Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   110

94 
 
çalışır.  Cəmiyyətdə 
fərdlərin  münasibətləri  faydalılıq 
zəminində  qurulur.  Burada  əsas  məsələlərdən  biri  fərdi  və 
ictimai borc və vəzifələrinın nisbətidir. Əxlaqi məsələlər əqidə, 
motivasiya, pinsiplər müstəvisindən davranış, real münasibətlər 
müstəvisinə keçir. 
  Etikada sensualizm iki formada - naturalist evdemonizm 
və  panteist  evdemonizm  kimi  özünü  ifadə  edir.  Bütövlükdə 
burada  əxlaq  dindən  mümkün  qədər  uzaqlaşdırılıb.  Əxlaqi 
davranışda düzgün düşüncənin, dərketmənin rolu da bir o qədər 
vurğulanmayıb.  İnsanın  dərketmə  imkanları  onun  əxlaqi 
təbiətinin  tərkib  hissəsi  kimi  qəbul  olunur. Təfəkkür vasitəsilə 
insan  özünü  azadlıq  mərhələsinə  ucaldır.  Düşünə  bilən  insan 
ağılllıdır,  deməli,  əxlaqlı  olmaq  üçün  ağıl  müstəqilliyini  əldə 
etmək lazımdır. 
  Maarifçilik dövrünün məramlarından biri həqiqət   və 
əxlaqiliyin,  dərketmə  və  azadlığın  vəhdəti  olmuşdur.  Əxlaqı 
axtaran  düşüncə  tərzini  tapır,  elmi  düşüncə  yoluna  düşən  isə 
əxlaqa  gəlib  çıxır.  Maarifçilər  tərəfindən  insan  zəkasının 
avtonom,  yəni  müstəqil  olması  ideyası  irəli  sürülmüşdü.  Fikir 
azadlığı  və  tolerantlıq  tələbi  onu  göstərirdi  ki,  insan  problemi 
mərkəzi  ideyalardan  biri  olmuşdur.  Tədqiqat  əsasən  insanın 
təbii,  intellektual,  iradi  və  emosional  imkanları  ətrafında 
aparılırdı.  Burada  həm  də  subyektin  təbii  tələblərinə  ictimai 
münasibətlərin  nə  dərəcədə  uyğun  olub-olmaması  məsələsi  də 
araşdırılırdı. 
  Beləliklə,  bu  dövrdə  hökm  sürən  empirist  yanaşma 
insanı  təbii,  emosional,  intellektual  və  estetik  tərəflərinin 
toplusu kimi başa düşərək, onun əxlaqi yüksəliş yolunu ağıl və 
hisslərin uzlaşdırılması kimi göstərilirdi. 
Əxlaqi  keyfiyyətlərin,  siyasətin,  hüququn,  hətta  dinin 
xüsusiyyətlərini  “insan  təbiəti”  ilə  əlaqələndirən  burjua 
inqilabının ideoloqları onu ictimai həyatın təbii əsası olduğunu 
qeyd  edirlər.  “İnsan  təbiəti”  dedikdə  onlar  burada  insanın 
dəyişilməz  və  daimi  keyfiyyətlər  toplusunu,  şəxsi  əlamət  və 


95 
 
cizgilərini  nəzərdə  tuturdular.  Bu  mövqedən  çıxış  edənlər 
sırasında  ilk  növbədə  Hüqo  Qrotsi,  Şeftsberi,  Hobbs  və 
Spinozanın adlarını çəkmək lazımdır.  
Qeyd etmək lazımdır ki, feodalizm dövründə hökm sürən 
dini  ideologiya  müqəddəs  kəlam  və  hisslərə  müraciət  edirdi. 
Lakin  burada  bir  xüsusiyyət  qeyd  olunmalıdır.  Yeni  dövr 
filosofları birləşdirən əlamət – insan, fərd probleminə abstrakt, 
tarixi  əsaslandırmadan  uzaq  olan  yanaşma  olmuşdur.  real 
ictimai  praktikadan  ayrı  götürülmüş  fərd  insan  təbiətinin 
mahiyyəti haqqında əsl biliyi verə bilməz
1

Məs.  H.Qrotsi  göstərirdi  ki,  insanlarda  anadangəlmə 
“birgəyaşayış  instinkti”  var,  bura  görə  də  onlar  bir  yerdə 
yaşayır  və  fəaliyyət  göstərir.  İnsan  özünə  bənzərlərlə  ünsiyyət 
yaratmağa  meyllidir.  T.Hobbs  isə  göstərir  ki,  “bütün  insanlar 
ictimai  həyata  qadir  olmayan  varlıqlar  kimi  dünyaya  gəlirlər. 
Təbiətən kobud və  eqoist  məxluq  kimi doğulan insanlar həris, 
qorxaq,  qəzəbli  və  bir  sıra  digər  mənfi  keyfiyyətli  olurlar, 
heyvani  ehtiraslara  meyillidirlər;  onların  hərəkətləri  fayda  və 
yaxud  şöhrət  naminədir;  onlar  başqasını  deyil,  özlərini  daha 
çox  istəyirlər.  Qrotsi  hesab  edirdi  ki,  dövlət  birgə  yaşamaq 
meylindən irəli gələrək təbii əsaslar üzərində formalaşır, özü də 
burada birgə yaşayışın faydalı olub-olmamasına varmırlar. 
Hobbs isə, əksinə düşünürdü ki, təbii vəziyyət “hər kəsin 
hər kəsə qarşı müharibə aparmasıdır” və buna görə də dövlətin 
yaranması  –  məcburi  və  zəruri  bir  aktdır,  çünki  yalnız  dövlət 
hakimiyyəti  insanları  cəza  almaq  qorxusu  altında  vətəndaş 
qanunlarına riayər etməyə məcbur edə bilər. 
Məlumdur  ki,  burjua  cəmiyyətinin  iqtisadi  əsasını 
kapitalist  istehsal  üsulu  təşkil  edir.  Burada  abstrakt  əmək 
əsasında izafi dəyər hesablanır. Canlı insan burada bir vasitədir. 
Nəticədə  burjua  ideologiyasında  insanın  ictimai  xarakteri  və 
sosial  tərəqqi  bir  abstraksiya  kimi  çıxış  edir.  Əxlaqda  bu 
                                                 
1
 Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987, s.292-293 


96 
 
abstraksiyalar  ictimai  maraqlar  və  yaxud  borcun  imperativi, 
hökmü kimi qələmə verilir.  
Digər  tərəfdən,  burjua  dövründə  insan  nisbi  azadlığa  da 
nail olur. Etikada bu zəmində insanın əxlaqi kamilləşdirilməsi 
utopiya  şəklində  formalaşır.  Burada  fərdin  ictimai  və  fərdi 
maraqları üst-üstə düşür. Əxlaqi zəka yeni, ahəngdar dünyanın 
formalaşmasında  əsas  kimi  çıxış  edir.  Beləliklə,  ictimai 
tərəqqidə  əxlaqi  əsas  var:  mənəvi  kamilləşdirmə  Allah  vergisi 
yox, insan zəkasının məhsuludur.  
Eyni zamanda fərd və cəmiyyət arasındakı münasibətlər 
ideal  ola  bilməz.  Burjua  əxlaqında  fərd  ideal  formada, 
ziddiyyətsiz  götürülsə  də,  göstərilir  ki,  insanın  kifayət  qədər 
qüvvəsi  var  ki,  o,  yeni,  ahənglə  dolu  gələcəyə  doğru  irəliləyə 
bilsin.  Beləliklə,  iki  problem  var:  real,  həqiqi  eqoizm  və 
abstrakt  əxlaqi  normalar.  Bunların  arasında  yaranan 
ziddiyyətlər  etika  elminin  tədqiqat  predmetinə  çevrilmişdir. 
Həmin problemlərin həllinə burjua inqilablarının təmsilçiləri də 
müəyyən  mənada  müraciət  etmişdilər.  Həmin  inqilab 
başçılarının  vəzifələri  dini  ideologiya  baxımından  (dini 
itaətkarlıq  mövqeyindən)  qiymətləndirilir,  sosial  dəyişikliklər 
isə ümumi tale, qismət kimi qəbul olunurdu. 
Cəmiyyətə  xas  olan  empirik  eqoizmin  və  abstrakt 
fəzilətlərin  qarşıdurması  insanın  özündə  axtarılır  və 
qiymətləndirilir.  Əxlaqi  proqramın  tələbləri  əsasında  insan 
daxilən  təmizlənir.  İnsan  xoşbəxt  olmaq  istəyir.  Bu  arzu  isə 
ictimai  maraqlarla  toqquşur.  Burjua  etikasının  vəzifəsi  belə 
antaqonizmi  həll  etməsidir  (lakin  tam  aradan  götürülməməsi 
şərtilə). Antaqonizmin həlli əxlaqi şüurda baş verir. Bəs əxlaqi 
şüur  nədir?  Əxlaq  ağıla  əsaslanır,  sosial  bütövün  maraqlarını 
müdafiə edir, təbii tələblərə, hisslərə, maraqlara qarşı çıxış edir. 
Cəmiyyət  münasibətləri  əxlaqlı  şəxsiyyətin  strukturunda  ifadə 
olunur.  Əxlaqlı  şəxsiyyət  məntiqə  əsasən  hərəkət  edir.  Yalnız 
ağıl  vasitəsilə  insan  özünü  idarə  edib  bir  çox  bəlalardan  xilas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə