Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə161/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   180

 

~ 507 ~ 


 

artır. Bunu cədvəldən (cədvəl 19.1) də görmək olar. 

Cədvəl 19.1 

Spirtin yetiĢdirilməsi prosesində aldehid və asetalların 

dəyiĢməsi (V.M.Maltabar və Q.Ġ.Fertmana görə) 

 

Spirtin yaĢı, illər 



Miqdarı mq/dm

3

 



aldehidlər 

asetallar 



10 



10-40 

17-65 


40-76 

6-13 


20-35 

25-43 


 

Aldehid və asetallar spirtə müəyyən ətirlilik xüsusiyyəti verir. 



Efirlər  ətirli  maddələr  qrupuna  daxil  olub,  miqdarından  asılı 

olaraq konyakın dad harmoniyasına təsir edə bilir. DoymuĢ və turĢ 

efirlər  Ģəklində  tapılır.  Müəyyən  olunmuĢdur  ki,  yetiĢdirmə 

prosesində efirlər, demək olar ki, dəyiĢmir. 

Enant  efiri-yaxud,  Ģərab  mayalarının  yağı  adlandırılan  bu  efir 

Ģərabın normal tərkib hissəsidir. Tünd spirtdə yaxĢı həll olub, suda 

tamamilə  həll  olmur.  Kəskin  sabun  dadı  və  iyinə  malikdir.  Enant 

efiri  olan  konyaklar  xoĢagələn  ətir  verməklə,  dequstatorlar 

tərəfindən dad və ətirdə sabun tonu kimi qiymətləndirilir. 

Alimlər  müəyyən  etmiĢlər  ki,  fransız  konyaklarında  enant 

efirlərinin  miqdarı  50-60  mq/dm

olub,  bununla  onlar  bizim 



konyaklardan  fərqlənirlər.  Bizim  konyaklarda  bu  miqdar  2-3  dəfə 

az olur.  



Ali  spirtlərə  -  müxtəlif  aromatik  xassəyə  malik  olan  maddələr 

qrupu  aiddir.  Propil,  izopropil,  butil  və  izobutil  spirtləri  - 

xoĢagələn; sivuĢ  yağının əsas tərkib hissəsi olan-izoamil spirti isə 

xoĢagəlməz iyə malikdir. 

Ali spirtlərin çevrilmələri hələ tam aydınlaĢdırılmamıĢdır. Lakin 

müəyyən olunmuĢdur ki, yetiĢdirmədə onların cəmi miqdarı demək 

olar ki, dəyiĢmir. 

Konyak spirtində və konyakda üzvi maddələrdən əlavə, mineral 

maddələr  də  tapılır.  Ġ.M.Skurixin  konyak  spirtində  37  mikroele-

ment aĢkar etmiĢdir. 




 

~ 508 ~ 


 

Konyak  spirtinin  yetişdirilməsində  baş  verən  fiziki  proses-

lər.  Konyak  spirtinin  uzun  müddətli  yetiĢdirilməsi  zamanı  aĢağı-

dakı  fiziki  dəyiĢikliklər  baĢ  verir:  rəngin  dəyiĢməsi,  həcmin 

azalması, tündlüyün azalması, nisbi sıxlığın dəyiĢməsi və s. 

Rəngin  dəyişməsi.  Məlum  oluduğu  kimi  cavan  konyak  spirti 

rəngsizdir.  Palıd  çəlləklərdə  yetiĢdirildikdə  əvvəlcə  parlaq-qızılı 

rəng  (5  ilə  qədər)  və  nəhayət  çay  (10  ildən  çox)  rəngi  alır.  Çox 

yaĢlı  spirtlər  tünd  çay  cövhəri  tonuna  malikdir.  Spirtin  rənginin 

dəyiĢməsi  yalnız  palıd  taxtasının  tərkibindən,  birinci  növbədə  isə, 

aĢı maddələrindən asılıdır. AĢı maddələr özləri spirtin rənginə zəif 

təsir  edirlər.  Lakin  onların  oksidləĢmə  məhsulları  spirtə  qızılı  ton 

verir. 


Həcmin  dəyişməsi  və  spirtin  tündlüyünün  azalması  iki  əsas 

amildən - hopmadan və buxarlanmadan asılıdır. Hopma öz növbə-

sində taxtanın məsaməliyindən, saxlanma temperaturundan, spirtin 

tündlüyündən  və  çəlləyin  xüsusi  səthindən  asılıdır.  Buxarlanma 

intensivliyinə, temperatur və spirtin xüsusi çəkisi, havanın rütubəti 

təsir  edir.  Spirt  taxtanın  məsamələrindən,  arasından  və  çəlləyin 

ağzından buxarlanır. Əgər spirt saxlanan binanın rütubəti 70%-dən 

aĢağı  olarsa,  buxarlanma  sürətlənir.  Bundan  baĢqa,  binada  hava 

cərəyanının  artması  da  buxarlanmaya  qüvvətli  təsir  göstərir.  Ona 

görə də konyak spirtləri ölkəmizdə 15-20

0

C temperaturda, havanın 



75-85% nisbi rütubətində saxlanır. Havanın dəyiĢməsi isə gündə 5 

həcmdən böyük olmamalıdır. 

Buxarlanma  və  palıd  taxtasına  hopma  nəticəsində  konyak 

spirtinin həcmi azalmaqla bərabər, tündlüyü də azalır. 



Sıxlıq,  ekstraktlıq,  özlülük  və  səthi  gərilmənin  dəyişməsi

Konyak spirtinin tündlüyünün azalması ilə əlaqədar onların sıxlığı 

yüksəlir.  Sıxlığa  həmçinin  köhnə  spirtlərdə  ekstraktlığın  yüksəl-

məsi də təsir edir. Spirtin ekstraktlığının yüksəlməsi ilə özlülük və 

səthi gərilmə də artır. AĢağı tündlüyə və yüksək ekstraktlığa malik 

olan  spirtlər  daha  böyük  özlülük  və  səthi  gərilmə  xüsusiyyətli 

olurlar. 

Spirtin  təbəqələşməsi.  Aparılan  tədqiqatlar  göstərir  ki,  saxla-

nan konyak spirti və ya konyakda spirtin təbəqələĢməsi gedir. Belə 




 

~ 509 ~ 


 

ki,  qabın  alt  təbəqəsində  spirtin  tündlüyünün  azalması,  ekstrakt 

maddələrinin  miqdarının  isə  artması;  qabın  yuxarı  təbəqəsində  isə 

əksinə,  spirtin  tündlüyünün  artması  və  ekstrakt  maddələrinin 

miqdarının azalması müĢahidə olunur. 

Spirtin  təbəqələĢmə  xüsusiyyəti,  spirt  və  konyakın  inventarlaĢ-

dırılması zamanı nəzərə alınmalıdır.  

Konyak  spirtinin  yetişdirilməsi  və  ona  qulluq  işləri.  Spirtin 

yetiĢdirilməsi  xüsusi  yerüstü,  yaxud  yarımyeraltı  binalarda  18-

20±3

0

C  temperaturda  və  75-80%  nisbi  rütubətdə  aparılır.  Bu 



binalar  lazımi  sanitar  normalara  cavab  verməklə,  kənar  iyə  malik 

olmamalıdır. 



Konyak spirtini çəlləklərdə yetiĢdirmək üçün həcmi 30-70 dal 

olan  çəlləklərdən,  Fransa,  Ġtaliya  və  Ġspaniyada  isə  daha  kiçik 

qablardan (25-30 dal) istifadə olunur.  

Bu  məqsədlə  istifadə  olunan  təzə  çəlləklər  təmiz  su  ilə  10-12 

gün müddətində yuyulur. Su əvvəlki 3-4 gündə hər gün, sonra isə 

2-3  gündən  bir  dəyiĢilir.  Bundan  sonra  çəlləyə  4-5  dal  qaynanmıĢ 

su  tökülür.  Ağzı  möhkəm  bağlanır,  o  tərəf,  bu  tərəfə  çevirməklə 

möhkəm çalxanır. 15-20 dəqiqə qarıĢdırdıqdan sonra  çəllək su ilə 

sonrakı  günə  qədər  saxlanır.  Sonrakı  gün  həmin  əməliyyat  təkrar 

olunur. Buxar verilməsi o vaxta qədər davam etdirilir ki, çəlləkdən 

çıxan  su  tam  rəngsiz  olur.  Sonra  2-3  dəfə  təzə  soyuq  su  ilə 

yaxalanıb, istifadə olunur. 

Çəlləklər, ağac, yaxud dəmir-beton tirlərin üzərində 3 mərtəbə-

də  və  ya  tərəcələrdə  6-8  mərtəbədə  (təbəqədə)  yerləĢdirilir.  Spirt 

çəlləklərdə  ağzı  1,5-2%  yarımçıq  olmaqla  yetiĢdirilir.  Bu  zaman 

spirt  üzərində  daim  müĢahidə  aparmaqla,  onun  rəngi,  ətri  və  dadı 

təyin edilir. 

YetiĢdirmə  vaxtı  spirtdə  ardıcıl  olaraq  sortlaĢdırılma  aparılır. 

BeĢillik yetiĢdirilənlərdə 2-3 ildən bir, onilliklərdə beĢ ildən bir bu 

əməliyyat həyata keçirilir. SortlaĢdırmada daha keyfiyyətli spirtlər 

markalı  konyaklar  üçün  sonrakı  yetiĢdirilməyə,  az  keyfiyyətlilər 

isə ordinar konyaklar almaq üçün göndərilir. 

Çəlləklərdə  konyak  spirtinin  yetiĢdirilməsi  az  məhsuldar  olub, 

ağır əmək və itki ilə səciyyəvidir. Bütün bunları nəzərə alan alimlər 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə