237
əmələ gəlməsi, ortaya çıxması məsələsi; 3) gələcəyin inkişaf
tendensiyalarının proqnozlaşdırılması və s.
1
Daha bir ümumelmi metod monoqrafik adlanan üsuldur.
Ingiliscə
method,
case;
alman
dilində
Methode,
monographische. Fərdi halda ayrı-atrı hadisələrin öyrənilməsi
metodudur; hadisələrin bu sinfi üçün tipik hesab edilən bir
obyektin hərtərəfli təhlili deməkdir
2
. Bu metodun da etik
problemlərin öyrənilməsində böyük imkanları var.
Tətbiqi etika sahələrinin hər birində özünəməxsus
metodlar da olduqca rəngarəngdir. Burada sosiologiya və
psixologiya elmləri daha çox fərqlənərək, tədqiqat metodlarının
geniş çeşidini nümayiş edirlər. Bu sahədə çoxsaylı tədqiqatlar
aparılmış, yaxşı nəticələr əldə edilmişdir. Qeyd edək ki, ailənin
sosiologiyası, mənəvi həyatın sosiologiyası, idarəetmənin
sosiologiyası kimi sahələrdə bu istiqamətdə daha çox işlər
aparılmışdır. Nümunə kimi müəllif tərəfindən keçirilmiş
sosioloji tədqiqatın metodikasını və nəticələrini nümayiş
etdirmək istəyirik. Söhbət tələbələrin dünyagörüşündə əxlaqi
və estetik dəyərlərin oynadığı rolundan gedir.
Аli məktəb sosiologiyasında tələbə şəxsiyyətinin
formalaşması problemləri böyük aktuallıq kəsb edir. Bu prosesi
gender baxımından izləmək üçün Bakı Dövlət Universitetinin
sosial elmlər və psixoiogiya fakültəsində 100 nəfər tələbə
arasında sorğu keçirilmişdir. Onların bu fakültəni seçməsinin
səbəbi əsasən böyüklərin, yoldaşlarının məsləhəti olub;
oğlanların 3 nəfəri səbəb kimi təsadüfü göstəriblər. Qeyd edək
ki, sorğuda 18-24 yaş həddlərində 59 (19 r/b) və 40 oğlan (6 -
r/b) iştirak etmişdir (bir anket qayıtmadı).
Əxlaqi dəyərləri və tələbatları müəyyən edən bir sıra
suallara verilən cavablar göstərdi ki, bıırada əxlaqi normalar
əsasən mövcud şəraitə, adət-ənənəyə ııyğundur. Mərhəmət
hissini bildirən aədətə münasibətdə (dilənçiyə pay vermək
1
Tarixi metod // http://terme.ru/dictionary
2
Monoqrafik metod // http://dic.academic.ru/
238
adəti) mənfi cavabı 30% qızlar və 32% oğlanlar qeyd etdilər.
Pay əsasən yoxsul, şikəst, bütün yardıma möhtac olanlara
verilir; dilənçi uşaqlar xüsusılə qeyd edilir, eyni zamanda
göstərilir ki, yalançı dilənçilər də var. İctimai yerlərdə xırda
alverlə məşğul olan adamlar haqqında qızlar belə düşünür:
oğurluq, tənbəllikdən bu yaxşıdır; lakin bu yolla işsizliyi aradan
qaldırmaq olmaz. Oğlanlar da bu fikirlə razılaşaraq qeyd
edirdilər ki, ölkədə iqtisadi islahatlar keçirilməlidir ki, bu
problem həll edilsin.
Müstəqil həyata qədəm qoymaq, işləmək arzusunu qızlar
daha çox qeyd ediblər (36 nəfər) ixtisas üzrə və yaxud hökümət
idarələrində, arzulanan maaş 400-500 manat arasındadır; 22
oğlan da eyni zamanda işləmək və oxumaq arzusunda
olduqlarını (əgər dərs vaxtı ilə üst-üstə düşməsə), həm də bunu
məcburiyyət qarşısında etdiklərini qeyd ediblər.
Əxlaqi dəyərlər sırasında (tədrislə bağlı olan) qızlar
BDU-nun prestijli ali məktəb olmasını, gənclərlə, müəllimlərlə
ünsiyyətin yaranması imkanını, ixtisasın gərəkliliyini, müəyyən
bilikləri almaq imkanını, oğlanlar isə buraya bəzi müəllimlərin
aliliyini, savadlılığını və demokratikliliyini də əlavə edirlər;
onlar bu məsələyə daha tələbkarlıqla yanaşırlar. Təhsildə
oğlanları və qızları tətil günləri və hətta təmirdən çıxan liftlər
də sevindirir. Qızları və oğlanları eyni dərəcədə rüşvətxorluq,
korrupsıya, tələbələrin tədrisə maraqın göstərməməsi, bəzi
müəllimlərin laqeydliyı kədərləndırir. Qızlar buraya dərs
vəsaitlərin, işlə təminatın olmamasını, imtahanları, düzgün
təşkil edilməyən təcrübəni, tədrisin aşağı səviyyəsini, oğlanlar
isə buraya küllü miqdarda ədalətsizliyi, informasiya qıtlığını
əlavə edirlər.
Özünüqiymətləndirmə yolu ilə qızlar və oğlanlarda
əxlaqi normaların песə aşılanmasını yoxlamağa çalışdıq.
«Hansı əməlindən razı qalardın?» suala belə cavab aldıq: qızlar
ümumiyyətlə yaxşı əməllərini (səbirli, xeyirxah, qayğıkeş,
məsuliyyətli, səmimi, savadlı, vətənpərvər olmaq arzularını
239
bildiriblər), oğlanlar isə özünə və ailəyə xeyir gətirmək
bacarıqlarını,
özü-özünü
təmin
etmək
qabiliyyətini,
ümumiyyətlə az-çox dostlara, ehtiyacı olanlara, cəmiyyətə
xeyir vermək bacarıqlarını qeyd etdilər.
Qızlar və oğlanlar eyni dərəcədə yalan danışanda,
kiminsə xətrinə dəyəndə vicdan əzabını çəkdiklərini qeyd
etdilər, qızlar ağılsız addım atmaq, xəyanət, kimə isə pislik
arzulamaq, bilə-bilə kiməsə pislik etmək, düşmən qarşısından
qaçmaq, haqsızlıq qarşısında susmaq kimi əməlləri burada qeyd
etdilər.
Mənəvi dəyərlər sırasında xalqı xarakterizə edən
keyfəyyətlər də qeyd olundu. Qızlar bu keyfiyyətlər sırasında
istiqanlılığı, düz danışmağını, gülərüzlülüyü, oğlanlar müxtəlif
adət və ənənələri, ürəkaçıqlılığı, insanpərvərliyi, həm qızlar,
həm də oğlanlar isə mehribançılığın, qonaqpərvərliyin,
böyüklərə hörmət və ümumiyyətlə qarşılıqlı hörmətin olduğunu
qeyd etdilər. Qızlar həm regionlar üzrə, həm də bütövlükdə
xalqda xeyli müsbət keyfıyyətləri göstərmişdilər (mülayimlik,
sadəlik, kökə bağlılılıq. namusu yüksək tutmaq, qadınlara
hörmət etmək, sülhü, azadlığı sevmək. mərdlik, gözəllik və b.);
oğlanlar da burada mərdliyi, güzəştə getmək bacarığını,
davranışda nəzakətli olmağı, mülayimliliyi, səbrliliyi,
şirindilliliyi, əməksevərliyi qeyd etdilər.
Eyni zamanda bir sıra amillər də var ki, onları aradan
qaldırmaq lazımdır. Həm oğlanlar, həm də qızlar qırxa yaxın
mənfi kefiyyətləri, o cümlədən unutqanlıq, paxıllıq,
rüşvətxorluq, yaltaqlıq, ikiüzlülük, korrupsiya, birliyin
olmaması kimi keyfıyyətlərini göstərdilər.
Qızlar buraya ali təhsilə olan biganəliyi, köhnəfikirliliyi,
avropalaşmanı, qeybəti, başqa millətə pərəstiş etməni və s.,
oğlanlar isə görməmişliyi, pulgirliyi, qarınqululuğu, mədəni
qaydaların pozulmasını (məs. küçəyə tüpürmək), pintiliyi,
yerlibazlığı, özünü qiymətləndirmənin aşağı olmasını da qeyd
etdilər.
Dostları ilə paylaş: |