18
qanunlar qəbul edir, yerli orqanlar isə onların yerli xüsusiyyət-
lər nəzərə alınmaqla və müvafiq dəyişikliklər etməklə öz ərazi-
lərində qüvvəyə salırlar) və məhkəmə nəzarəti vasitəsilə həyata
keçirilir.
Yerli
özünüidarəetmənin anqlosakson modelini nəzər-
dən keçirərək onun klassik formada çox nadir hallarda rast gə-
lindiyi nəzərə alınmalıdır.
Yerlərdə hakimiyyət təşkilinin kontinental modeli anqlo-
sakson modelindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu mo-
del yalnız kontinental Avropa dövlətlərində (Fransa, İtaliya, İs-
paniya, Belçika) deyil, həmçinin Latın Amerikasının, Yaxın
Şərqin, fransız dilli Afrika dövlətlərində də yayılmışdır.
Bu
modeli
fərqləndirən əlamətlər aşağıdakılardır:
a) yerli özünüidarəetmənin və yerlərdə dövlət idarəçili-
yinin, seçkiliyin və təyinatlılığın kombinə edilməsi;
b) yerli özünüidarəetmə sisteminin müəyyən iyerarxiya-
sı, aşağı pillələrin yuxarı pillələrə tabeliyi;
c) yerli səviyyədə yerli özünüidarəetmə orqanlarına döv-
lət nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan mərkəzi
hakimiyyətin xüsusi nümayəndəsinin mövcud olması.
Kontinental modelinin banisi olan Fransa üçün yerli
özünüidarəetmənin mərkəzləşdirilməsinin yüksək dərəcəsi tarix
boyu ənənəvi olmuşdur. Fransada kifayət qədər uzun müddət
ərzində yerlərdə hakimiyyətin çoxsəviyyəli təşkilinin sistemi
mövcud olmuşdur və burada aşağı pillələrin fəaliyyəti əhəmiy-
yətli dərəcədə yuxarı idarəetmə orqanlarından asılı olmuşdur
(ilk olaraq inzibati və maliyyə mənasında). Hazırda Fransada
yerli özünüidarəetmənin əsas pilləsi kiçik şəhərlərin və kənd ya-
şayış məntəqələrinin sakinləri tərəfindən yaradılan bələdiyyə
19
qurumları olan kommunalardır. Hər kommuna öz təmsilçi orqa-
nı olan şura və şuranın deputatları sırasından seçilən, eyni za-
manda, dövlət qulluqçusu və yerli özünüidarəetmənin başçısı
qismində çıxış edən mer var. Daimi əsasda fəaliyyət göstərən
mer və bələdiyyə şurasının deputatları bələdiyyə təşkil edirlər.
Onun fəaliyyəti bələdiyyə şurasının nəzarəti və respublika ko-
missarının inzibati nəzarəti altında həyata keçirilir. Sonuncu
kommuna tərəfindən qəbul edilən qərarların qanuniliyinə nəza-
rət edir və zərurət olduqda, onların ləğv edilməsi məqsədilə
məhkəməyə müraciət edir.
Misal kimi gətirilmiş yerlərdə hakimiyyət təşkilinin
fransız variantı yerli özünüidarəetmənin kontinental modeli
üçün tipikdir.
Yerli
özünüidarəetmənin anqlosakson və kontinental
modellərini müqayisə edərək nəzərə almaq lazımdır ki, demok-
ratik inkişaf etmiş dövlətlərdə bu iki model arasında fərqlər
prinsipial xarakter daşımır. Onların müasir forması, bir çox hal-
larda yerli özünüidarəetmənin həyata keçirilmiş islahatının nəti-
cəsi olaraq, vaxtilə olduqca fərqli olan bələdiyyə sistemlərinin
müəyyən yaxınlaşmasından danışmağa imkan verir.
Nəzərdən keçirilmiş modellərlə yanaşı, onların xüsusiy-
yətlərini bu və ya digər dərəcədə yığmış və öz xüsusi əlamətlə-
rinə malik olan yerlərdə hakimiyyət təşkilinin digər variantları
mövcuddur. Bu modellər qarışıq adlandırılır. Belə modellərə
Almaniyada, Avstriyada, Yaponiyada, bir sıra postsosialist və
inkişaf edən dövlətlərdə olan yerli özünüidarəetməni aid etmək
olar.
Qarışıq modelinin özünəməxsus əlaməti kimi kifayət qə-
dər daha aşağı ərazi səviyyəsində muxtar yerli özünüidarəetmə-
20
nin daha yüksək səviyyədə dövlət idarəçiliyi ilə kombinə edil-
məsini hesab etmək olar.
Yerlərdə hakimiyyət təşkilinin sovet modeli hələ bu ya-
xınlarda “dünya sosializm sistemi” dövlətlərində, habelə bir sıra
sosialistyönlü inkişaf edən dövlətlərdə geniş yayılmışdır. Hazır-
da adı çəkilən model bu və ya digər formada hələ də sosialist is-
tiqamətini saxlamış bəzi dövlətlərdə (Çin, Kuba), habelə keçmiş
Sovet İttifaqının bəzi dövlətlərində, o cümlədən Belarus Res-
publikasında mövcuddur.
Bu
modelin
əsas əlamətləri aşağıdakılardır:
-
aşağıdan yuxarı təmsilçilik orqanlarının təkhakimiyyət-
liliyi;
-
təmsilçilik və icra orqanları sisteminin mərkəzləşdiril-
məsi;
- onun pillələrinin iyerarxik həm-tabeliyi.
Ən aşağı pillə olan kənddən, qəsəbədən başlayaraq istə-
nilən şura müvafiq ərazidə dövlət hakimiyyəti orqanı sayılır
(hətta formal olaraq yerli özünüidarəetmə orqanı sayıldıqda).
Faktiki yerli özünüidarəetmə əsasları əhalinin təmsilçilik orqan-
larının üzvlərini (deputatlarını) seçmək hüquqi ilə məhdudlaşır.
Sovet modelində real hakimiyyət, bir qayda olaraq, müxtəlif sə-
viyyəli partiya nomenklaturunun əlində cəmləşir.
Yerlərdə hakimiyyət təşkilinin adı çəkilmiş modellərin
siyahısı tam deyildir: ən tipik və tez-tez rast gəlinən modellər
nəzərdən keçirilib. Həmçinin olduqca spesifik variantlar da
mövcuddur. Köçəri tayfası kimi özünəməxsus inzibati-ərazi va-
hidlərində tayfa başçıları təkbaşına və ağsaqqallar şurasının,
başçılar şurasının tərkibində idarəetmə funksiyalarını həyata ke-
çirməyə davam edirlər. Başçıların inzibati səlahiyyətlərinin hər
21
yerdə ləğv edilməsinə baxmayaraq, Afrika və Okeaniya dövlət-
lərinin oturaq əhalisi arasında yerli əhəmiyyətli məsələlərin həl-
linə onların təsiri kifayət qədər güclü olmaqdadır. Bir sıra döv-
lətlərdə başçılar yerli özünüidarəetmə orqanlarının, xüsusilə də
aşağı səviyyədə olan qurumların tərkibinə daxildirlər (Malavi,
Svazilend, Syerra-Leone, Papua – Yeni Qvineya və s.).
Özünü
idarə edən unikal birlik kimi İsraildə fəaliyyət
göstərən kibbutsu göstərmək olar. Kibbuts – üzvlüyün könüllü-
lüyü, əmlaka və istehsalat vasitələrinə birgə sahiblik, əməkdə və
istehlakda nisbi bərabərlik prinsipləri əsasında qurulmuş, əsasən
kənd təsərrüfatı yönümlü əmək kommunasıdır. Kibbutsda haki-
miyyətin ən yüksək orqanı onun üzvlərinin yığıncağıdır və hə-
min yığıncaqda kommuna həyatının ən vacib məsələləri həll
olunur, qanunvericilik normalar qəbul edilir, büdcə təsdiq olu-
nur. Yığıncaq özəl və kollektiv xarakterli mübahisələrdə münsif
qismində çıxış edir. Kibbutsun yetkinlik yaşına çatmış hər bir
üzvü ümumi yığıncaqda səs vermək hüququna malikdir və qə-
rarların qəbul edilməsi prosesinə təsir göstərə bilər. Gündəlik
problemlərin həlli məqsədilə ümumi yığıncağın qərarı ilə ayrıca
sosial-iqtisadi məsələlər (əməyin təşkili, təhsil, səhiyyə və s.)
üzrə katiblik və müxtəlif komissiyalar seçilir.
Yerlərdə hakimiyyət təşkilinin və idarə edilməsinin
müxtəlif modellərini nəzərdən keçirərək, yerli özünüidarəetmə
orqanları sistemlərinin qurulmasının böyük sayda variantlarını
qeyd etmək lazımdır. Yerli özünüidarəetmənin təşkili formaları-
nın müxtəlifliyi bir dövlət miqyasında da müşahidə oluna bilər.
Amerika Birləşmiş Ştatlarında belə fərqlər hətta bir ştat daxilin-
də mövcuddur.
Dostları ilə paylaş: |