanın 
özünüqorumaq instinkti üzərində qurulan münasibətlərdən irəli 
gələrək,  onun  bütün  antropoloji  keyfiyyətlərini,  bütün  sosial 


75 
 
aləmi xarakterizə etmək olar. Fayda anlayışı da özünüqorumaq 
meylindən irəli gəlir.  
Cəmiyyəti  tənzimləyən  qüvvə  -  müqavilədir.  Burada 
düşüncənin, idrakın  rolu olduqca böyükdür. Əgər insanın təbii 
vəziyyətində ağıl onun köməyinə gəlib çıxmayıbsa, onda onun 
ömrü qısa və iyrənc olur. Ağıl üzərində sivilizasiya qurulur, o, 
təbiətin  təzyiqindən  azad  olur.  Hobbsun  fikrincə,  əxlaqın  da 
mənbəyi – eqoizmin davamı olan zorakılığdır. Əxlaqi dəyərlər 
fərdlərin  qarşılıqlı  əlaqələrin  xüsusi  növüdür.  İnsanın  özü  də 
ictimai  münasibətlərin  məcmusudur.  Hobbs  yazırdı  ki,  insanın 
dəyəri  ondan  zorla  qoparda  biləcəyimiz  bir  şeydir,  yəni  onda 
bizim ehtiyacımız olduğu qədər və ona verilən qiymət qədərdir. 
Hobbs  göstərir  ki,  insanların  bir-birinə  olan  hörməti  və  yaxud 
yabançı  münasibəti  dəyər  sayılır;  ənənəvi  etikada  irəli  sürülən 
son, ali məqsəd və ali fəzilət əslində yoxdur. 
Hobbs  göstərir  ki,  əxlaqi  keyfiyyətlər  hakimiyyətə  can 
atmadan  irəli  gələn  münasibətlər  üzərində  qurulur.  Əxlaqi 
sərvət hörmətə layiq olan hər bir şeydir. Hörmət hakimiyyətin 
sosial  ifadəsidir:  kiməsə  tabe  olmaq  ona  hörmət  göstərmək 
deməkdir.  Ləyaqət  insana  dövlət  tərəfindən  verilən  qiymətdir. 
Sevgi,  qorxu  da  hakimiyyəti  tanımaqla  bağlıdır.  Bunu 
qənaətcilik,  ədalətlilik  haqqında  da  demək  olar.  Bütün  əxlaq 
faydalılığı bildirən real qaydalar sistemidir. Əxlaq əslində həm 
də sosial həyatın tənzimlənmiş formasıdır, çünki onlar dəyişkən 
olan faydalılıq münasibətlərini bildirir. 
Hobbs  öz  əxlaq  nəzəriyyəsində  həm  də  real  insanda 
müxtəlif  meyllərin  və  qüvvələrin  nicbətini  araşdırmağa 
çalışmışdır.  İnsan  şəxsiyyətinin  əsasını  onun  emosionallığı 
təşkil edir. İnsan ehtiraslar hesabına özünü ucaldır. Var-dövlət, 
biliklər,  hörmət  –  bütün  bunlar  yalnız  hakimiyyət  növüdür. 
Bunların  naminə  kimsə  hərəkət  etməyə  can  atırsa,  hər  şeyə 
qadir  ola  bilər.  Hobbsun  əxlaq  haqqında  ideyaları  Mandevil, 
Bentam, Helvetsi, Lametrinin yaradıcılığına təsir etmişdir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə