Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə163/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   180

 

~ 513 ~ 


 

göbələk  mitsellərindən  alınan  (aspergillər  və  pensillin)  ferment 

preparatları əlavə etmək təklif olunur.  

MüĢahidələr  göstərir ki,  oksidləĢdirici çevrilmələrin tezləĢdiril-

məsi ilə buketin qısa müddətli yaxĢılaĢması mümkün olur. Sonralar 

onun  parçalanması  ilə  ətir  və  dadda  konyak  üçün  səciyyəvi 

olmayan çalarlar üzə çıxır.  

Kombinə  edilmiş metodun əsasında palıd oduncağının köhnəl-

mə  üsullarının  çoxu,  konyak  spirti  və  konyakın  tezləĢdirilmiĢ 

yetiĢdirilməsi  durur.  Onlar  fiziki  təsir  üsullarının  kimyəvi  yaxud 

biokimyəvi üsullarla birgə təsirinə əsaslanır.  

―Kversil‖ tipli toz (Fransa) palıd oduncağının müxtəlif ekstrakt-

larından vakuum altında suyun çıxarılması ilə alınır. Onların tərki-

bində aĢı maddələr, liqnin və az miqdarda aromatik aldehidlər olur. 

Tozun konyak spirtinə əlavə olunması dadın  yaxĢılaĢması və ətrin 

bir qədər dəyiĢməsinə səbəb olur.  

Palıd oduncağının  çox xırdalanması  yolu  ilə alınan toz sonrakı 

isti  iĢlənmə  ilə  konyak  spirtinin  yetiĢməsini  sürətləndirir,  ətir  və 

dada əlveriĢli təsir göstərir.   

Rezervuarlara düzülən palıd taxtası Ģtabellərdə çardaq altında 3 

il  və  daha  çox  müddətdə  qurudulmalı,  18-36  mm  enində  standart 

ölçülərdə  olmalıdır.  Rezervuara  düzülməzdən  əvvəl  taxtalar  bir 

daha  təlimata  uyğun  qaydada  iĢlənir.  Hər  bir  rezervuarda  olan 

taxtanın  miqdarı  1  dekalitr  sulu  spirtə,  700-900  sm

2

  xüsusi  səth 



təmin etməlidir. 

3-4 dövr istiliklə yetiĢdirilmədən sonra spirt taxtadan lazım olan 

maddələri  götürür,  sonra  taxtalar  rezervuardan  çıxarılır.  Səthi  bir 

qədər  (4-5  mm)  götürülür  və  yenidən  sonrakı  istifadə  üçün  rezer-

vuara  yığılır.  DəyiĢmiĢ  səthli  taxta  ilə  spirtin  yetiĢdirilməsi  daha 

intensiv getməklə spirt yaxĢılaĢmıĢ keyfiyyətdə alınır.  

«Maqaraç»  Ġnstitutunda  taxta  əvəzinə  qələvi  üsulu  ilə  iĢlənən 

reykaların 10-12 mm qalınlığında əlveriĢli ölçülərini təklif edirlər. 

Bunun  bir  sıra  üstünlükləri  vardır:  aĢağı  maya  dəyəri,  rezervaura 

yığılan  taxtanın  standarta  nisbətən  çəkiyə  görə  bir  neçə  dəfə  az 

olması, hopmanın bir neçə dəfə azalması, rezervuarın tutumundan 

daha səmərəli istifadə olunması (Ģəkil 19.13). 




 

~ 514 ~ 


 

 

 



Şəkil 19.13. Palıd taxtalarının tətbiqi ilə konyak spirtinin rezervuarda 

              yetişdirilməsi  üçün qurğunun sxemi (“Maqaraç”) 

1-rezervuarın yuxarı hissəsi; 2, 3, 4-xətlər; 5-lük; 6-ştuser; 7-hava 

borucuğu;  8-nasos;  9-kran;  10-dozator;  11-oksigen  balonu;  12-

reykalar;  13-bruslar  (atama  ağaclar);  14,  15-palıd  taxtası  (atma 

ağaclar) 

 

Taxtalar (reykalar) (12) lükdən (5) sisternin yuxarı hissəsinə (1) 

bruslar  (13)  üzərinə  o  hesabla  yığılır  ki,  taxtadan  konyak  spirtinə 

kifayət  qədər  maddələr  diffuziya  edə  bilsin;  Ģtabeldə  dağılmasın 

deyə  onları  aĢağıdan  və  yuxarıdan  (14,  15)  taxtalarla  bərkidirlər. 

YetiĢdirilmə  zamanı  ildə  1-2  dəfə  spirtə  balondan  (11)  oksigen 

vurulur, eyni zamanda nasosla (8) dozatordan (10) keçməklə, 2-3-4 

xətti ilə oksigenin qatılığı 10-15 mq/dm

3

-a çatanadək spirt vurulur. 



YetiĢdirilən spirt  Ģtuserdən (6) keçməklə 2a xətti ilə nasosla hava 

borucuğundan (7) və krandan (9) keçməklə yetiĢdirilmiĢ spirt üçün 

mernikə vurulur.  

Təzə  taxtalarla  rezervuarın  tutumunun  ilk  ölçülməsi  su  yaxud 

spirtlə, bütün sonrakı dəyiĢmələr yalnız spirtlə aparılır. 

Rezervuarlar  eqalizə  edilmiĢ  spirtlə  tutumunun  2%-dən  çox 

olmayaraq  boĢluq  saxlanmaqla  doldurulur.  Hər  spirt  rezervuarına 

dair  spirtin  yetiĢdirilməyə  qoyulması  akt  formasında  tərtib  olunur 

və  burada  aĢağıdakı  məlimatlar  əks  etdirilir:  spirtin  mənĢəyi, 

doldurma  vaxtı,  eqalizə  sayı,  tündlüyü  və  susuz  spirtə  görə 

dekalitrlə həcmi, həmçininm taxtanın kütləsi və istifadə müddəti. 

Rezervuarda  olan  spirtin  baĢının  doldurulması  inventarlaĢdır-

mada  həmin  yetiĢdirmə  ilinin  spirti  ilə,  yaxud  bir  ildən  çox 

olmayan  intervalda  daha  cavan  yaĢa  malik  spirtlə  pilləli  Ģəkildə 




 

~ 515 ~ 


 

aparılır.  

3-4 doldurulmadan sonra,  taxtalar maddələr baxımından tükən-

dikdə,  yenidən  doldurulan  konyak  spirtini  əvvəlcədən  ekstrakt 

maddələrlə  1,5-3,5  q/dm

3

  qatılığına  qədər  zənginləĢdirmək 



məqsədəuyğundur.  Buna  nail  olmaq  üçün  spirti  taxtalarla  yaxud 

kəpəklə 40-60

0

C temperaturda 15-30 gün isti ilə iĢləyirlər. 



Konyak  spirtinin  rezervuarlarda  ritmik  axında  yetiĢdirilməsi 

üsulu  təklif  olunmuĢdu.  Bu  üsulun  əsasında  taxtanın  fasiləli 

qaydada  hava  oksigeni  ilə  fəallaĢdırılması  və  müəyyən  zaman 

aralarında ritmik axın yaradılmasıdır (Ģəkil 19.14). 

 

 

 



 Şəkil 19.14. Konyak spirtinin ritmik axında yetişdirilmə sxemi 

1 və 3-rezervuarlar; 4-spirt tutucu 5-uyğun olaraq, doldurucu 

və sorucu xətt; 6, 8-ötürücü borular; 7-nasos 

 

Xəttə  daxil  olan  emallı  rezervuarlar  emal  olunmuĢ  borularla 



əlaqələndirilir.  Rezeruarlar  palıd  taxtası  ilə  doldurulur.  Qurğu  bir 

neçə  seksiyadan  ibarət  olmaqla  hər  seksiyada  1-3  rezervuar  olur. 

Rezervuarların  sayı  yetiĢmiĢ  spirtin  1/3  hissəsini  götürmək  üçün 

üç-üç  olmalıdır.  Seksiyada  rezervuarlar  aĢağıdaki  qaydada 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə