26
komissiyalarına malikdir, buna görə də onlar ştatın və ya qraf-
lığın ümumi siyasətinin yeridicisi kimi çıxış edirlər (məsələn,
məktəb dairələri). Məktəb dairələri məktəblərin idarə edilməsi
və onların maliyyələşdirilməsi üçün yaradılır. Bundan başqa,
məktəb dairələri məktəblərin siyasi partiyaların təsiri altından
çıxarılması məqsədilə yaradılır. Xüsusi dairələr həmçinin ən
müxtəlif funksiyaların yerinə yetirilməsi üçün yaradıla bilər:
yanğından mühafizə, mənzil tikintisi, su təchizatı, nəqliyyat
xidmətləri və s. Belə dairələr, adətən yerli özünüidarəetmə
orqanlarının müəyyən səbəblərə görə, əhalini bu və ya digər
xidmətlərlə təmin etmək iqtidarında olmaması şəraitində təsis
edilir.
Böyük
Britaniyada
ərazi qraflıqlara, qraflıqlar isə həm
şəhər, həm də kənd yaşayış məntəqələrini əhatə edən dairələrə
bölünür. İngiltərədə aşağı ərazi bölmələri prixodlardır, Uels və
Şotlandiyada isə icmalardır. Bütün ərazi-inzibati vahidlərdə,
xırda prixodlardan başqa, seçkili yerli idarəetmə orqanları olan
şuralar mövcuddur. Xırda prixodlarda yerli idarəetmə orqanları-
nın funksiyaları həmin prixodun dövri olaraq çağırılan seçicilər
yığıncaqları tərəfindən həyata keçirilir.
Almaniya Federativ Respublikasında inzibati-ərazi böl-
güsü torpaqların konstitusiyaları ilə müəyyən edilir. Torpaqların
konstitusiyalarına uyğun olaraq ərazilər dairələrə, dairələr ra-
yonlara, sonuncular isə icmalara bölünür. Rayonlar və icmalar
öz seçkili yerli idarəetmə orqanları olan müvafiq şuralara ma-
likdirlər. Əhalisinin sayı az olan icmalarda seçkili şuralarla, ya-
naşı yerli idarəetmə məsələlərinin həlli məqsədilə dövri olaraq
seçicilərin yığıncaqları çağırılır. Dairələrdə seçkili yerli
idarəetmə orqanları mövcud deyildir.
27
Yaponiyada
ərazi bölgüsü prefekturaları əks etdirir və
burada prefekturalar yarım milyondan on iki milyonadək əhali-
nin sayına görə fərqlənir. Prefekturalara şəhərlər (50 mindən
çox əhalisi olan məntəqələr), kəndlər və qəsəbələr daxildir. Ya-
rım milyondan çox əhaliyə malik olan iri şəhərlər xüsusi statusa
malikdir. Prefekturalarda, şəhərlərdə, kəndlərdə və qəsəbələrdə
yerli idarəetmə orqanları qismində əhali tərəfindən seçilən mü-
vafiq yığıncaqlar çıxış edir.
2.2. Yerli özünüidarəetmə orqanlarının
formalaşdırma qaydası
Йerli özünüidarəetmə orqanlarına seçkili bələdiyyə şu-
raları və ya komissiyaları, onlar tərəfindən formalaşan icra or-
qanları daxildir. Bələdiyyə şuralarının və icra orqanlarının for-
malaşdırılmasının ümumi qaydası xüsusi seçki yerli özünüidar-
əetmə orqanlarına seçkilər haqqında qanunların qəbul edilməsi
federasiya subyektlərinin səlahiyyətlərinə aiddir. Əksər demok-
ratik dövlətlərdə yerli özünüidarəetmə orqanlarına seçkilər gizli
səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsa-
sında həyata keçirilir. Passiv seçki hüququ (seçilmək hüququ),
adətən 18-25 yaş çərçivəsində müəyyən edilir. Eyni zamanda,
bir sıra senz tələbləri, o cümlədən oturaqlıq senzi, dövlət
qulluğunda və ya seçkili orqanlarda, yaxud məhkəmələrdə digər
vəzifələrin tutulmasına yol verilməməsi müəyyən edilir.
Latın Amerikasının bir sıra dövlətlərində alkald (mer) və
ya bələdiyyə müşaviri vəzifəsinə seçilmək üçün bələdiyyələr
haqqında qanuna uyğun olaraq seçki hüququna malik olmaq,
28
müvafiq bələdiyyədə doğulmaq və ya orada iki ildən az olmaya-
raq yaşamaq, vətəndaşların seçki reyestrinin və ya əcnəbilərin
seçki reyestrinin tərkibində olmaq, cinayət məhkəməsi tərəfin-
dən məhkum olunmamaq zəruridir.
Böyük Britaniyada bələdiyyə seçkilərində bütün Britani-
ya vətəndaşları, eləcə də ölkədə yaşayan və 18 yaşına çatmış
perlər də iştirak edə bilərlər. Deputatlığa namizəd qismində 21
yaşına çatmış və həmin bələdiyyənin ərazisində yaşayan, orada
işləyən və ya orada bir ildən az olmayaraq torpağı, müəssisəni,
evi və ya mənzili icarəyə götürmüş hər bir vətəndaş irəli sürülə
bilər. Perlər, din xadimləri, hərbiçilər, mülki qulluqçular, fəaliy-
yət qabiliyyətinə maldik olmayan şəxslər seçilə bilməzlər. Bələ-
diyyə seçkilərində əxlaq xarakterli bəzi tələblər də tətbiq edilə
bilər. Daha bir xüsusiyyət bundan ibarətdir ki, bir sıra xarici
dövlətlər həmin bələdiyyənin ərazisində daimi yaşayan əcnəbi-
lərə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə işti-
rak etmək hüququnu verirlər.
Namizədlərin yerli özünüidarəetməninin seçkili orqanla-
rına irəli sürülməsi qaydası seçicilərin bu subyektiv hüquqları-
nın reallaşdırılmasının müxtəlif üsullarını nəzərdə tutur – əksər
hallarda bələdiyyə şurasının üzvü vəzifəsinə olan namizədin
xeyrinə həmin seçki dairəsinin tam həcmdə seçki hüquqlarına
malik olan və sayı qanunla müəyyən edilmiş sakinlərin imzala-
rını əks etdirən müraciətin verilməsi yolu ilə. Bələdiyyə orqan-
larına namizədlər müəyyən siyasi partiyanın dəstəyinə arxalan-
maqla partiya siyahıları ilə və ya müstəqil deputatlar kimi irəli
sürülə bilər. Seçkilər həm birmandatlı, həm də çoxmandatlı
dairələr üzrə keçirilir. Səsvermə nəticələrinin müəyyən edilməsi
məqsədilə həm proporsional , həm də majoritar seçki sistemləri
29
istifadə olunur. Majoritar sistemi iki turdan ibarət seçkilərin ke-
çirilməsini də nəzərdə tuta bilər. Bələdiyyə orqşanlarına seçki-
lərdə imperativ mandatın tətbiq edilməsi qadağandır. Bələdiyyə
orqanlarının deputatları seçicilərin heç bir tapşırığı ilə bağlı de-
yildirlər və onları seçmiş vətəndaşlar qarşısında hesabat vermək
öhdəliyi daşımırlar.
Bələdiyyə şuraları müəyyən müddətlərə formalaşır. Mə-
sələn, Amerika Birləşmiş Ştatlarında yerli özünüidarəetmə or-
qanları səviyyədən asılı olaraq 2-4 il müddətinə, Böyük Britani-
yada 4 il müddətinə seçilirlər, lakin bələdiyyələrin tərkibləri
hissə-hissə yenilənə bilər və ya tam yenidən seçilə bilər. Yerli
özünüidarəetmə orqanlarının say tərkibi də, bir qayda olaraq,
fərqlidir. Dövlət paytaxtlarının bələdiyyə şuralarına, bir qayda
olaraq, yüzdən çox müşavir seçilir. Seçkili bələdiyyə şuraları
hüquqi cəhətdən bələdiyyənin bütün işlərinə rəhbərlik üzrə ope-
rativ fəaliyyəti həyata keçirən bələdiyyə idarəetmə aparatı baş-
çılıq edir. Yerli özünüidarəetmə orqanlarının deputat korpusu-
nun səlahiyyət müddəti fərqlidir. İsveçrənin bəzi kantonlarında
bu müddət 3-4 il, İsveç, Norveç, Portuqaliya, İspaniya, Böyük
Britaniya, Danimarka, Niderland, AFR-də (bəzi torpaqlar) –
4 il, İrlandiya, Türkiyə, İtaliya, Kiprdə – 5 il, AFR-in bəzi tor-
paqlarında, Avstriyada – 5-6 il, Belçika, Fransa, Lüksemburqda
– 6 il təşkil edir.
Bir
sıra dövlətlərin qanunvericiliyi ilə yerli özünüidarə-
etmə orqanlarına vəzifələr tutmaq niyyətində olan şəxslərə xü-
susi tələblər nəzərdə tutulur: hərbi xidmətə yararlılığı, yerli özü-
nüidarəetmə orqanının ərazisi daxilində məcburi yaşaması və ya
iş yerinin olması, yerli vergilərin ödənilməsi və s. Latın Ameri-
kası dövlətlərində yerli qanunvericiliyə uyğun olaraq istənilən
Dostları ilə paylaş: |