Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   110

79 
 
  Təlim-tərbiyə  ilə  bağlı  Lokk  öyrədir  ki,  insan  dini 
mövhumatdan uzaq olmalı, köhnə ehkamçılıq üzərində qurulan 
təhsilə  son  qoyulmalı,  insan  ancaq  fayda  verə  biləcək  praktik 
bacarıq  və  qabiliyyətlər  aşılanmalıdır.  Əxlaqın  əsas  dəyərləri 
təfəkkür  müstəqilliyi  və  təbii  inamdır.  Bu  isə  şəxsiyyətin 
mənəvi azadlığı üçün bir əsasdır.  
  Lokk  həm  də  hesab  edirdi  ki,  hər  bir  nəzəri  bilik 
gündəlik  həyatda  gətirə  biləcəyi  fayda  baxımından 
qiymətləndirilməlidir.  Ayrılıqda  götürülmüş  fərdin  utilitar 
mövqeyi  ictimai  inkişafla  necə  üst-üstə  düşə  bilər?  Lokku 
əslində  elə  bu  məsələ  düşündürürdü.  Lokkun  etikasının  əsas 
qəhrəmanı yalnız öz faydasını axtaran, bununla belə hər şeydən 
ehtiyatlanan  centlmen  və  onun  məziyyətləridir.  Lokkun  da 
təlimində,  Dekartda  olduğu  kimi,  ağıl  ehtiraslara  nisbətdə 
cilovlayıcı, cəzaverici funksiya yerinə yetirir. 
  Lokkun  verdiyi  tərifinə  görə  əxlaq  fərdlərin  ixtiyari 
hərəkətlərinə  qarşı  çıxış  edən  və  həmin  hərəkətləri  həm  onun 
özünə,  həm  də  cəmiyyətə  fayda  verə  biləcək  istiqamətə 
yönəldən qaydalar toplusudur. 
  Əxlaqi  qaydaları  həm  təbii  hallardan,  həm  də  süni 
şəkildə  yaradılmış  qəti  şəkildə  gözlənilməli  olan  qaydalardan 
fərqləndirmək  lazımdır.  İctimai  münasibətlər  əslində  müəyyən 
qaydalar toplusudur. İnsanlar öz düşüncə və fikirlərini gündəlik 
həyatın  tələblərinə  uyğunlaşdırır  və  bu  zaman  şeylərinə  və 
hadisələrin  həqiqətini  və  məntiqini  gözləmirlər,  ona  görə  də 
cəmiyyətdə  qaydalar  rahat,  faydalı  olmalıdır.  Əslində  bu, 
empirik mövqedir. 
  Həmin  qaydalar  əsasında  insan  sosial  həyatını 
tənzimləyir.  Sosial  normalar  zəruridir,  çünki  faydalıdır. 
Özbaşınalıq  da  qaydaların  köməyi  ilə  sosial  cəhətdən  normal 
bir hala çevrilir. Normalar faydalı olduğu üçün zərurətə çevrilir. 
Lokkun  belə  baxışlarının  formalaşmasında  Hobbsun  təsiri 
şübhəsizdir. Burada gündəlik təcrübə fərdə aid olduğu üçün bir 
növ  onun  öz  təbii  tələbatlarını  ödəyə  biləcək  bir  mühit  kimi 


80 
 
qiymətləndirilir. Lokkun fikrincə, zəruri davranış qaydaları belə 
qiymətləndirilməlidir:  əxlaqi  xeyir  və  şər  bizim  başqa  bir 
qanunla  razı  olub-olmamağımızı  bildirir.  Həmin  qanuna  görə 
hər  hansı  bir  şəxsi  əxlaqi  qaydaları  pozduğu  halda 
cəzalandırırıqsa,  onlara  riayət  etdiyi  halda  isə  onu 
mükafatlandıra  bilərik.  Həmin  iki  yolla  insan  davranışını  biz, 
tənzimləməyə bilərik. O, yazırdı ki, allah insana yaşamaq üçün, 
mömin olmaq üçün bütün şərait yaratmışdır, insanlar gərək elə 
bununla, yəni allahın lazım bildiyi ilə kifayətlənsinlər. 
 
 
3.7. Bernard Mandevil, Şeftsberi və Hatçesonun 
etikası 
 
T.Hobbsun  etikasının  tənqidi  xəttini  ingilis  filosofu  və 
həkimi  Bernard  Mandevil  (1670-1733)  davam  etdirmişdir. 
Onun  kiçik  “Arılar  haqqında  lətifə”  (1705)  əsəri  cəmiyyət 
tərəfindən  rəğbətlə  qarşılanmışdır.  O,  hesab  edirdi  ki,  sosial 
davranış  insanın  özünü  istəmək  hissi  üzərində  qurulur.  Əxlaqi 
məziyyətlər yalnız həmin eqoizmin dəyişdirilmiş bir ifadəsi ola 
bilərlər. İnsan cəmiyyətinin qüdrətli mühərriki məhz eqoizmdir. 
Özünü  istəmək  əslində  özünü  qorumaq,  yaşamaq 
resusları  uğrunda  mübarizə  aparmaq,  təbiətə  sipər  gəlmək, 
digər  insanlara  qarşı  çıxmaq  deməkdir.  Özünü  sevmək  hissi 
cəmiyyətdə ümumi  düşünən mühit  yaradır ki,  cəmiyyət  bunun 
əsasında  daha  da  möhkəmlənir.  Hər  kəs  çalışır  ki,  başqası 
tərəfindən  tanınsın  və  qəbul  edilsin.  Nəticədə  əxlaqi  qaydalar, 
razılaşdırılmış qarşılıqlı tanıma və hörmət  yaranır. Əslində isə 
eqoizm hər bir davranış hərəkətinin arxasında gizlənir: “ən cılız 
adam özünü ən böyük ləl-cəvahir sayır; eqoist insanın ən böyük 
arzusu isə ondan ibarətdir ki, bütün dünya onun böyük dəyərini 
qəbul  etsin.  Ən  böyük  şöhrətpərəst  adam  əslində  ən  böyük 
eqoistdir. “İnsanlar öz zəif nöqtələrini gizlədərək guya ümumi 
rifahın  və  xeyrin  çarçısı  olduqlarını  var  qüvvəsi  ilə  sübut 


81 
 
etməyə  çalışırlar;  əslində  isə  onlar  fəzilətlərin  çətin,  əziyyətli 
yolu ilə getməyə heç qadir deyillər”. 
  Eqoizm  insanı  özünü  qorumaq  mətləbindən  irəli  gəlir. 
Bu,  bir  zəruri  haldır.  Bütün  eqoist  ehtirasların  və  arzuların 
çiçəklənməsi sənaye və ticarətin inkişafı üçün əsl mühərrikidir. 
İnsan  dolanmaq  üçün  gecə-gündüz  çalışmalıdır.  Onun  sosial 
təbiəti  iki  özək  üzərində  qurulur,  hədsiz  dərəcədə  çoxlu 
tələbatlar  və  onların  ödəniləməsi  zamanı  qarşıya  çıxan  və 
artmaqda  olan  maneələr.  İlk  növbədə  söhbət  maddi 
tələbatlardan  gedir.  Əxlaqi  münasibətlər,  əxlaqi  şüurun 
formaları cəmiyyətin əsası olan maddi istehsalın xarakterindən 
asılıdır.  
  Burada  o,  xüsusi  olaraq  hakim  sinfin  rəsmi  əxlaqını 
qeyd  edir.  Rəsmi  altruizm  fərdlərin  real  eqoizminə  qarşı 
duraraq,  ictimai  həyatın  zəruri  “illüziyanı”  yaradır.  Bu, 
dövlətdir.  Əslində  ümumi  rifah  ideyalarının  arxasında  hakim 
sinfin  eqoist  maraqları  durur.  Beləliklə,  davranışın  əxlaqi 
formaları  əslində  sosial  münasibətlərin  təbii  davamı  və 
nəticəsidir. Əxlaq müəyyən münasibətlər, insanların əlaqəsidir. 
 “Ali  hisslər”  altruist  xarakter  daşıyır;  əxlaqi  hissi  pulla 
satın  almaq  olmaz.  Varlığı,  Kainatı  yaradan  ali  zəka  insanın 
daxili  gözəlliyini  də  yaradır;  bu  daxili  gözəlliyin  cazibəsi  heç 
də  xarici  olandan  az  deyil.  Məhz  “təbiətin  yaradıcısı”  Allah 
insanlara  “gözəllik  və  ahəngdarlıq  həzzini  qavramaq” 
qabiliyyətini  bəxş  etmişdir.  Bununla  belə  Hatçeson  da  din  və 
mənəviyyatın fərqli olmasından bəhs edirdi. Dini əxlaq əslində 
eqoizmə  dəstək  verərək  insanlarda  riyakarlıq  hissini 
formalaşdırır.  Xeyirxahlıq  eqoizmdən  daha  geniş  yayılmışdır; 
ümumiyyətlə,  eqoizmin  də  müsbət  tərəfləri  var:  hər  bir  insan, 
başqasına zərər vurmadan öz qayğısına qalmalıdır. 
  Şərə  gətirib  çıxara  biləcək  səbəblər  kimi  əsasən 
psixoloji  durum,  digər  insanlar  haqqında  yanlış  təsəvvürlər  və 
s. göstərmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə