Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə169/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   180

 

~ 532 ~ 


 

yaĢda yetiĢdirilmiĢ spirt ehtiyatının toplanması 1950-ci ildə bir sıra 

konyak  markalarının  buraxılıĢını  təĢkil  etməyə  imkan  verdi. 

Ordinar  konyaklardan  3-4  və  5  ulduz,  markalılardan  YK  (yetiĢ-

dirilmiĢ konyak), YKYK (Yüksək keyfiyyətli yetiĢdirilmiĢ konyak) 

və «Yubiley» bunlara aiddir (cədvəl 19.7). 

Cədvəl 19.7 

Azərbaycanda istehsal olunan konyaklar 

Adı 

Kondisiyası 



YetiĢdirm

ə müddəti 

Tipi 

Spirt, h.% 



ġəkər 

(%-lə) 


Markalılar 

Gəncə 


42 

1,2 


6-7 

YK (yetiĢdirilmiĢ 

konyak) 

Göygöl 


42 

1,2 


7-8 

YK 


Bakı 

43 


1,2 

8-10 


YKYK (yüksək 

keyfiyyətli yetiĢdirilmiĢ 

konyak) 

Yubiley 


45 

0,7 


10 

KK (köhnə konyak) 

Moskva 

45 


1,2 

10 


KK 

Azərbaycan 

45 

0,7 


10-11 

KK 


ġirvan 

40 


0,7 

15 


KK 

Ordinarlar 

«Üç ulduz» 

40 

1,5 


 

«Dörd ulduz» 



41 

1,5 


 

«BeĢ ulduz» 



42 

1,5 


 

 



Respublikamızda  yaxĢı  bazaya  malik  güclü  inkiĢaf  etmiĢ 

konyak  zavodları  formalaĢmıĢdı.  Bunlara  misal  olaraq,  ġəmkir, 

Göyçay və b. Ģəhərlərdə yerləĢmiĢ zavodları göstərə bilərik. 

 

19.2. 



Meyvə

-

giləmeyvədən

 

tünd

 spirtli 

içkilər

 

istehsalı

 

Tünd  meyvə  içkiləri  (arağı),  bir  çox  ölkələrdə  istehsal 

olunmaqdadır. Onlar əsasən 38-40 h.% spirtliyə malik olub, alma, 

albalı, gavalı, Ģaftalı, ərik və qara qarağatdan hazırlanır. 



Kalvados  (alma  arağı).  Kalvados  ilk  dəfə  XVI  əsrin  II 

yarısında  Fransanın  Kalvados  vilayətində  istehsal  olunmuĢ  və  öz 




 

~ 533 ~ 


 

adını da buradan götürmüĢdür. 

KeçmiĢ  Ġttifaqda  Kalvados  istehsalına  ilk  dəfə  1960-cı  ildə 

Litvada baĢlanmıĢdır. Sonralar  Ukrayna, Moldova və Rusiyada da 

Kalvados istehsal olundu. 

Rusiya  kalvadosu  an  azı  iki  il  yetiĢdirilmiĢ  alma  spirtindən 

hazırlanmaqla, 40h.% spirtə və 1,5%  Ģəkərliyə malik olur. 

Kalvados tipli tünd içkilər aĢağıdakı mərhələlər üzrə hazırlanır: 

1) QıcqırmıĢ alma Ģirəsinin hazırlanması; 

2) Ondan xam spirtin alınması; 

3) Xam spirtdən kalvados spirtinin hazırlanması; 

4) Kalvados spirtinin yetiĢdirilməsi; 

5) Kalvados istehsalı. 

 

Kalvados  hazırlamaq  üçün  payızlıq  və  qıĢlıq  alma  sortlarından 



istifadə  olunur.  Alma  yeyilən  yetiĢkənlikdə,  baĢqa  sözlə, 

maksimum  Ģəkər  topladıqda  yığılır.  YetiĢib  ötmüĢ  meyvələr  artıq 

metil spirtinə malik olduğundan onlardan istifadə olunmur. 

Almadan Ģirə və Ģərab hazırlanması məlum qaydada gedir (bax: 

Meyvə-giləmeyvə  Ģərabları).  Sağlam  Ģərab  materialından  destillə 

yolu  ilə,  əvvəlcə  xam  spirt,  sonra  kalvados  spirti  alınır.  Bu  məq-

sədlə  fasiləli  və  fasiləsiz  iĢləyən  destillə  aparatlarından  istifadə 

olunur.  Fasiləli  iĢləyən  UPKS  və  Pistorius  tipli  nimçəli  aparatlar, 

fasiləsiz K-5M markalı aparatlar yayılmıĢdır. 

Təzə alınmıĢ spirtlər, keyfiyyətinə görə sortlaĢdırılır və bir cinsli 

spirt  partiyası  almaq  üçün  eqalizasiya  olunur.  Alınan  spirt  analiz 

olunduqdan  sonra  yetiĢdirmək  üçun  palıd  çəlləklərə,  yaxud  emal 

olunmuĢ  metal  rezervuarlara  vurulur.  Çəlləkərdə  spirti  yetiĢdirən 

zaman,  spirtin  üzərində  çəlləyin  həcminin  2%-i  qədər  boĢ  yer 

saxlanılır. 

Metal qablarda isə bu boĢluq 5% təĢkil edir və bu boĢluğa ildə 2 

dəfə balondan oksigen vurulur. Metal qablarda  yetiĢdirmə zamanı, 

onun  daxilinə  1  litr  spirtə  80-100sm

2

  hesabı  ilə  palıd  taxtası 



düzülür. 

YetiĢdirilmiĢ alma spirti yüksək tündlüyə malik olur. Kalvados 

hazırlamaq üçün onu tələb olunan kondisiyaya çatdırmaq lazımdır. 



 

~ 534 ~ 


 

Bu  məqsədlə  kupaj  aparılır.  Kupajda  spiridən  baĢqa  yumĢaldılmıĢ 

sudan  və  Ģəkər  Ģərbətindən  də  istifadə  olunur.  Əgər  kalvadosun 

rəngi  normaya  uyğun  gəlmirsə,  koler  əlavə  edilir.  Hazır  kupaj, 

yapıĢqanlama ilə  duruldulur. Bu məqsədlə jelatin, balıq  yapıĢqanı 

və bentonitdən istifadə olunur. 

YapıĢqanlanmanın yerinə, kupayın soyuqla iĢlənməsi də aparıla 

bilər.  Kalvados-5-10

0

C-yə  qədər  soyudulur  və  həmin  Ģəraitdə  10 



gün saxlanır. 

Ġstər  yapıĢqanlama,  istərsə  də  soyuqla  iĢlədikdən  sonra, 

kalvados dekantasiya olunur (çöküntüdən ayrılır), yaxud süzülür. 

Kupajdan  və  durulduqdan  sonra  kalvados  palıd  çəllək,  but, 

yaxud çənlərdə-ordinarlar üçün 90 gün, markalılar üçün ən  azı bir 

il yetiĢdirilir. Sonra süzülərək, butulkalara doldurulur. 

Alma  arağı,  Bolqarıstan,  Macarıstan,  Rumıniya,  PolĢa,  Ġtaliya, 

ABġ,  Almaniya  və  dikər  ölkələrdə  də  istehsal  olunur.  Onların 

texnologiyası  kalvadosun  hazırlanma  texnologiyasına  yaxındır. 

Bununla  belə,  ABġ-da  almaya  baĢqa  meyvələr  əlavə  edilməklə, 

qıcqırmadan  əvvəl  Ģirəyə  Ģəkər,  yaxud  Ģərab  turĢusu  vurula  bilər. 

Almaniyada spirtin minimum yetiĢdirmə müddəti 6-8 həftədir. 

Alma Ģərabları  -  Bolqarıstanda alma rakisi, Rumıniyada meyvə 

rakisi,  PolĢada-alma  vinyakı,  ABġ  və  Ġngiltərədə-alma  Ceki 

adlandırılır. 

Çəyirdəkli  meyvələrdən  (albalı,  gavalı  və  ərikdən)  də  araq 

hazırlanır. Albalı arağı Almaniyada, Fransa və Ġsveçrədə hazırlanır. 

Gavalı  arağı  Maçarıstan,  Çexiya  və  Slovakiya,  Almaniya, 

Ġsveçrə  və  baĢqa  ölkələrdə,  ərik  arağı  isə  Macarıstan,  Çexiya  və 

Slovakiya, və Ġsveçrədə məĢhurdur. 

 

19.3. Brendi 

istehsalı

 

Brendi  tünd  alkoqollu  içki  olub,  üzüm  Ģərablarının  yaxud 

qıcqırdılmıĢ meyvə-giləmeyvə Ģirələrinin destilləsindən alınır. 

XVI əsrdən baĢlayaraq Dünya üzrə brendi istehsalında üstünlük 

Fransanın ġaranta vilayətinə məxsusdur. 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə