28
ir.
Əks halda seçki qutusu möhürlənir və məntəqə seçki komissiyasının qərarı ilə birgə dərhal ali
dairə seçki komissiyasına göndərilir.
Sayıcılar:
Əsas seçki qutusunda olan xüsusi bülletenləri və konvertləri masaya yığırlar;
Əsas seçki qutusunda olan nəzarət vərəqinin olub-olmamasını yoxlayırlar və əsas seçki qu-
tusunda olan nəzarət vərəqini komissiyada müqayisə üçün saxlanılmış nəzarət vərəqi ilə
müqayisə edirlər.
Əgər əsas seçki qutusunda nəzarət vərəqi olmazsa və ya nəzarət qutuları arasında fərq mövcud
olarsa bütün xüsusi konvert və seçki bülleteni bükülür və möhürlənir, müvafiq protocol tərtib
olunur və dairə seçki komissiyasına göndərilir.
Batil bülletenlər ayrıca yığılır və onların ümumi sayı göstərilir. Seçki bülleteni yalnız o zaman
batil hesab olunur ki, əgər:
a)
Seçki bülleteni seçici qeydiyyata alanın imzası və xüsusi möhürlə yoxlanılmayıb;
b)
Seçicinin hansı seçki subyektinə səs verdiyini müəyyən etmək mümkün deyil;
q)
Xüsusi konvertdə müəyyən olunan saydan artıq seçki bülleteni aşkar olub;
d)
Xüsusi konvert müəyyən olunan nümunəyə uyğun gəlmir;
e)
Seçki bülleteni seçki qutusuna xüsusu convert olmadan atılıb;
v)
Seçki bülleteni başqa seçki məntəqəsinə aid olub.
Birinci sayıcı xüsusi konvertdən seçki bülletenini çıxarır, kimə səs verildiyini elan edir, və bir-
ini ikinci sayıcıya, digərini üçüncü sayıcıya verir və s., xüsusi konverti isə ayrıca yığır. Sayıcılar
seçki bülletenlərini hər bir seçki subyektinə verilən səslərə görə, ayrı-ayrı yığırlar. Müəyyən ol-
unmamış nümunəyə əsasən və sayıcılar tərəfindən batil hesab olunan bülletenlər ayrı, həqiqiliyi
şübhəli qalan bülletenlər isə ayrı yığılır.
Seçki bülletenləri ayrıldıqdan sonra məntəqə seçki komissiyasının sədri sayıcılara göstəriş
verir ki, saysınlar:
Batil hesab olunan bülletenləri;
Hər bir seçki subyektinə verilən səsləri.
Seçki subyekti üçün ayrılmış hər seçki bülleteni liton birləşdirici ilə bağlanır və hər bağla-
manın üzərinə bülletenlərin sayı yazılır. Bu bağlamalar öz özlüyündə başqa kağız torbalara
yığılır. Məntəqə seçki komissiyasının sədri hər seçki subyekti tərəfindən toplanan səslərin sayını
açıqlayır. Komissiyanın katibi komissiyanın sədri ilə birlikdə məlumatların dəqiqliyini yoxlam-
aq məqsədi ilə seçki subyektləri tərəfindən toplanan səslərin sayları ilə batil bülletenlərin sayının
ümumi seçici sayına uyğun gəlib-gəlmədiyini yoxlayır. Seçki subyektlərinə aid seçici bülleten-
lərinin toplusu və batil seçki bülletenləri yalnız uyğunluq yoxlanıldıqdan sonra möhürlənir.
Səsvermənin nəticələrinin yekun protokolunun tərtib olunması və nəticələrin elan olunması
Məntəqə seçki komissiyasının katibi seçki bülletenlərini möhürlədikdən sonra məntəqə seçki
komissiyasının sədri ilə razılıq əsasında səsvermənin yekun nəticələrini əks etdirən protokol/
29
I
I
protokolları doldurur. Komissiyanın hər bir üzvü ssermənin yekun nəticələrini özündə əks et-
dirən yekun protokol/protokollaraa imza atmalıdır.
Əgər komissiyanın üzvü səsvermənin yekun
protokoluna daxil edilmiş məlumatlarla razılaşmırsa, onun haqqı var ki bu protokollara yazılı
fikrini əlavə etsin, lakin protokola mütlək imza atmalıdır. Səsvermənin nəticələrinin yekun pro-
tokolları məntəqə seçki komissiyasının xüsusi möhürü ilə yoxlanılır.
Məntəqə seççki komissiyası səsvermənin nəticələrini əks etdirən protokolların nüsxəsini icti-
mayyətə təqdim etməlidir. Komissiya səsvermənin nəticələrinin yekun protokollarının sürə-
tini, mövcud olduğu halda fərqli fikir əlavə olunmuş şəkildə tələb olunduğu anda səsvermə
məntəqəsində olma hüququ olan hər kəsə dərhal verməlidir.
Bütün prosedurlar bitdikdən sonra məntəqə seçki komissiyasının qeydiyyat jurnalı səsvermə
gününün yazı kitabı bağlanır. Səsvermə gününün yazı kitabına komissiyanın sədri və katibi
imza atırlar və o komissiyanın xüsusi möhürü ilə yoxlanılır.
Səsvermənin nəticələrinin yekun protokolları möhürlənmir. Məntəqə seçki komissiyası
möhürləyir:
Ərizə/şikayətlərlə birlikdə səsvermə gününün yazı kitabı;
Məntəqə seçki komissiyasının qeydiyyat jurnalı;
Məntəqə seçki komissiyasının xüsusi möhürü.
Məntəqə seçki komissiyasının səlahiyyətli şəxsləri seçki ləvazimatlarını və içərisində möhürlən-
miş seçki sənədləri olan qutu/kisələri dairə seçki komissiyasına təhvil verirlər. Bununla bağlı
təhvil-təslim aktı bağlayırlar. Təhvil-təslim aktına seçki sənədlərini verən və alan şəxslər imza
atırlar, bundan sonra aktların hərəsi birinə verilir.
Dairə seçki komissiyası məntəqə seçki komissiyalarının yekun protokolları əsasında, Gürcüstan
seçki qanunverciliyinin pozuntularının müzakirə nəticələrini nəzərə alaraq səsvermə günündən
ən gec 11 gün müddətində referendum, Gürcüstan Prezidenti seçkiləri, Gürcüstan Parlamen-
ti seçkiləri, yerli Özünü İdarəetmə orqanları – Şura seçkiləri, Meriya/Bələdiyyə seçkilərinin
nəticələri və seçki dairəsində baş tutan püşkatma və seçki nəticələrini özündə əks etdirən pro-
tokolu tərtib edir və bu bunları növbətti gündən gec olmamaq şərti ilə MSK-ya təhvil verir.
Dairə Seçki Komissiyasının komissiya iclasında iştirak edən hər bir üzvü seçkilərin nəticələrinin
yekun protokoluna imza atmalıdır. Protokol dairı seçki komissiyasının möhürü ilə yoxlanılır.
Əgər dairə seçki komissiyasının hər hansı üzvü yekun protokola daxil edilən məlumatlarla razı
olmazsa, onun öz fərqli fikirlərini yazılı şəkildə protokola əlavə etmək hüququ var. Ancaq pro-
tokola mütlək imza atmalıdır. Dairə seçki komissiyası növbətti gündən gec olmamaq şərti ilə
yekun protokoplu MSK-ya göndərir. Dairə seçki komissiyasının yekun protokolunun surə-
ti tələb olunarsa partiyanın/seçki blokunun/təşəbbüs qurupunun nümayəndələrinə və müşa-
hidəçilərə verilir.
MSK dairə və məntəqə seçki komissiyalarından alınmış protokollar əsasında səsvermə
günündən 19 gündən gec olmamaq şərti ilə öz iclasında Gürcüstan parlamentinin, Gürcüstan
Prezidentinin, Tbilisi şəhər merinin və Tbilisi şəhər şurasının seçkilərinin nəticələrini cəm-
ləyir və seçki nəticələrinin yekun protokolunu tərtib edir. Seçkilərin nəticələrinin yekun pro-