Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   110

85 
 
hisslər və zəkanın harmonik bütövlülüyünü təmin edir. Burada 
elm,  incəsənət,  əxlaq  kimi  sahələr  var.  Şeftsberi  cəmiyyətin 
bütövlülüyünü  nizamın  estetik  duyumunda  görür.  O,  əxlaqın 
əsas  anlayışlarından  biri  olan  xeyiri  də  təbiətin  estetik  izahına 
daxil edir. Əslində isə bu insan tərəfindən yaradılmış nizam və 
proporsiyaların  ictimai  formasıdır.  Əxlaq  vasitəsilə  dünya 
estetikasının daxili, sosial – tətbiqi təkrar istehsalı aparılır. Şər 
isə sosial  simmetriyanın təhrifi və  yaxud pozulması deməkdir. 
Bunun  səbəblərindən  biri  həm  də  ictimai  qaydaların  avtoritar 
xarakteridir. 
  Şeftsberinin  fikrincə,  etika  və  estetika  bir-birini 
tamamlayır:  gözəllik  həm  də  xeyirlidir  və  əksinə,  xeyir 
gözəllikdir  dedikdə  Şeftsberi  ilk  növbədə  obyektiv  təbii 
gözəlliyi  nəzərdə  tutur.  Bu  mənada  Şeftsberinin  sonradan 
İ.Q.Herder,  İ.V.Höte,  F.V.Y.  Şellinq  və  Q.V.F.Hegelin  estetik 
ideyalarına  təsiri  güclü  olmuşdur.  Onun  əsərində  əxlaqı 
simmetriya estetik təbii qanun üzərində qurulur. Burada əslində 
söhbət  sosial  bərabərlik  şəraitində  inkişaf  edən  cəmiyyətdən 
gedir. 
  Əxlaq  aləmi  böyük  təbiətin  qanunlarının  davamıdır. 
Təbii  səbəbiyyət  qanunlarını  dərk  etdikcə  insanlar  öz  daxili 
davranış  strukuturu  və  mahiyyətini  dərk  edir.  Şəxsiyyət  o 
zaman əxlaqlı olur ki, o ali proporsiyanı, gözəl nizamı gözləsin 
burada, hakim və tabelikdə olan hissələr 
qəbuledilməzdir. 
Şeftsberi  bu  mənada  dini  etikanı  tənqid  atəşinə  tutur.  Din 
əslində  əxlaqın  özgələşmiş  formasıdır.  Allah  insanın  ən  uca 
fəzilətlərin mütləq ifadəsi, təcəssümüdür.  
  Onun fikrincə, əxlaqi hisslər həmrəylikdən, nəzakətdən, 
başqalarına  qarşı  ürək  yanğısından  başlayır.  İnsanın  mənəvi 
davranışının  əsasında  mənəvi  ədalətsizliyi  fərqləndirmək 
bacarığı  durur. Əxlaqi hiss əslində qarşılıqlı borcun anlanması 
deməkdir.  Ədalətlilik,  doğruçuluq,  başqasına  yardım  etməyə 
hazır  olmaq  kimi  əxlaqi  dəyərlər  qarşılıqlı  olaraq  insanların 
bərabərliyinə əsaslanır. Cəmiyyətin əsas problemi isə təbiət və 


86 
 
sivilizasiyanın  qarşıdurmasıdır.  O,  cəmiyyətdə  avtoritarlığa  və 
zorakılağa qarşı çıxış edir. 
  Həyata  eqositcəsinə  münasibət  bir  çox  mənfi  halların 
səbəbidir. 
Belə 
vəziyyətdə 
azadlıqdan, 
həyatdan 
məmnunluqdan söz gedə bilməz. Bəzən ümumi məqsəd naminə 
görülən  sosial  hərəkət  eqoistcəsinə  repressiyalar  və  zorakılıq 
dəhşətləri  ilə  nəticələnə  bilər.  Məs.  insan  müharibədə  həm 
qəhrəman,  həm  də  zülmkar  adını  qazana  bilər.  Yaxşılığı 
qoruyub  saxlamaq  üçün  təşəbbüskarlıq,  nizama,  harmoniyaya, 
əxlaqi hərəkətin səmimiliyə hörmət bəsləmək lazımdır. 
  Eqoizmdən  uzaqlaşmaq  üçün  insan  gərək  ictimai  – 
mədəni münasibətləri qursun, öz sosial mahiyyətini dərk etsin. 
İctimai duyum, birlik – tarixi hadisədir, o, insanları biləşdirir. O 
hesab  edir  ki,  subyektin  fəal  estetik  fəaliyyəti  kimi  incəsənət 
əxlaq  üçün  praktika  rolunu  oynayır:  mənəvi  ucalma  baş  verir, 
cəmiyyətin bütövlülüyü qorunub saxlanılır. Estetikanın vəzifəsi 
“ideal” və “həyat” arasında əlaqəni  təmin  etməkdir. Estetikanı 
qəbul  edən,  qavrayan,  estetik  fəaliyyət  göstərən  şəxs  eyni 
zamanda əxlaqlı şəxsiyyət sayıla bilər. 
Şeftsberi  həm  də  Hobbsa  və  Lokka  xas  olan  utilitarist 
yanaşmanı da rədd edirdi. O, hesab edirdi ki, insan fayda güdür 
və  yaxud cəzadan qorxur, buna görə də  yaxşılıq  edir. Həm  də 
ona  görə  bunu  edir  ki,  belə  keyfiyyətə  malik  olmaq  özü-
özlüyündə  insanı  xoşbəxt  edir;  bu,  onun  üçün  bir  mükafatdır. 
“Yaxşı  insan”  adını  qazanmaq  üçün  gərək  gecə-gündüz 
çalışasan ki, bununla da bütün nəslin yaxşılığına nail olsun. 
Altruizm və evdemonizm (əxlaqın mənbəyi insanın şəxsi 
rifahı  və  səadəti  üçün  çalışmasıdır,  əxlaqın  ictimai  təbiəti 
burada  inkar  edilir),  xeyirxahlıq  və  səadət  bir-birini 
tamamlayır,  hətta  əvəz  edir;  xeyirxah  insanda  şəxsi  və ictimai 
maraqlar  bir-birini  tamamlayır.  Xeyirxahlıq  və  yaxud 
comərdlik  yeganə  xüsusiyyətdir  ki,  hər  bir  şəxs  və  bütün 
cəmiyyət üçün xoşbəxtliyi, yaxşılığı bildirir. 


87 
 
Beləliklə,  insanı  xoşbəxt  edə  biləcək  yeganə  əxlaqi 
keyfiyyət  və  dəyər  xeyirxahlıq  və  ya  comərdlikdir.  Humanist 
məna daşıyan bu fikir eyni zamanda həm də müəllifin abstrakt-
idealist  mövqeyini  bildirir.  O,  insan  təbiətini  metafizikcəsinə 
izah  edir.  Şeftsberinin  daha  bir  xidməti  etikanın  teologiyadan 
uzaqlaşdırmaq 
çağırışı 
idi: 
o, 
cəmiyyəti 
əxlaqın 
sekulyarlaşması  uğrunda  mübarizəyə  çağırırdı.  Eyni  zamanda 
göstərilirdi  ki,  səcdə  obyekti  olan  ilahi  varlıqda  mənfi 
keyfiyyətlər,  məsələn,  şübhəlilik,  qisasçılıq,  qəddarlıq  varsa, 
onda  insanlara  xas  olan  “əxlaqi  duyğu”  təhrif  olunur  və 
dəyişilir. Əgər ki, əksinə, həmin ilahi varlıq insanların ali əxlaqi 
dəyərlərin  təcəssümüdürsə,  onda  həmişə  “əxlaqi  duyğu” 
möhkəmlənir və daha güclü olur. 
Əgər  insan  yalnız  axirət  gününün  ümidi  ilə  yaxşı  işlər 
görürsə,  onda  ona  əxlaqi  varlıq  adını  vermək  olmaz. 
Bütövlükdə  Şeftsberinin  əxlaqi-estetik  idealı  ondan  ibarət 
olmuşdur  ki,  insana  təbiət  tərəfindən  bəxş  edilən  gözəlliyi  və 
yaxşılığı  qavramaq  qabiliyyəti  onun  ahəngdar  inkişafına,  ağıl 
və  hisslərin  düzgün  tərbiyəsinə,  şəxsiyyətin,  eyni  zamanda 
hamının yaxşı, nəcib olmasına gətirib çıxarsın. 
Frensis  Hatçeson  (1694-1746)  Şotland  Maarifçiliyin 
görkəmli nümayəndəsi  olmuşdur. Başlıca əsəri  – “Gözəllik  və 
xeyirxahlıq ideyalarının mənşəyi haqqında tədqiqat”dır (1725). 
Burada  iki  məsələ  araşdırılır:  1.  Gözəllik,  nizam,  harmoniya, 
məqsədyönlülük nədir? 2. Əxlaqi xeyir və şər nədir? 
Şeftsberi  kimi,  Hatçeson  da  estetik  və  etik  ideyalarının 
birliyini  əsaslandırmağa  çalışırdı.  İnsan  anadangəlmə  xüsusi 
“ali” hisslərə malikdir ki, bunlar vasitəsilə gözəlliyi və yaxşılığı 
qavrayır.  “Daxili  hiss”  də  var  ki,  bunun  vasitəsilə  o 
“düzgünlüyün,  nizamın,  harmoniyanın  gözəlliyini  qavrayır. 
Buna  uyğun  gələn  “əxlaqi  hiss”  də  var  –  bu,  gözəlliyi  duyma 
hissidir  ki,  məziyyət  mahiyyətli  emosiyyalar,  hərəkətlərin 
qavranılmasına  köməklik  edir.  Hər  iki  adı  çəkilən  hisslər  bir-
birilə  əlaqəli  olaraq,  bir-birini  tamamlayır:  gözəllik  duyumu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə