MEHDİ SƏLİMZADƏ
QƏDİR XƏLİLOV
YERLİ ÖZÜNÜİDARƏETMƏ:
ANLAYIŞ, TƏCRÜBƏ, ƏMƏKDAŞLIQ,
HÜQUQİ ƏSASLAR
«Елм вя тящсил»
Bakы - 2010
2
Səlimzadə Mehdi İldırım oğlu,
Xəlilov Qədir Rövşən oğlu.
Yerli özünüidarəetmə: anlayış, təcrübə, əməkdaşlıq, hüquqi əsaslar
Бакы, “Elm və təhsil”, 2010. – 132 сящ..
Kitabda yerli özünüidarəetmənin anlayışı və əsas prinsipləri
açıqlanır, onun sistemləri, formalaşdırılması qaydası və
səlahiyyətləri, xarici dövlətlərin bununla bağlı təcrübəsi barədə
məlumat təqdim edilir. Eyni zamanda, yerli özünüidarəetmə
sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinə də
diqqət yetirilərək, bu sahədə olduqca böyük təcrübəyə malik
olan Avropa Şurasının yerli və regional özünüidarəetmə
sistemində rolu və fəaliyyəti, xüsusilə də Avropa Yerli və
Regional Hakimiyyətlər Konqresi haqqında geniş məlumatlar
verilir. Kitabda yerli özünüidarəetmənin inkişafı üzrə əsas
beynəlxalq sənədlər, xüsusilə də Yerli özünüidarə haqqında
Avropa Xartiyası, onun qəbul edilməsi tarixi barədə bəhs olu-
nur və sənədin müddəalarının maddə-maddə şərhi həyata keçi-
rilir. Kitab ilk növbədə bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları
və yerli özünüidarəetməyə marağı olanlar üçün nəzərdə
tutulmuşdur.
ISBN 978-9952-809-85-5
©
«Елм вя тящсил», 2010
3
M Ü N D Ə R İ C A T
Ön söz.....................................................................................................5
I FƏSİL. Yerli özünüidarəetmənin anlayışı
1.1. Yerli özünüidarəetmənin ümumi
anlayışı və əsas prinsipləri...............................................................9
II FƏSİL. Yerli özünüidarəetmə sahəsində beynəlxalq təcrübə
2.1. Yerli özünüidarəetmə sistemləri ......................................................16
2.2. Yerli özünüidarəetmə orqanlarının
formalaşdırma qaydası.....................................................................27
2.3.
Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri............................33
2.4.
Yerli özünüidarəetmə xalq hakimiyyəti forması kimi .....................49
III FƏSİL. Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq
3.1. Avropa Şurasının yerli və regional özünüidarəetmə
sistemində rolu və fəaliyyəti.........................................................56
3.1.1.
Avropa Şurası, onun məqsəd və vəzifələri...................................56
3.1.2.
Yerli özünüidarə haqqında Avropa Xartiyası
və onun əsas ideyaları...................................................................57
3.1.3.Yerli özünüidarəetmə demokratiyanın əsas elementi kimi ............60
3.1.4. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi......................61
4
IV FƏSİL. Yerli özünüidarəetmənin hüquqi əsasları
4.1.Yerli özünüidarəetmənin hüquqi əsaslarının xüsusuyyətləri ............70
4.2.Yerli özünüidarə haqqında Avropa Xartiyası ..................................80
4.3.
Xartiyanın qəbul edilməsi tarixi ......................................................93
4.4.
Xartiya üzrə ümumi qeydlər ............................................................96
4.5. Xartiyanın müddəalarının şərhi .......................................................99
İstifadə olunmuş ədəbiyyat ................................................................115
Kitabın rus və ingilis dillərində xülasəsi...........................................116
5
ÖN SÖZ
erli özünüidarəetmə hər bir demokratik quruluşun
əsas institutlarından biridir.
Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik
təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial-
iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu
əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət
idarəçilik orqanlarının mövcud olması kifayət deyil.
Dövlət idarəçiliyi özünün miqyasına və realizə olunma
xüsusiyyətinə görə mərkəzi dövlət idarəçiliyinə və yerli dövlət
idarəçiliyinə ayrılır. Bu iki növün arasında duran regional idarə-
çilik də mövcuddur, lakin regional idarəçilik nadir hallarda
xüsusi təşkilati formalara malik olur. Bu da onunla bağlıdır ki,
idarəetmənin əsas funksiyaları regional səviyyədə deyil, mərkə-
zi və yerli səviyyədə həyata keçirilir.
İdarəçilik sistem kimi təşkil olunan istənilən varlığın
ayrılmaz xüsusiyyətidir. İstər daxildən, istərsə də xaricdən idarə
olunmayan sistemin olması qeyri-mümkündür. İdarəçilik növ-
ləri içərisində ən mürəkkəbi və çoxşaxəlisi dövlət idarəçiliyidir.
Dövlətin qarşısında saysız-hesabsız problemlər durur. Bu prob-
lemlərin müxtəlif təbiəti, ictimai əhəmiyyət dərəcəsinin qeyri-
Y
Dostları ilə paylaş: |