Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə162/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   180

 

~ 510 ~ 


 

iri həcmli rezervuarlarda yetiĢdirmə üsulunu iĢləyib, hazırlamıĢlar. 

Ġri  rezervuarlarda  keyfiyyətli  konyak  spirti  yalnız  palıd 

çəlləkdəki Ģəraitə yaxın Ģərait yaradıldıqda alına bilər. Bunun üçün 

emal  olunmuĢ  rezervuarlara  palıd  taxtası  düzmək  lazım  gəlir.  Bu 

yolla  konyak  spirtini  yetiĢdirmək  üçün  bir  sıra  üsullar  təklif 

olunmuĢdur (Ģəkil 19.12).  

Metal  rezervuarlarda  konyak  spirtinin  yetiĢdirilməsi  ordinar 

konyaklar istehsalında tətbiq olunur. Rezervuarlara qeyd etdiyimiz 

kimi, əvvəlcədən palıd taxtalar düzülür. Həmin taxtaların uzunluğu 

60-115,  eni  6-15  və  qalınlığı  1,8-3,6  sm  olmaqla  əvvəlcədən  təzə 

çəlləklər  kimi  iĢlənmiĢ  olur.  Taxtanın  düzülməsi  1  litr  spirtə  80-

100 sm

2

 hesabı ilə aparılır.  



 

 

 

 Şəkil 19.12. Çəndə palıd taxtasının düzülmə metodu  



                                      (KPİ- Krasnodar Politexnik İnstitutu) 

 

Spirt  rezervuara  doldurularkən  həcmin  50%-i  qədər  hava 



boĢluğu  saxlanılır.  Ġldə  1-2  dəfə  spirtin  oksigenlə  doydurulması 

aparılır.  

 

19.1.6. Konyak spirtinin tez 

yetişməsi

 

üçün

 

tətbiq

 olunan 

üsullar

 



 

~ 511 ~ 


 

Çəlləklərdə  spirtin  yetiĢmə  prosesinin  uzunluğu  alimləri  daim 

düĢündürür  və  yeni  üsullar  axtarıĢına  vadar  edirdi.  Bu  məqsədlə 

iĢlənib hazırlanan üsulları 3 əsas qrupa bölmək olar: fiziki, kimyəvi 

və kombinə edilmiĢ. Sonuncu əvvəlki iki üsulun yaxud üçüncünün 

(biokimyəvi əlavə olunmaqla) əlavə olunması ilə alınır.  



Fiziki üsullara palıd taxtasının xırdalanması, qarıĢdırma, isti və 

soyuqla,  elektrik  cərəyanı,  ultrasəs,  ulturabənövĢəyi  Ģüalarla  və 

dəlib keçən Ģüalarla iĢlənmə aiddir.  

Taxtanın yonqarlara və yaxud kəpəyə qədər xırdalanması spirtin 

oduncaqla  təmasda  olma  səthini  artırır  və  nəticədə  kütlə  dəyiĢmə 

prosesləri intensivləĢir. Spirt sürətlə ekstrakt maddələri ilə doyur.  

Oduncağın toza qədər  yüksək disperslik səviyyəsində xırdalan-

ması zamanı baĢqa səmərə müĢahidə olunur. Belə güclü mexaniki 

təsir  yalnız  oduncağın  anatomik  quruluĢunun  pozulması  ilə  deyil, 

həm də onu təĢkil edən təbii polimerlərin parçalanması ilə müĢayət 

olunur.  Bu  halda  spirtə  liqnin,  tanidlər  və  hemisellülozun  daha 

xırda  fraqmentləri  keçir  ki,  onlar  sürətlə  sonrakı  çevrilmələrə 

məruz qalır.  

Palıd  taxtasının  ultrasəs  və  ultrabənövĢəyi  Ģüalarla  iĢlənməsi 

müəyyən səmərə verir. Bu halda konyak spirtinə daha çox tanidlər, 

peroksid və furfurol keçir.  

Oduncağın  dəlib  keçən  Ģüalarla  iĢlənməsi  yüksək  molekullu 

birləĢmələri  dağıdır  və  bununla  da  içkinin  yetiĢməsini  tezləĢdirir. 

Lakin belə  yanaĢmanın gigiyenik aspektlərinin tədqiq olunmaması 

onun  praktik  tətbiqini  ləngidir.  Bundan  baĢqa  fransız  tədqiqatçı-

larına  görə  palıdın  polifenolları  dağıdıcı  Ģüaların  təsiri  altında 

parçalandıqda sərbəst benzol radikalı əmələ gəlir ki, o da sonradan 

benzpiren  tipli  kansorogen  maddə  əmələ  gətirə  bilir.  Fransada 

mövcud olan qanunvericilik belə Ģüaların istifadəsini qadağan edir.  

Oduncağın  fiziki  iĢlənmə  üsullarından  istifadənin  daha  sadəsi 

isti  ilə  iĢlənmədir.  Son  tədqiqatlar  göstərir  ki,  palıd  taxtasının  isti 

ilə  iĢlənməsi  poliĢəkərlərin  termolizini  törətməklə,  uran  aldehid-

lərinin əmələ gəlməsi ilə müĢaiyət olunur. Liqnindən uçucu fenol-

lar və aromatik aldehidlər, liqnanlardan fenilketonal ayrılır. Məlum 

olmuĢdur  ki,  palıdın  istiliklə  iĢlənməsi  yetiĢdirilmiĢ  spirtdə,  uzun 




 

~ 512 ~ 


 

illər  ərzində  toplanan  maddələrin  əmələ  gəlməsini  tezləĢdirir. 

YetiĢmənin  tezləĢməsinin  səmərəsi  bununla  izah  olunur.  Konyak 

spirtinin  42-45

0

C  temperaturadək  qızdırlaraq  sonrakı  45-90  gün 



müddətində  yetiĢdirilməsi  yaxĢı  səmərə  verən  üsullardandır.  Spir-

tin 55-60

0

C temperaturadək qızdırılıb, sonrakı 6-10 gün müddətin-



də soyudulması analoji nəticəni verir.  

Almaniyada ―Brauntvayn‖ brendisi hazırlanmasında Ģərab spirti 

70

0

C-yə  qədər  qızdırılır  və  isti  Ģəkildə  palıd  buta  yarımillik 



yetiĢdirilməyə qoyulur.  

Kimyəvi üsullarla yetiĢdirilmənin tezləĢdirilməsi palıd odunca-

ğının  yaxud  konyak  spirtinin  müxtəlif  kimyəvi  reagentlərlə  iĢlən-

məsinə  əsaslanır.  Sonunculara  turĢular,  qələvilər,  mineral,  üzvi  və 

biokimyəvi  təbiətli  katalizatorlar,  qazĢəkilli  oksigen  və  baĢqa 

qazlar aiddir.  

Palıd  oduncağının  zəif  turĢu,  qələvi  və  soda  məhlulları  ilə 

iĢlənməsi  daha  geniĢ  yayılmıĢdır.  Zəif  qələvi  məhlulu  ilə  (0,075-

0,25)  25

0

C-yə  qədər  temperaturda  2-10  gün  1:5  hidromodulunda 



iĢlənmədən taxtanın hazırlanmasında istifadə olunur.  

Konyak  spirtində  oksidləĢdirici  prosesləri  intensivləĢdirmək 

üçün spirtin oksigen yaxud ozonla doydurulması aparılır ki, bu da 

yetiĢməni tezləĢdirir. 

Konyak spirtində  palıdın  iĢtirakı  ilə  elektroliz aparılması  və bu 

yolla əmələ gələn oksigenlə oksidləĢmə proseslərinin sürətləndiril-

məsinə nail olunur.  

YetiĢdirməni  tezləĢdirmək  üçün  həmçinin  konyaka  hidrogen 

peroksid,  manqan  və  digər  oksidləĢdiricilər  əlavə  olunması  təklif 

olunmuĢdur.  OksidləĢdirici  çevrilmələrə  katalizator  kimi  –  qurğu-

sun, molibden, silisium, mis, nikel, titan və digər metal oksidlərin-

dən  istifadə  olunur.  Spirtin  maye  və  buğ  forması  katalizatorla 

iĢlənə bilər.  

Təbii  katalizator  kimi  fermentlərdən  istifadə  olunması  təklif 

olunur. Bir məlumata görə konyaka peroksidazanın əlavə olunması 

efirlər  və  vanilinin  miqdarının  yüksəlməsinə  və  beləliklə  tezləĢ-

məyə,  digər  məlumatda  isə  -  bu  halda  tezləĢmənin  müĢahidə 

olunmadığı  qeyd  olunur.  Konyak  spirtinə  həmçinin  müxtəlif 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə