Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   110

118 
 
çalışmışdır; burada, sosial birgəyaşayış qaydası kimi sevgi irəli 
sürülür,  əsas  –  nizam,  məqsəd  isə  tərəqqi  göstərilir.  Kontun 
əxlaqi ideyaları təkamülçülük konsepsiyası üzərində qurulur. O, 
əxlaqın  rolunu  cəmiyyətin  tərəqqisində  yüksək  tutur.  Kont  öz 
etik  baxışlarını  “Pozitiv  fəlsəfə  kursu”nda  9183-1842)  izah 
etmişdir. 
Şopenhayer  Artur  (1788-1860)  alman  filosofu,  həyat 
fəlsəfəsinin  banisidir.  O,  materializm  və  rasionalist  idealizm 
fəlsəfəsinə  qarşı  çıxış  edirdi.  Ən  çox  irad  tutduğu  məsələ 
fəlsəfədə  tarixilik  və  dialektika  provlemləri  idi.  Şopenhauerin 
etik baxışları belə bir təsəvvürün üzərində qurulurdu: dünyanın 
mahiyyəti kor, düşüncəsiz iradə, hadisəsi isə, yəni ifadəsi onun 
haqqında  olan  təsəvvürlərdir.  Etikada  Şopenhauer  ilk  növbədə 
şüurun ilkin faktı və hadisəsi olan təsəvvürlərdən irəli gəlməyə 
çağırır.  Təsəvvürlər  sonradan  obyekt  və  subyektə  parçalanır. 
Əgər insan həyatını seyr edərkən, özü-özünü unudursa, bu yolla 
o,  dərketmənin  xalis  subyekti  səviyyəsinə  ucalır  və  iradənin 
subyekti vəzifəsini itirmiş olur. 
Şophenauer  “iradə”  anlayışı  ilə  bütün  varlığı  əhatə  etdi. 
İradə  kosmik,  ən  ümumi  prinsipdir:  “dünya  yaşamağa,  həyata 
olan  meylin,  iradənin  nəticəsidir”.  İnsan  “mikrokosm”  deyil, 
dünyanın  özü  “makroantropos”dur.  Dünyanı  fiziki  mənada 
öyrənmək  insan  üçün  heç  bir  sevinc  gətirmir.  Onun  yalnız 
əxlaqi  tərəfinin  öyrənilməsi  (çünki  burada  insanın  “daxili 
mahiyyətinin”  bütün  dərinlikləri  açıqlanır)  insana  təsəlli 
verərək  onu  məmnun  edə  bilər.  Şopenhauer  hesab  edirdi  ki, 
yalnız  onun  fəlsəfi  konsepsiyası  əxlaqın  əsil  qiymətini  verə 
bilər.  İnsanın  mahiyyəti  onun  öz  iradəsidir,  o,  özü-özünün 
yaradıcısıdır,  onun  hər  bir  hərəkəti  də  özününküdür  və  onun 
özünə aid edilə bilər. 
Şopenhauer  dünyanı  və  insanın  mahiyyətini  pessimizm 
(bədbinlik)  baxımından  qiymətləndirirdi:  “insanın  qismətinə 
ancaq  əzabkeşlik  yazılıb.  Həyat  həmişə  faciyyəvidir  (xüsusilə 
onun  sonu)”.  Bununla  belə,  yaşamaq  və  ölmək  halları  yalnız 


119 
 
adi  insan  üçün  faciədir.  Gündəlik  həyat  üzərində  yüksəlib 
dünyanın  mahiyyətini  (iradəni)  fəth  edən  insan  isə  nirvana 
(mütləq  arxayınlıq  və  təskinlik)  halına  düşür.  Belə  insan  üçün 
yaşamağın  məqsədi  ölümdür.  “Ölüm  həyatın  nəticəsi,  onun 
yekunudur”.  Əsl  filosof,  müdrik  insan  ki,  dünyanın  sirrinə 
bələd  olur,  ölümdən  qorxmur,  çünki  yaşadıqca  öyrənir  ki,  o 
heçnədir.  O,  fərdi  varlığa  can  artmır.  Demək  olar  ki, 
Şopenhauerin fikrincə,  yaşamaq iradəsinin inkar edilməsi yolu 
ilə insan əbədi fəzilətləri qazanmış olur. Şopenhauerin bir çox 
ideyaları  ekzistensializmdə  öz  əksini  tapmışdır.  Şopenhauerin 
başlıca  əxlaqi  əsərləri  “Etikanın  iki  əsas  məsələsi  (1836)  və 
“Aforizmlər və maksimalar” (1891-1892) olmuşdur. 
Fridrix Vilhelm Nitsşeni (1844 - 1900) tədqiqatçılar belə 
xarakterizə  edirlər:  “Tarixdə  narahat  şəxsiyyətlər  çox  olub: 
inqilabçılar,  şairlər,  rəssamlar.  filosoflar  arasında  rastımıza 
çıxan belələri daha çox nəzərə çarpırlar. Lakin məsələnin daha 
maraqlı  bir  tərəfi  belə  mütəfəkkirlərin  özlərini,  görüşlərini 
sevən,  araşdıran,  bir  növ  öz  həyatının  bir  hissəsinə  çevirən 
şəxslərin  sanki  get-gedə  öz  obyektinə  bənzəməsi,  hətta  onun 
taleyini  bölüşməsidir.  Bu  müsbət  mənada  da  ola  bilər,  mənfi 
mənada da. Sanki belə şəxsiyyətlərin narahatlığı illərin, əsrlərin 
sədlərini keçib oxşar ruhlu insanları tapıb onları “yoluxdurur”. 
Belə şəxslərdən Dahilik və dəlilik arasında müvazinətini itirən 
Həllac  və  Nitsşe!  “Ənə-l-Həqq,”  –  deməklə  insanı  göylərə 
qaldıran Həllac, “Tanrı öldü,” – deyib insanı uçuruma itələyən 
Nitsşe!  
İlahi  həqiqətlərin  dərkinə,  ən  ali  məqama  ucalmağa 
yalnız insanın qüdrətinin çatdığını vurğulayan Həllac və insanı 
ən  sağlam  dəstəkdən  məhrum  edən  Nitsşe!  Biri  insanlıq 
məqamının  iblis  üçün  əlçatmaz  olduğunu  sübut  edən  Kamil 
İnsanın  bələdçiliyi,  digəri  isə  iblislə  zəhərlənmiş  mənəvi 
aləminin sağalmasına ümidini itirən, bu səbəbdən  insan olmaq 
istəməyən,  insana  nifrət  edən,  onu  məhv  edib,  üzərindən 


120 
 
adlayıb  keçmək  yollarını  axtaran  yeni  bir  canlının 
hayqırtısıdır!”
1
 
Əxlaqla  bağlı  fikirləri  Nitsşe,  daha  çox  xristian  əxlaqı 
nümunəsində  izah  etməyə  çalışırdı.  O,  ilk  növbədə 
təəssübkeşlik  əxlaqına  qarşı  çıxış  edirdi,  daima  sürü 
psixologiyasını,  zərifliyi,  emosionallığı,  səmimiliyi,  bərabərlik 
və demokratiya ruhunu ifşa edir, mətin insan ləyaqətini, bunun 
təbriyə olunması yollarını (o cümlədən ciddi, hətta qəddar, zor 
üzərində qurulan intizam vasitəsilə yaratmaq) müəyyənləşdirir. 
Nitsşenin  fikrincə,  arilərin  əxlaqı  –  güclülər  əxlaqıdır 
(kastalar  bölgüsü  üzərində  qurulan  əxlaq,  və  s.).  Həyatsevər, 
yaşamaq qabiliyyəti olan insanlar, irq, sağlam və qeyri-sağlam 
instinktlər  –  bu  cür  anlayışlara  müraciət  edən  Nitsşe  kütlə 
psixologiyasını  ifşa  edir,  zəif,  yaramaz  insanlara  qarşı  çıxış 
edir. «Hakimiyyətə keçmək iradəsi» əsərində Nitsşe göstərir ki, 
sosializm öz son xırdalıqlarına qədər düşünülmüş, cılız, axmaq, 
səthi, paxıl insanların tiraniyasıdır
2

Beləliklə,  Nitsşe  əxlaqı  hakim  sinfinin  əxlaqı,  bir  də 
qullar  (qullar  –  iflic  vurmuş,  deqradasiyaya  (tənəzzülə)  məruz 
qalmış aşağı irqdir) əxlaqına bölür. Həqiqət də iki yerə bölünür: 
ali irqin həqiqəti və qulların həqiqəti (Şopenhauerdə ali və aşığı 
irqlər  fərqləndirilir  –  yırtıcılar  və  onların  şikarı).  Yalan, 
hakimiyyətin xeyrinədirsə, zəruridir. Əslində həqiqət – yalanın 
bir  növüdür  ki,  o  olmadan,  canlıların  müəyyən  növü  (yəni 
insanlar)  yaşaya  bilmir.  Son  nəticə  etibarilə  söhbət 
hakimiyyətdən gedir. 
Sürü  instinkti  əxlaqla  və  siyasətlə  sıx  əlaqəlidir.  Əxlaq 
olan  yerdə biz, insanların meylləri və əməllərinin ölçüsünü və 
nizamını  tapırıq,  özü  də  həmin  meyllər  və  əməllər  həm 
                                                 
1
 
Bünyadzadə K. Nitsşe dühası – insanlıq davası. //  525-ci qəzet. - 2011.-
11
 
 
2
  Ницше  Ф.  К  генеалогии  морали.  //Ницше  Ф.  Соч.  в  двух  томах.  М., 
1990. Т. 2.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə