Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   110

231 
 
“ruh”  anlayışını  işlədirəm,  çünki  məhz  o,  bu  ən  ali  insani 
mahiyyətlərlə assosiasiya yaradır. 
Sonra  Maarifçilik  rasionalizminin  axırıncı  görkəmli 
nümayəndəsi  və  ilk  dəfə  onun  məhdudluğunu  göstərən  Freyd 
meydana çıxdı. O, xalis intellekt üçün oxunan zəfər mahnısını 
kəsməyə cəsarət etdi. Freyd göstərdi ki, insani xüsusiyyətlərdən 
ən  mühümü  və  insana  layiq  olanı  edən  zəkanın  özü  - 
ehtirasların  dəyişən  təsirinə  məruz  qalır  və  yalnız  bu 
ehtirasların  dərk  edilməsi  zəkanı  azad  edə  və  onun  normal 
fəaliyyətini  təmin  edə  bilər.  O,  insan  zəkasının  qüdrəti  kimi, 
zəifliyini  də  göstərir  və  yeni  terapiyanın  əsas  prinsipi  kimi 
“Həqiqət sizi azad edər”

ifadəni elan edir. 
Əvvəlcə  Freyd  bəzi  xəstəliklər  və  onların  müalicəsi  ilə 
məşğul  olduğunu  güman  edirdi,  lakin  tədricən  insan  ruhunun 
tədqiqi  kimi,  psixologiyanı  yaşamaq  məharəti  və  xoşbəxtliyə 
nail olmaq üçün nəzəri əsas hesab edən ənənəni bərpa edərək, 
tibbin hüdudlarından kənara çıxdığını dərk edir. 
Freydin  metodu  –  psixoanaliz  ruhun  ən  incə  və  gizli 
tədqiqinə  imkan  verdi.  Analitikin  “Laboratoriyası”  cihazlarla 
təchiz  edilməyib,  o,  öz  kəşflərini  tərəzidə  çəkə  və  hesablaya 
bilməz, lakin o, pasiyentin  gizlin arzu və iztirablarına  - xəyal, 
fantaziya və assosiasiyalarına - nüfuz etmək imkanına malikdir. 
O,  öz  “laboratoriyasında”  yalnız  müşahidəyə,  zəkasına  və  öz 
duyğularına  əsaslanaraq,  ruhi  xəstəliyin  mənəvi  problemlərə 
toxunmadan dərk edilmədiyini müəyyən edir. 
Pasiyent  ruhun  ehtiyaclarına  laqeyd  olduğu  üçün 
xəstədir.  Analitik  ruhun  həkimi  kimi  həm  filosof,  həm  də 
teoloqlar kimi eyni problemlərlə insan ruhu və onun sağalması 
ilə məşğul olur. 
Psixoanalitikanın  məqsədini  müəyyənləşdirərək  biz 
muasir dövrdə ruhun öyrənilməsi ilə professional səviyyədə iki 
qrupun:  keşişlərin  və  psixoanalitiklərin  məşğul  olduqlarını 
göstəririk.  Onların  arasında  qarşılıqlı  əlaqə  necədir? 
Psixoanalitik kesışi əvəz etməyə iddia edirmi və onlar arasında 


232 
 
ədavət qaçılmazdırmı? Və ya onlar bir-birini tamamlamalıdırlar 
və  bir-birinə  nəzəri  və  praktik  yardım  göstərməli  olan 
müttəfiqdirlər? 
Birinci  baxış  həm  psixoanalitiklər,  həm  də  kilsə 
xadimləri  tərəfindən  ifadə  edilib.  Freydin
1
  “Bir  illuziyanin 
gələcəyi”  və  Şinin
2
  “Ruhun  dincliyi”  əsərlərində  müxalif 
mövqe  xüsusilə  nəzərə  çarpdırır,  K.Yunqun
3
  və  Rawi 
Libmanın
4
  əsərləri  üçün  isə  psixoanaliz  və  dini  barışdırmaq 
cəhdləri  səciyyəvidir.  Keşislərin  xeyli  hissəsinin  psixoanalizi 
öyrənməsi faktı psixoanaliz ilə dinin ittifaqı ideyasının onların 
praktik  fəaliyyəti  sferasına  nə  qədər  dərindən  nüfuz  etdiyini 
göstərir
5
.  Psixologiya  və  etika  elmlərinin  qovşağında  maraqlı 
tədqiqatlar  hal-hazırda  nəinki  psixoanaliz,  həm  də  digər,  ilk 
növbədə sosial psixologiya sahələrində aparılır. Bu barədə daha 
ətraflı söhbət dərsliyin digər bölmələrində aparılacaq.  
 
Müstəqil iş 
Suallar  
1.
 
Etika elminin mahiyyəti və strukturu.  
2.
 
Əxlaqi münasibətlərin başlıca elementləri.  
3.
 
Etika elminin bölmələri.  
 
Tapşırıqlar 
 
Peşə etikası 
Konkret vəziyyətlərin təhlili  
Vəziyyət  1.  Şirkətin  həkimi,  uzun  müddət  şirkətin 
zavodunda  işləyən  işçilərdə  ağ  ciyərin  emfizeması  xəstəliyi 
                                                 
1
 
Freud S. The Future of an Illusion. Liveright publishinq Corporation. 1949. 
 
2
 
Prədmetlə müvəffəqiyyətsiz rəftar tərzinə misal monsenyor Şinin onun "Ruhun 
dıncliyi"ndəki fıkirləridir. (Sheen. Peace of soul. Whittlesey House. 1949)
 
3
 
Yunq C.Q. Psycholoqy and Reliqion. Yale University. Press 1938
 
4
 
Liebman. Peace of Mind. Simon Schuster, 1946
 
5
 Freyd Z. Bir illüziyanın gələcəyi. E.Fromm. psixoanaliz və din. Bakı: 
2013, s.62-66 


233 
 
hallarının artmasına fikir verir. O bu haqda rəhbərliyə məlumat 
verir  və  ona  belə  hadisələrin  (heç  kəsə  bildirməmək  şərtilə) 
sayını  qeydə  almağı  davam  etməyi  təklif  edirlər.  Növbəti  ildə 
xəstələnənlərin  sayı  bir  qədər  də  artır.  O,  zavodun  müxtəlif 
bölmələrində köhnəlmiş ventilyasiya sistemi ilə xəstələnənlərin 
sayı arasında əlaqənin olması haqqında qənaətə gəlir. O, şirkət 
rəhbərliyinə  bu  barədə  xəbər  verir.  Rəhbərlik  yenidən  ona 
müşahidələri  davam  etməyi,  amma  analizləri  keçirməməyi  və 
işçiləri  təşvişə  salmamaq  üçün  heç  nəyi  heç  kəsə  deməməyi 
təklif edirlər. Həkimin belə əmri yerinə yetirməyə mənəvi haqqı 
varmı? Onun ona əmr edilən kimi yox, başqa cür hərəkət etmək 
mənəvi vəzifəsi varmı? 
Cavab verərkən mühazirə materiallarından istifadə edin. 
Vəziyyət  2.  Böyük  təşkilatların  baş  direktorları  ilə  iki 
müsahibəni  oxuyun  və  qiymətləndirin.  Aşağıdakı  suallara 
cavab verməyə çalışın: 
1. 
Bu 
təşkilatların 
fəaliyyətində 
sabitlik 
və 
müvəffəqiyyət haqqında hansısa bir nəticə çıxarmaq olarmı? 
2.  Hər  iki  direktoru  səmərəli  işləyən  və  peşəkar  bir 
rəhbər  saymaq  olarmı?  Fikrinizi  əsaslandırın.  Heç  birinin 
istifadə etmədiyi müvəffəqiyyət imkanlarını göstərin. 
3. Əgər öz zahiri görünüşü, vərdişləri, hərəkətləri ilə sizə 
xoşagəlməz olan insan sizinlə işləyirsə, nə emək olar?  
4.  Öz  müdiri  ilə  münaqişəli  vəziyyət  yaratmamaq  üçün 
işçilər özünü necə aparmalıdırlar? 
5. 
Bu 
müsahibənin 
müzakirəsinə 
siz 
hansı 
müşahidələrinizi və nəticələrinizi əlavə edə bilərdiniz? 
 
Birinci baş direktoru ilə müsahibə 
Sual: Siz təşkilat daxilində yaranan münaqişələrdən çıxış 
yolunu nədə görürsünüz? 
Cavab:  Mən  münaqişələrin  həllinə  vaxt  itirməyə 
gəlməmişəm. 
Sual: İşçilərlə Sizin münasibətləriniz necə formalaşır? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə